Son bir neçə ildən bəri KİV-də bariz ardıcıllıqla ABŞ-ın bütün dünyaya yaymaqda olduğu bioloji laboratoriyalara dair məlumatlar nəzərə çarpır. Hətta belə biolaboratoriyaların təxmini sayı da göstərilir – 400-dək. Və onlar bütün dünyaya, o cümlədən Gürcüstan, Ermənistan və Azərbaycana da səpələnmişdir.
Ötən ilin sonlarında hərbi ekspert və bioloji silah üzrə BMT komissiyanın sabiq üzvü İqor Nikulin «Arqumentlər və faktlar» nəşrinə müsahibəsində göstərmişdi ki, «ABŞ bioloji silahların yeni növlərini işləyib hazırlamağa çalışır»,elə bunun üçün də ona RNT molekullarının nümunələri (onlar bütün canlı hüceyrələrdə vardır və genetik məlumatın verilməsində iştirak edirlər) və 27 sinoval maye nümunəsi (oynaqların hərəkətliliyini təmin edən vacib komponent) lazımdır»
Ekspertin məlumatına görə, Pentaqon bütün dünya üzrə yüzlərlə biolaboratoriya yaradılmasına milyard dollardan artıq sərf etmişdir ki, indi onların sayı artıq 400-dür. «Onlar əsasən, Afrika, Latın Amerikası və Asiyada yerləşir. Həm də keçmiş SSRİ-nin ərazisində də onların sayı 20-dən az deyil: Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Ukraynada. Keçən il Ermənistanda üç belə laboratoriya açılmışdır, növbədə Azərbaycandır».
İqor Nikulin qeyd edir ki, Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan artıq təhlükəli xəstəlik törədicilərinin kolleksiyalarını ABŞ-na vermişlər (Azərbaycanın təqdirində belə məlumat 2005-ci ildə ortaya çıxmışdır – Dalma News).
Maraqlıdır ki, İqor Nikulin «növbədə Azərbaycandır» deyən vaxt, KİV-də 2012-2013-cü ildən başlayaraq ölkədə artıq Amerika biolaboratoriyasının yaradılmasına dair məlumat getmişdir. Məsələn, «Peçat» serb qəzetinin verdiyi məlumata görə, Amerikanın hərbi bioloji laboratoriyaları Gürcüstanda (onlar bir neçə ədəddir və bunlardan biri əhalinin inadkar tələb və etirazlarından sonra bağlanıb), Qazaxıstanda (belə bir müəssisə bir ədəd), Azərbaycanda (2013-cü ildən), Ermənistanda (2016-cı ildən) mövcuddur.
2018-ci ilin əvvəlində EADaily nəşri Yaxın Şərqi öyrənmə mərkəzi üçün bolqar jurnalisti Dilyana Qaytanciyevanın araşdırılmalarını dərc etmişdir. Orada qeyd edilir ki, Pentaqon dünyanın 25 ölkəsində bioloji laboratoriya yaratmışdır. Onların bir hissəsi Gürcüstanda və Ukraynada yerləşir:
Orada ABŞ-dan olan hərbi alimlər diplomatik örtük altında virus, bakteriya və toksinlər yaradırlar. Daha sadə dillə desək, yeni bioloji silah
«Birgə iştirakın bioloji proqramı»nın büdcəsi $2,1 milyard təşkil edir və Təhlükəsizliyə təhdidlərin azaldılması üzrə agentlik (DTRA) tərəfindən maliyyələşdirilir. Bəyan olunan məqsədlər — virusları aşkar etmə imkanlarının inkiişafı, onların tez zərərsizləşdirilməsinin təşkili. Ancaq əslində, hər şey heç də belə deyil. Və ABŞ-nı BMT-nin bioloji silahların qadağasına dair Konvensiyasını pozan bioloji eksperimentlər aparmağa görə məsuliyyətə cəlb etmək demək olar ki, mümkün deyil. Amerika Birləşmiş Ştatları Beynəlxalq cinayət məhkəməsini tanımır və Roma təsis statunu (nizamnaməsini) imzalamamışdır,-deyə Dilyana Qaytanciyeva yazmışdır.
