Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə Azərbaycan-rusiya münasibətlərinin səviyyəsi, Qarabağa dair danışıqlar prosesində Rusiyanın rolu, Azərbaycanda Türkiyə hərbi bazalarının və Azərbaycan-Rusiya-İran formatında əməkdaşlığın yaranma imkanları barədə öz fikirlərini bölüşdü .
Rusiya-azərbaycan münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiniz?
Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildən etibarən Azərbaycan və Rusiya münasibətləri yüksək səviyyədədir. Biz uzun müddət bir dövlətin tərkibində olmuşuq, biz bir çox məsələlər üzrə ümumi ortaq tarix, ortaq mədəniyyət və ortaq mövqeyə malikik. Ən başlıcası isə, bu müddət ərzində ölkələrimiz arasında münasibətlərimizin tarixində «qara səhifəyə» dönə biləcək heç bir insident olmamışdır.
Bu gün ikitərəfli əməkdaşlığımız dövlətlərarası münasibətlərin bütün istiqamətlərini əhatə edir. Və istər ölkə liderləri, istərsə də digər rəsmi şəxslərin hər bir görüşü iki ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edir. Bizim münasibətlərimiz mehriban qonşuluq, dostluq və bütün məsələlərdə ümumi maraqların axtarışı üçün nümunədir.
ATƏT-in Minsk qrupunun ən fəal həmsədri olan Rusiya Qarabağ münaqişəsi tərəflərini müharibənin yenidən başlanmasından çəkindirməyə və onun sülh yolu ilə həll edilməsinə cəhd göctərir. Bir vasitəçi kimi Moskvanın fəaliyyəti nə qədər səmərəlidir?
Rusiya həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlərə malikdir. Və biz hesab edirik ki, Rusiya amili bu münaqişənin həlli üçün böyük əhəmiyyət kəsb edir. Bəli, Azərbaycan çox istərdi ki, Rusiya daha prinsipial, daha konkret mövqe tutşun. Yəni, Ermənistan necə varsa o cür göstərilsin, Qarabağ məsələsi isə vasitəçilik yolu ilə deyil, beynəlxalq hüquq normaları ilə həll edilsin.
Lakin təəssüf ki, yalnız Rusiya deyil, həmçinin Fransa ilə ABŞ da fərqli mövqe tutur. Eyni zamanda, çox vaxt məhz Moskva dövlət başçılarının görüşlərinin keçirilməsinin təşəbbüskarı olur, o, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, separatçıları dəstəkləmir. Rusiya həmçinin, Azərbaycanın ən ümdə ümummilli probleminə anlaşıqla yanaşır. Və mən düşünürəm ki, hətta onun belə mövqeyi bu məsələnin həllinə kömək edər.
Əgər Bakı Qarabağ münaqişəsini hərbi yolla həll etmək istəsə, bu zaman o, Moskvanın mövqeyini nəzərə alacaqmı?
Azərbaycan Qarabağ məsələsinin sülh yolu ilə həllinə çalışır. Və bu əlaqələr ATƏT-in MQ həmsədrlərilə təmaslar zamanı Bakı bu nöqteyi nəzərini bildirmişdir. Ancaq, eyni zamanda, həm dünya birliyi, həm də həmsədrlərə yaxşı məlumdur ki, Azərbaycan problemin sülh yolu ilə həlli mümkün olmadığı halda, bunu hərbi yolla etmək üçün öz silahlı qüvvələrini gücləndirir. Və bu halda Rusiya Azərbaycanın suveren hüququnu nəzərə almalıdır. Qarabağ münaqişəsində Rusiya məsələnin sülh yolu ilə həlli tərəfdarıdır, ancaq o, Azərbaycanın da mövqeyini yaxşı başa düşür.
Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı bu gün fəal inkişaf edir. Sizcə onların arasında hərbi-siyasi ittifaq mümkündürmü? Ola bilərmi ki, Azərbaycanda Türkiyə bazaları yaransın?
Hərbi sahədə Azərbaycanın istər Rusiya, istərsə də Türkiyə ilə yaxşı əlaqələri var. Yeri gəlmişkən, Moskva hərbi əməkdaşlığı Ankara ilə də inkişaf etdirir. Hər bir ölkə öz suveren hüquqları və milli mənafelərini müdafiə mövqeyindən çıxış edir. Amma hazırda bu dost dövlətlər arasında üçtərəfli ittifaq məsələsi durmur.
Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yerləşdirilməsi haqqında söz-söhbətə gəlincə, Hərbi doktrinada birmənalı dəqiq şəkildə deyilir ki, Azərbaycanda digər dövlətlərin hərbi bazası yalnız müstəsna hallarda yerləşdirilə bilər.
Siz Azərbaycan-Rusiya-İran formatını nə dərəcədə perspektivli hesab edirsiniz?
Bizim üç ölkəmizə dostluq etməyi Allah özü buyurmuşdur. Bizim ümumi maraqlarımız vardır. Və bu üç ölkə mövcud imkanlardan yaxşı istifadə edir. Elə təkcə Azərbaycan vasitəsilə Rusiya və İranın dəmir yollarını birləşdirən «Şimal-Cənub» layihəsi nəyə dəyər! Və daha hansının yalnız bizim üç ölkəmizə deyil, həm də qısa müddət ərzində digər Asiya dövlətlərinə yükü lazımi nöqtəyə çatdırmaq imkanı var?! Zənnimizcə, Azərbaycan, İran və Rusiyanın əməkdaşlıq potensialı kifayət qədər böyükdür və ölkələr zaman-zaman mövcud imkanlardan istifadə edəcəklər.
Аleksandra Zuyeva EADaily üçün