Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli tərəfdaşlığa dair sazişlər imzalanacaqmı? AB ilə münasibətlərin pisləşməsi Azərbaycanın əsas ticarət tərəfdaşı ilə iqtisadi əməkdaşlığına təsir edəcəkmi? Aİ ilə münasibətlərin kəskinləşməsi fonunda Bakı və Moskvanın yaxınlaşmasını gözləmək olarmı? Dalma Newsin bu və digər suallarını Azərbaycan politoloqları İlqar VəlizadəZərdüşt Əlizadə cavablandırmışlar.

Yaxınlarda Avropa parlamenti növbəti antiazərbaycan qətnaməsi qəbul etmişdir. Ümumiyyətlə, bu, Aİ və Azərbaycan arasındaki münasibətlərə necə təsir göstərəcək? Avropalılar radikal Azərbaycan müxalifətinə fəal dəstək göstərəcəklərmi?

İ.V. Zənnimcə, bu qətnamələr Azərbaycanla Aİ arasındakı danışıqlar prosesinə mənfi təsir göstərir. Mehman Hüseynovla bağlı son hadisələr Azərbaycan hökumətinin bu vəziyyətə reaksiya göstərməsi və biganə qalmamasından xəbər verir. Bu məsələ, eyni zamanda, danışıqlar prosesi çərçivəsində qaldırılır. Azərbaycan tərəfi Avropa tərəfinə Azərbaycanın mövqeyini nəzərə almağı təklif edir. Öz növbəsində, Bakı Avropa İttifaqının da mövqeini nəzərə almağa hazırdır. Azərbaycan Aİ ilə danışıqlar prosesinə razıdır, amma burda Azərbaycanın da rəyini nəzərə amaq şərtilə.

Z.Ə. Mən bu qətnamələri anti Azərbaycan ruhlu hesab etmirəm. Əksinə, оnlar Azərbaycan xаlqının hüquqlarının müdafiəsinə yönəlmişdir. Bu qətnamələr Azərbaycan xаlqının hüquqlarının pozulmaması üçün çalışır.Qdur ki, onları anti Azərbaycan adlandırmaq düzgün deyil.

O ki qaldı, bunların Aİ ilə münasibətlərə necə təsir göstərməsinə, başa düşmək lazımdır ki, Azərbaycan Avropaya ehtiyac duyur, nəinki əksinə. Azərbaycan olkəyə sərmayə və texnologiyalar cəlb edilməsi üçün dəstəyə ehtiyacı olan kiçik bir ölkədir. Ona görə də mən hesab edirəm ki, Aİ ilə yaxşı münasibətlərin marağında olmaq məhz Azərbaycana lazımdır.

Yazda Azərbaycan və Aİ arasında əhatəli tərəfdaşlığa dair sazişin imzalanması gözlənirdi. 2019-cu ildə bu saziş imzalanacaqmı və ya o təhlükə altındadır?

İ.V. Danışıqlar prosesi özündə bir neçə mərhələni nəzərdə tutur. İndi başa çatmaqda olan mərhələ kimi, burada danışıqlar siyasi məsələlər deyil, ticari-iqtisadi məsələlərin maddələri üzrə gedir. Burada problem ondadır ki, Azərbaycan ÜTT-nın üzvü deyil, halbuki, bütün Aİ ölkələri bu təşkilatla bağlanan sazişiləri dəstəkləyirlər. Aİ çərçivəsində mövcud olan və avropalıların bunları öz tərəfdaşları ilə keçirməyə çalışdıqları ticarət qaydaları ÜTT müddəalarını nəzərə alır.

Mən hesab edirəm ki, danışıqlar prosesində başlıcası məhz bu məsələdir və o, Azərbaycanla ÜTT arasında dəfələrlə razılaşdırılsa da, bu istiqamətdə elə bir aşkar irəliləyiş yoxdur. Odur ki, Aİ və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin necə davam edəcəyi aydın deyil. Amma yəqin ki, həm Aİ, həm də Azərbaycan tərəfindən qarşılıqlı istisnalar olacaq.

İlqar Vəlizadə

Bəlkə də, Aİ ilə viza rejiminin asanlaşacağını gözləməyə dəyər, belə ki, biznes-təmaslar asanlaşmış qarşılıqlı əlaqələri nəzərdə tutur. Məlum olduğu kimi, iki tərəfin biznesinə sərt viza rejimini yüngülləşdirmək lazımdır. Bu, danışıqlar prosesinin reallıqlarıdır.