Materialda, məsələn, ABŞ-nın Gürcüstandakı laboratoriyasının məhz harada yerləşməsi barədə ətraflı məlumatlar verilir. Bu, Tiflis yaxınlığında «Vaziani» Amerika aviabazasından 17 kilometr məsafədə yerləşən Riçard Luqar ictimai səhiyyəsinin tədqiqat mərkəzidir. Ukrayna üzrə də çox ətraflı məlumat var. Faktiki olaraq, bütün «adlar, parollar, gizli görüşlər və onların yerləri» açıqlanır. Ancaq Azərbaycana gəlincə, burda o cümlədən Azərbaycanda da biolaboratoriyalar tikmək və onları idarə etmək üçün yalnız DTRA-nın $198.7 milyon məbləğində iki beşillik müqaviləsini udan Black&Veatch şirkəti xatırlanır.
Müxtəlif və pərakəndə informasiyalardan belə nəticə çıxır ki, 2013-cü ildə Bakıda üçüncü səviyyəli bioloji təhlükəsizliklə (cəmi dörd səviyyə mövcuddur – Dalma News) insan və heyvan mənşəli nümunələrdə patogen mikroorqanizmlərin tədqiqatında ixtisaslaşmış referens-laboratoriya inşa olunmuşdur. Bu haqda BakuMedInfo nəşri bildirmişdir.
Orda deyilirdi ki, 2012-ci ildə yoluxucu xəstəliklərin monitorinqinin keçirilməsi üzrə Azərbaycan Müdafiə nazirliyinin laboratoriyası açılmışdır. Obyektin tikintisi ABŞ hökuməti tərəfindən ABŞ müdafiə departamentinin Birgə bioloji iştirak Proqramı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində maliyyələşdirilmişdi.
Ancaq Azərbaycanın hərbi idarəsi də daxil olmaqla, rəsmi və qeyri-rəsmi səviyyədə respondentlərin əksəriyyəti hər hansı bir təhlükə təmsil edən Amerika bioloji laboratoriyalarının mövcudluğunu qəti şəkildə inkar edirdilər. Bənzər bəyanatla ABŞ-ın Bakıdakı səfirliyi də çıxış etmişdi.
Və bu dəfə də Dalma Newsin demək olar ki, bütün müsahibləri Azərbaycanda Amerika biolaboratoriyalarının olmasına şübhə etdiklərini bildirdilər.
Milli ekoloji proqnozlaşdırma mərkəzinin başçısı Telman Zeynalov Dalma Newslə açıqlamasında bildirib ki, ölkə ərazisində belə laboratoriyaların olmasına şübhə edir: «Azərbaycan hətta gen-modifikasiya toxumunu belə ölkəyə buraxmır. Və ümumiyyətlə, məgər Azərbaycanın öz alimləri yoxdur? Amerika biolaboratoriyaları bizim nəyimizə gərəkdir? Amma Vaşinqtonun məqsədi bizə aydındır – Rusiyanı diz çökdürmək. Azərbaycan RF ilə həmsərhəddir və bu əlverişli meydançadır. Şəxsən mən heç yollarında olardı amerikalıların ölkəmizdə hər hansı bir sahədə iştirakına yol verməzdim».
Öz növbəsində Azərbaycan Müdafiə nazirliyi informasiya-analitika idarəsinin sabiq əməkdaşı, hərbi ekspert Azad İsazadə Dalma Newsə bildirmişdir ki, hətta müdafiə qurumunda işlədiyi dövrdə belə Azərbaycanda Amerika biolaboratoriyalarırının yaradılması haqqında heç nə eşitməmişdir.
«Azərbaycanın real siyasəti — bu, neytrallığı dəstək və Qərblə Rusiyanın münaqişəsinə müdaxilə etməməkdir. Azərbaycan MDB–nin üzvü,necə deyərlər, Rusiyanın «göbəkaltı və ya qarınaltısı»dır(«подбрюшье») , yəni onunla həmsərhəd, yaxın qonşudur və lazım gələrsə, havadarı və arxasıdır. Odur ki, ölkədə belə laboratoriyalar yaranmış olsaydı, Moskva dərhal kəskin reaksiya vermiş olardı»,— deyə müsahibimiz bildirmişdir.
