Ölkədə mürəkkəb iqtisadi vəziyyət və dünyanın siyası proseslərindəki çətınliklərə baxmayaraq, Gürcüstan əhalisi əvvəlkitək Avropa birliyinə böyük ümidlər bağlayır. Sosial tədqiqatlarda Avropa ittifaqına (Aİ-na) daxilolma tərəfdarlarının sayı 17%-ə enmiş və 2013-cü ildəki 78%-lə müqayisədə bu gün yalnız 61% bu xətti dəstəkləyir. Bununla belə, respondentlərin 31%-i Gürcüstanın Avroasiya birliyinə qoşulma tərəfdarıdır və onların seçimi əsas iqtisadi fayda faktoru ilə əlaqədardır, 21% Aİ tərəfdarı isə Gürcüstanın Avropa ittifaqına birləşməsinin ölkənin demokratik inkişafına yardım göstərəcəyinə inanır.
Avroasiya əməkdaşlıq fondu tərəfindən maraqlı tədqiqat aparılmışdır ki, orda ötən yeddi il ərzində Gürcüstan əhalisinin ovqatı, hansı səmtə yön alması göstərilmişdir. Bütün Gürcüstan miqyasında 2300 nəfərin sorğusu aparılmışdır ki, burdan 700 dən artıq respondent miili azlıqların numayəndəsı (Abxaziya və Cənubi Osetiyadan başqa) olmuşdur və onlar yerli dili bilmirlər. Tədqiqat 2009-2015-ci illərdə aparılmışdır.
Avroasiya əməkdaşlıq fondunun prezidenti Ketevan Vaşakidzenin Dalma Newslə söhbət zamanı bildirdiyi kimi, son illər Gürcüstan əhalisi arasında Rusiyaya rəğbətin artdığı müsahidə olunur. Halbuki, sorğuların lideri kimi Avropa ittifaqı qalır. “Biz adamlardan Rusiya ilə əlaqələrin yaxşılaşmasını istədiklərini soruşanda müsbət cavabların faizi artır, ancaq bu Rusiyanın tərkibinə daxil olmağı nəzərdə tutmur. İctimaiyyətin əhval-ruhiyyəsinə bir neçə faktor və bütövlükdə dünyadaki vəziyyət təsir göstərir. Bundan əlavə, hakim “Gürcüstan arzusu” koalisiyasında bu və ya dıgər məsələyə münasibət dəyişmişdir ki, bu oz növbəsində ictimaiyyətdəki əhval-ruhiyyənin dəyişməsinə səbəb olmuşdur. Siyasətçılar nüfuz sahibidirlər. Adamlar həmçinin müəyyən məsələlərdə daha iradlı və tələbkar olmuşlar bəzi bəndlər üzrə onların ümidlərı yüksək idi və onlar indi ümidlərini itirib məyus olmuşlər. Daha bir faktor Rusiyanın bütün dünyadakı roludur. Beləliklə, ictimaiyyətın ovqatındaki faizli dəyişiklikləri izah-etmək üçün biz təkcə bir amilin ucundan yapışa bilmərik”,-deyə Vaşakidze bildirmişdir.
Yuxarıda xatırladılan fond ölkə əhalisinin Avropa ittifaqına münasibətinə dair 2015-ci il sorğusunun yekunları əsasında hazır hesabatı tezliklə ictimaiyyətə təqdim edəcək. Elə həmin sənəddə son yeddi ilin əsas tendensiyalarının analizi də veriləcək. Odur ki, bizə bəzi detalları izah etmək istəmədilər. Sorğunu Qafqaz tədqıqat resursları mərkəzi (CCRC-Georqia) ofisi aparmışdır ki, ona istınadən ölkənin etnik azlıqlarla six məskunlaşmış reqionlarında Avropa birliyi haqqında informasiya qıtlığı mövcuddur.
Numunə üçün, Aİ ilə assosiasiyaya dair saziş haqqında əhalinin gürcüdilli hissəsinin 66%-i xəbərdardır, etnik azlıqlar arasında isə bu göstərici yalnlz 26% təşkil etmişdir. Deməli, etnik azlıqlar arasında Avropa birliyilə əlaqə tərəfdarlarının göstəricisi də aşağıdır. Elə burdaca qeyd edək ki, əhalinin gürcüdilli hissəsinin 64%-i, etnik azlıqlar arasında işə yalnız 35%-i Avropa ittifaqına daxil olmaq tərəfdarıdır.
