Bu günlər Rusiya atomçuları yubiley qeyd etmişlər— düz 72 il əvvəl ilk Sovet nüvə reaktoru işə salınıb. Bu münasibətlə Dalma News SSRİ — nin atom sənayesinin inkişafına böyük töhfə vermiş dünya şöhrətli Azərbaycan və Sovet kimyaçı alimi Abbas Çayxorski haqqında materialı oxuculara təqdim edir.
O, uzun illər nüvə reaktorlarının istismarı sahəsində tədqiqat işləri ilə məşğul olmuş, dövri elementlərin cədvəlini – Mendeleyev qanununun yeni versiyasını işləyib hazırlamışdır. Çayxorskinin elmi kəşflərinin Qərb və Rusiya alimləri tərəfindən tanınmasına və dünyanın aparıcı ölkələrində tətbiq edilməsinə baxmayaraq, Vətəndə bu haqda yalnız dar dairələrdə bilirlər və təxmin etmirlər ki, azərbaycanlı Sovet nüvə sənayesinin təşəkkülünə böyük töhfə vermişdir. Azərbaycanda məşhur həmyerlilərindən niyə xəbərsizdirlər və Abbas Çayxorski nə arzulayırdı – bu haqda Dalma Newsin materialında oxuyun.
Ən yaxşı tələbə və BVM qəhrəmanı
Abbas Çayxorski 1917-ci ildə İrəvan quberniyasının Basarkeçər qəzasında anadan olub. Valideynləri Azərbaycana köçərkən onun heç bir yaşı da yox imiş. 1939-cu ildə Bakıda Yerquruluşu Texnikumunu bitirdikdən sonra Çayxorski Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. Gənc alim fəal həyat tərzi keçirirdi – gimnastika və alpinizmlə məşğul olurdu- Asiyaya qalxmışdı, motoqonçular hazırlayırdı. Amma idman onun üçün yalnız hobbi idi, Çayxorski yalnız elmi fəaliyyətlə ciddi maraqlanırdı. “Elmsiz həyatım öz mənasını itirmiş olardıı”, — deyə o, müsahibələrində tez-tez vurğulayırdı.
İrəli gedərək qeyd edək ki, Çayxorski yaxşı akademik göstəriciləri və digər uğurları ilə sinif yoldaşları və həmkursları arasında həmişə fərqlənir və Stalin təqaüdçüsü idi. Məhz buna görə onu Leninqrad Dövlət Universitetində yeni “Radiokimya” şöbəsində təhsilini davam etdirmək üçün SSRİ-nin bütün aparıcı ali məktəblərinin ən yaxşı tələbələri siyahısına daxil etmişdilər. Daha sonra bu fakültənin məzunları haqqında yazmışlar ki, SSRİ-nin Atom sənayesinin yaranmasında onların böyük rolu olmuşdur. Amma Çayxorskinin özü bunu təvazökarlıqla boynuna almır və şərh etmirdi, “mən bu barədə danışmaqda çətinlik çəkirəm, belə çıxır ki, məzunlar arasında mən özümü də tərifləyirəm”. 1947 – ci ildə Yeni şöbənin ilk buraxılışı oldu və Abbas Çayxorski birlikdə təhsil aldıqları həyat yoldaşı Yevgeniya ilə Çelyabinsk vilayətinə göndərildi ki,orada İqor Kurçatovun rəhbərliyi altında nəinki təkcə SSRİ-də, həm də Asiya və Avropada ilk sənaye Uran-qrafit reaktoru yaradıldı.
Qeyd etmək lazımdır ki, bütün bu hadisələrə qədər, 1941-ci ildə ADU-nun kimya fakultəsinin ikinci kurs tələbəsi olan Çayxorski zenit-artilleriya məktəbinə oxumağa, sonra isə ordan cəbhəyə göndərilmişdir. İgidliyə və döyüş xidmətlərinə görə orden və medallar, o cümlədən III dərəcəli Şöhrət ordeni, I dərəcəli Böyük Vətən müharibəsi medalı, Qırmızı ulduz və s.layiq görülmüşdür. Əlilliyə gətirib çıxaran ağır yaralanmadan sonra, o yenidən təhsilə qayıtdı
«Кurçatovu gözündən kənar buraxmırdı»
72 il əvvəl — 8 iyun 1948-ci ildə ilk sovet atom reaktoru işə salınıb. Müharibədən sonra yarıdağılmış ölkədə alimlər, mühəndislər və inşaatçılar qısa müddət ərzində SSRİ-nin öz nüvə silahını əldə etməsinə, müstəqil və güclü dövlət kimi mövcud olmaq imkanının yaradılmasına yol verən silah plutoniyasının alınmasını təmin etmişlər.
Həmin dövrdə Abbas Çayxorski Çelyabinsk atom mərkəzində kiçik elmi işçi vəzifəsində çalışmışdır. Dünənki məzun radioaktiv elementlərin kimyəvi xassələrinin tədqiqi ilə məşğul olan qrupa daxil edilmişdir. Yeri gəlmişkən, qeyd etməyə dəyər ki, SSRİ – nin Atom sənayesinin təşəkkülündə daha bir bakılı –dünya elmi tarixində əfsanəvi bir şəxs Lev Landau da mühüm rol oynamışdır.