Son zamanlar Azərbaycan tərəfdən danışıqlar prosesinin başçısı Aİ ticarət komissiyasının rəhbəridir ki, elə iş də bundadır. Çünki danışıqlar prosesinin bütün detalları açıqlanmadığından, belə təəssürat yaranır ki, bu danışıqlar ətrafında çox şey dumanlıdır. Ona görə də çoxları belə hesab edir ki, tərəflər arasındakı ziddiyyətlər siyasi məsələlər üzündən yaranır. Amma Avropa diplomatlarının bəyanatlarının özlərinə çox az adam diqqət yetirir.

Z.Ə. Burda bir daha bunun ən çox kimə lazım olduğunu anlamaq lazımdır. Mən hesab edirəm ki, bu razılaşmalar əsasən Azərbaycana lazımdır və onlardan mühüm dərəcədə asılı olan bizik. Odur ki, biz Aİ ilə Azərbaycan arasında imzalanmış sazişlərdən danışarkən, tərəflərdən hansının daha güclü mövqeyə malik olduğunu anlamalıyıq.

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Əlaqələrin pisləşməsi tərəflər arasında, xüsusilə də enerji sektorunda iqtisadi əməkdaşlığa təsir edəcəkmi?

İ.V. Heç cür. Ona görə ki, bu enerji layihələrində Avropa kampaniyaları da iştirak edir. Təbii ki, belə olan şəraitdə bizim enerji resurslarımızın realizə strategiyası, həmçinin Qərb ölkələrinin enerji şirkətlərilə də müəyyən edilir. Mən yaxın zamanlarda sxemdə radikal dəyişikliklərin baş verəcəyini gözləmirəm.

Z.Ə. Siz Azərbaycan və Aİ arasındaki ticarət dövriyyəsinə nəzər salın. Azərbaycan ticarət münasibətlərində Aİ üçün 0,1% – dən artıqr yer tutmur Azərbaycan üçün isə Aİ – bu əsas ticarət tərəfdaşıdır. Ona görə ki, yarım milyardlıq əhalisi olan nəhəng Aİ iqtisadiyyatının ümumi həcminə görə dünyada birinci oyunçudur. Azərbaycana öz enerji resurslarını satmaq üçün Aİ-dən başqa heç kim yoxdur, avropalılara isə Azərbaycanı əvəz edənlər var.

Zərdüşt Əlizadə

Aİ ilə münasibətlərin mürəkkəbəşməsi fonunda Azərbaycan və Rusiyanın yaxınlaşmasını gözləmək olarmı?

İ.V. Azərbaycan bu illər ərzində Rusiyaya anlatmışdır ki, Aİ-na daxil olmaq niyyətində deyil. Aİ-nin tələblərinə əməl etmək, eləcə də Assosiativ saziş proqramında iştirak niyyətində də deyil. Mən hesab edirəm ki, bu, Rusiya tərəfini tam qane edir. Moskvada reallıqları çox gözəl başa düşürlər. Bu reallıqları çox vaxt ekspertlər başa düşmürlər. Rusiyanın ali siyasi rəhbərliyində Azərbaycanın Avropa ilə Rusiyanın maraqlarına zərər vura biləcəyi dərəcədə yaxınlaşacağına dair illüziyalar yoxdur

Praqmatizmə gəlincə, Rusiya başa düşür ki, enerji resurslarının əsas satış bazarı – bu, Aİ ölkələridir və Azərbaycan bu yolla pul qazanır. Bu pullar öz infrastrukturunun inkişafına, eləcə də xaricdəki investisiya layihələrinə gedir. Rusiya ümid edir ki, rəsmi Bakı Rusiyada investisiya layihələrinin həyata keçirilməsinə marağını artıracaq. Xüsusən də bölgələrdə.

Moskvada hamı başa düşür ki, Azərbaycan bu pulları Qərblə ticarətdə qazanır. Ona görə də Azərbaycanın Aİ ilə yaxınlaşması məsələsində dünyanın axırının çatması və Rusiyanın maraqlarına hansısa efemer təhdidlərkimi ehtimallar reallıqda mövcud deyil. Mən hələ görməmişəm ki, Azərbaycan ilə Aİ arasında əlaqələrin artması Rusiya rəsmilərini narahat etmiş olsun. Ona görə də mən düşünürəm ki, bu, Azərbaycan və Rusiyanın yaxşı münasibətlərində maraqlı olmayan kənar şəxslərin işidir.

Z.Ə. Avropalılara Azərbaycanın Rusiya ilə nə kimi münasibətlərdə olmasının fərqi yoxdur. Əksinə, onlar azərbaycanlı diplomatlara həmişə deyirdilər ki, Moskva ilə münasibətləri pozmağa dəyməz, Rusiya mühüm bir ölkədir. Bəli, Avropa münasibətləri korlamağı özünə rəva görə bilər, ancaq Azərbaycan – yox.

 

Аnar Hüseynov