Politoloq və hökumət adminstrasiyasının sabiq rəhbəri Petre Mamradze hesab edir ki, “Vahid milli hərəkat”ın idarəçiliyi dövründə gürcü əhalisində Qərbə münasibətdə yanlış ümidlər formalaşmışdı ki, sonradan onlar özlərini doğrultmamışdı. Bundan əlavə, eks-prezident Mixail Saakaşvilinin idarəçiliyi dövründə çoxları hökumətin movqeindən, o cümlədən sosial məsələlər üzrə kənar rəy söyləməyə qorxurdular. Bu gün qorxu faktoru yoxdur və Petre Mamradzenin fikrincə, Rusiya tərəfdarlarının sayının artma səbəbi ehtimal ki, bununla əlaqədardır.
“Reallıq bir, o vaxt yaranan mif isə başqa şeydir. Qərb nümayəndələri bizi səmimiyyətlə xəbərdar etmişdilər ki, bu istiqamətdə heç bir şey planlaşdırılmır və NATO-ya belə tez daxil olmaq mümkün deyil. 2008-ci ildə Saakaşvilinin hərbi-siyasi avantürasından sonra NDİ və İRİ-dəki sorğularda ölkə əhalisinin 80%-dən çoxu Rusiya ilə normal dostluq əlaqələrini bərpa etməyin vacibliyini bildirmişdir. Rusiyada ən azı milyonadək gürcü yaşayır və onlar oradan burdaki aiələlərinə yardım göstərirlər”,- deyə politoloq bildirir.
Və hər halda, Rusiya ilə normal münasibətlər nə deməkdir və bu, ölkələr arasında diplomatik əlaqələrin bərpasından nə dərəcədə asılıdır? Gürcüstanda 2012-ci ildən Gürcüstan-Rusiya əlaqələrinin yoluna qoyula biləcəyi və hər şeyi təmiz vərəqdən başlamağın mümkünlüyü istıqamətındə ümidər doğmuşdur, ancaq ölkələr arasında yığılıb qalmış problemlər yaxud xoş iradə qıtlığı ucundan proseslər dalana düşmüşdü. Gürcüstan əhalisinin üçdən biri Rusiyaya musbət ümidlərlə yaşayır. Sorğu iştirakçılarının 30%-i Rusiya ilə səmərəli əməkdaşlığa ümid bildirir, respondentlərin 40%-i Avropa ittifaqı və NATO ilə inteqrasiya tərəfdarı, 17%-i isə ABŞ-na arxalanır. Bununla yanaşı əhalinin 60%-i hesab edir ki, Avropa birliyinin Gürcüstana ayırdığı yardım məqsədyönlü sərf edilmir.
Politoloq Petre Mamradzenin qənaətinə görə, bu gün Gürcüstan üçün ən mürəkkəb vəzifələrdən biri Rusiya ilə münasibətlərin normallaşmasıdır, görümür “Abaşidze-Karasin” formatında Gürcüstan -Rusiya danışıqlarına son dərəcə çox ümidlər buna gorə mövcuddur. O, həmçinin hesab edir ki, danışıqlar iqtisadi məsələlərin nəzərdən keçirilməsilə məhdudlaşacaq ki, orda irəliyə doğru hər hansı hərəkət böyük əhəmiyyət kəsb edir.
“Hər necə olsa da, qürcü məhsulları Rusiya bazarına yol tapmış, həmçinin Rusiyadan olan turistlərin sayı artmışdır. Və bu, Saakaşvilidən sonraki sıfra bərabər qarşılıqlı əlaqələr şəraitində az əhəmiyyət kəsb etmir” – deyə ekspert bəyan edir.
