Məşhur Amerika müğənni və aktyoru Kris Braun maketi azərbaycanlı dizayner tərəfindən işlənib-hazırlanmış ekzotik rodster avtomobilinin ilk alıcısı olmuşdur,- deyə “Haqqin.az” “motor.kz”a istinadla xəbər verir.
Kuzovu karbondan olan çox yüngül Rezvani Beast (“Vəhşi”) tanınmış “Ariel Atom 3”ün qovşağında əsaslanmış və buna görə də necə deyərlər, irsən “Honda”nın yarış motorunu götürmüşdür ki, o,2,4 litr həcmində 500 l.s.ödəyir və 748 kq çəkisində maşın üçün birinci “yüzü” yığmağa cəmi 2,7 saniyə kifayət eddir. Rodsterin maksimal sürəti 265 km/saatla məhdudlaşdırılmışdır.
İranlı Ferri Rezvani tərəfindən əsası qoyulmuş Rezvani şirkəti Kaliforniyada yerləşir. “Beast”ın cəsarətli dizaynını isə 2013-cü ildə azərbaycanlı Samir Sadıqov yaratmışdır.
Rezvani Beastın satışına hər nüsxəsi 165 min dollar dəyərində bu yay başlanmışdır. Ancaq Kris Braun maşını təcili hazırlamaq və onun birinci müştərisi hesab olunmaq naminə əlavə olaraq 35 min dollar pul ödəmişdir.