Biomaterial toplanmasına toxunan Azad İsazadə qeyd etdi ki, Azərbaycan vətəndaşları DNT ilə bağlı tez-tez müxtəlif analizlər verirlər, nümunələr Türkiyə və digər ölkələrin müxtəlif laboratoriyalarına göndərilir: «Ancaq nəticədə isə əldə edilmiş məlumatla nə baş verdiyini deyə bilmərəm».
Azərbaycan Milli Elmlər akademiyasının Molekulyar biologiya və biotexnologiyalar institutunun adının çəkilməsini istəməyən bir əməkdaşı, Dalma Newsə bildirmişdir ki, bütövlükdə belə laboratoriyaların varlığını istisna etmir, amma nəinki Azərbaycanda: «Belə bir şey olsaydı,biz bu haqda bilərdik».
«Lakin bir alim kimi mən ümid edirəm ki, sırf bioloji və elmi iş aparılır. Ancaq müasir dünyanın reallıqlarını nəzərə alsaq, «hərbi burun» olmadan az şey başa gəlir. Hər halda, təkrar edirəm: ümid etmək istərdim ki, burada yalnız sırf elmi maraq ön plandadır. Ya da «dünyanın sonu» gözlənilir və amerikalılar DNT(ДНК) səviyyəsində nəsə saxlamaq istəyirlər. Mən əminəm ki, bu qəbildən olan proqramlar qəfil və ya uzunmüddətli fəlakət halları üçün nəzərdə tutulur. Sirr deyil ki, əgər sivilizasiyanı yenidən canlandırmaq lazım gələrsə, ABŞ-nın Qayalı dağlarında bunun üçün toxum və müxtəlif resurslar toplanmışdır », — deyə müsahibimiz bildirdi.
Dilyana Qaytancıyevanın tədqiqatına qayıdaq. Orada maraqlı bir məqam var: ABŞ Rusiyadan başqa, Çində də sağlam insanlar və xərçəngli xəstələrdən biomaterial toplayır. Belə ki, Milli xərçəng institutu Linsyan, Çjençjou və Chendudan olan 300 nəfərdən nümunə (sınaq,prob) götürmüşdür. Eyni zamanda, digər bir Amerika federal layihəsi — «Çində qida borusu xərçəngi zamanı biomarkerləri müəyyən etmək üzrə tədqiqat» çərçivəsində 349 Çin xəstəsindən zərdab metabolizmi (maddələr mübadiləsi) analizi toplanmışdır. Milli xərçəng institutu Pekindəki Çin xərçəng hospitalının xəstələrindən biomaterial toplayır. Yeri gəlmişkən, bu, çinlilərdən yeganə prob toplamaları deyil. Məsələn, Pekində, amerikalılar 3000 mədə xərçəngi xəstəsindən genotiplər və bir o qədər də Çin paytaxtının sağlam sakinlərindən problar götürmüşlər.
Bununla yanaşı, xərçəngin bəzi növlərilə xəstələnmiş Azərbaycan vətəndaşlarının genetik analizləri laboratoriyalara … ABŞ-na göndərilir. Və bu, tamamilə açıq edilir, xəstənin ailəsi isə üstəlik, pulsuz dərmanlar almaq ümidilə bunun haqqını özü ödəyir. Beləliklə, Dalma Newsdən olan mənbənin qeyd etdiyi kimi, Azərbaycanın hüquq-müdafiə mühitində amerikalılara hətta ölkədə tutalım, DNT və RNT nəticələrini almaq üçün laboratoriyalar yaratmağa hec ehtiyac da yoxdur, amerikalılara bunlar onsuz da elə belə daxil olur. «Çox səylə axtarılan bu biolaboratoriyalar sadəcə olaraq, heç bir şəkk-şübhə doğurmayan başqa lövhə altında işləyə bilərlər», — deyə mənbə vurğulamışdır.
Hazırlayanı Мəmməd Мəmmədzadə