Petre Mamradzenin qənaətinə görə, Gürcüstan hökumətində bu qunədək elə nazirlər var ki, onlarin ritorikası həm Qərb, həm də Rusiyanı eyni dərəcədə qıcıqlandırır. “Bizdə bir çoxıarı başa düşmürlər ki, Qərb Gürcüstanın naminə Rusiya ilə münasibətləri pozmayacaq. Paricdəki terror aktları Avropa və Qərb ictimaiyyətindəki rəylərə tam təsir göstərmişdir. Putinlə danışıq artıq başqa tonallıqla aparılar. Olland bildirmişdir ki “Mən Vaşinqtona, sonra isə Moskvaya baş çəkəcəyəm”. Mən hər gün Qərb mətbuatına nəzər salıram. “İslam dövləti” faktoru konteksində Rusiyaya münasibət dəyişmişdir. Qərb liderləri onlar üçün Putin Rusiyası ilə blirləşmək, həmçinin Ukrayna məsələsi də daxil olmaqla fikirayrılıqlarını unutmaqdan söz açmağa başlamışlar, Gürcüstanı isə heç xatırlayan da yoxdur”,- deyə Dalma Newslə söhbətində Petre Mamradze bildirmişdir.
Elə onun fikrincə, Zurab Abaşidzeyə həm Brüssel, həm də Rusiyada hörmət və etibar edirlər. Beləliklə, Rusiya və Gürcüstan arasinda obyektiv surətdə yaranmış dalanda “Abaşidze-Karasin” formatını yay dövründə bizi Rusiya iqtisadi sanksiyalarının nəticələrindən xilas edən tərəqqi kimi nəzərdən keçirmək olar.
NATO qərargah-mənzilində gürcü nümayəndə heyətinə daim “Abaşidze – Karasın” danışıqlar formatına ara verməməyi məsləhət görürlər. Politoloq bu danışıqların ən yaxın raundunda ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsindən söz gedə biləcəyini istisna etmir. Həm də Rusiya və Gürcüstan məsələlərində baş nazirin xususi nümayəndəsi Zurab Abaşidzenin özu bu günlər bildirmişdir ki, rus tərəfi viza rejimini sadələşdirmə istiqamətində işləyir. Halbuki, Gürcüstan hökuməti diqqətini bu məsələlərdə bir o qədər də cəmləşdirmir.
“Mən də işin aparılması barədə eşitmişəm. Onlar sanki hətta qərar da qəbul etmişlər. Biz Rusiya vətəndaşları ücün viza rejimini 2011-ci ildə çıxarmışıq. Cari ildə Gürcüstana giriş prosesi daha çox sadələşdirilmişdir. İndi sadələşdirməyə iradə və arzunun olub-olmamasını onlar həll etməlidirlər”,- deyə Zurab Abaşidze bildirmişdir.
Avroasiya əməkdaslıq fondunun apardığı tədqiqatda həmçinin belə bir maraqlı bəndi də görmək olar: ictimaiyyətdə Avropa birliyinin qürcü ənənələri və həyat tərzinə neqativ təsir göstərə biləcəyilə əlaqədar qorxu güclənmişdir. Əhalinin 45%-i məhz belə hesab edir. 2013-cü ildə isə bu göstərici 30%-ə yaxın idi.
Politoloq Petre Mamradzenin fikrincə, Avropa ittifaqı qürcü ənənələri üçün heç bir təhlükə kəsb etmir. İçtimaiyyətimizdə belə ovqatların ortaya çıxmasının məsuliyyəti əsasən keçmiş hakimiyyətin üzərinə düşür.
“Mən bu əhval-ruhiyyənin necə yarandığını yaxşı bilirəm. Eks-prezident Saakaşvilinin məlum ifadəsini sizə bir daha xatırladım: “Əgər bizim hökumətdə bir-iki homoseksualist nazir olarsa, Avropa ilə əlaqələri inkişaf etdirmək çətin olacaq” əhalinin böyük hissəsi bunu Avrointeqrasiya prosesinin ayağına yazmışdı. Çox ciddi adamlar mənə deyirdilər ki, assosiasiyaya dair sənədə diqqətlə nəzər salmaq lazımdir, yəqin orda ənənələrin dəyişdirilməsinə dair tələblər ifadə olunacaq. Əslində Aİ ilə assosiasiya üzrə sənəddə bu haqda heç bir sey yazilmamısdır. Orda yalnız insan hüqüqlarına dair ümumtaninmiş deklarasiyadan söz gedir”,- deyə Petre Mamradze bəyan edir.