“Kurçenkonun gördüyü işlərlə bilavasitə bağlı olmamışam. Amma tale məni birbaşa böyük bir alimlə bağlamış oldu. Tədqiqat üçün mənə xüsusi bir vakuum qurğusu lazım idi. Mən onun rəsmini cızdım və mühəndis-texniki xidmətə ötürdüm, ordakilər onun istehsalının böyük xərc tələb edəcəyini anlayıb başlarından tutdular. Çertyoj Kurçenkoya verildi, bundan sonra məni onun kabinetinə çağırdılar. Mən gedirdim və fikirləşirdim ki, səlahiyyətimi aşdığıma ğörə hər şey dağılıb puç olacaq”,– deyə Çayxorski müsahibəsində xatırlamışdır.
Lakin o töhmətlənib danlanmadı, əksinə, Kurçatov Moskvadan kiçik elmi işçinin təsvirləri üzrə qurğunun hazırlanması ilə məşğul olan bir qrup konstruktor çağırmağı əmr etdi. Bundan sonra Sovet atom bombasının “atası” – Kurçatov daha Abbas Çayxorskini diqqətdən kənarda qoymurdu. Artıq bir il sonra İqor Kurçatov onu böyük elmi işçi vəzifəsinə keçirdi. Bu dövrdə alim nüvə reaktorunun təhlükəsiz istismar proseslərini intensiv şəkildə tədqiq etmiş və uran reaktorunda sənaye qrafitinin dağılma dərəcəsini tez və keyfiyyətlə müəyyən etməyə imkan verən “Çayxorski portveyni” yaratmışdır.
A. Çayxorskinin dövri elementlərin yeni versiyasının qurulması ilə bağlı əldə etdiyi fundamental nəticələri xüsusi qeyd etmək lazımdır. 1969-cu ildə o, Mendeleyevin “klassik” cədvəlindən əhəmiyyətli dərəcədə fərqlənən yeni dövri elementlər sistemi üzərində işə başlamışdır.
“Mendeleyev dahi alim idi. Ancaq bizim biliklərimizin üfüqləri genişlənibdir. Artıq iki ildən sonra mənim cədvəlim SSRİ Təhsil Nazirliyinin qərarı ilə Mendeleyev cədvəlinnə əlavə olaraq ali məktəb müəllimlərinin ixtisasartırma fakültələri kursuna daxil edilmişdi. 1978 – ci ildə isə dünyada yeganə olan neptuniya kimyası monoqrafiyasını nəşr etdirmişəm”, – deyə alim bildirib. Qeyd edək ki, monoqrafiya dünyada bu sahədə əsas elmi iş kimi tanınır.
A. Çayxorskinin elementlərin dövri sisteminin cədvəli Qərb və Rusiyanın aparıcı alimləri tərəfindən tanınır.
Bundan başqa, Çayxorski kimyaya yeni anlayış – beşinci kvant sayını daxil edən ilk alimdir ki, bu da elementin atomda vəziyyətini daha dəqiq müəyyən etməyə və bununla da elementlərin kimyəvi və fiziki xüsusiyyətləri haqqında təsəvvürü əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir.
«Soyadımızı atam icad etmişdir»
1969-cu ildən etibarən SSRİ Dövlət atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə Komitənin elmi rəhbəri vəzifəsi Abbas Çayxorskiyə həvalə edilmişdir. Bu vəzifədə Çayxorski 12 il işləyib. Əslində, bu, geniş dairələrdə onun az tanınmasının səbəblərindən biridir. Alim SSRİ-də ən gizli tədqiqatlarla məşğul olduğuna görə onun adı açıqlanmamışdı. Hətta bir neçə onilliklər əvvəl müdafiə etdiyi doktorluq dissertasiyasının mövzusu da hələ açıqlanmayıb. “Mən bütün həyatım boyu qapalı sahədə – nüvə sənayesində işləmişəm. Çox şey haqqında heç indi də danışa bilmərəm”, – deyə Çayxorski izah etmişdi.
Ola bilsin ki, məhz bu səbəbdən vətəndə alimə yalnız 87 yaşında AMEA-nın fəxri doktoru adı verilmişdir. Lakin “məxfiliyinə” baxmayaraq, radioaktiv elementlərin kimyası sahəsində elmi işləri Çayxorskiyə dünya şöhrəti və elmi sahədə tanınması ilə nəticələnmişdir.
Ayrıca qeyd etmək lazımdır ki, ətrafdakılar Çayxorskinin qeyri-adi soyadının mənşəyi barədə tez-tez sual verirdilər. Müsahibələrinin birində o belə cavab vermişdi: “çar dövründə bir çox azərbaycanlılara doğulduğu yer üzrə familiyalar yazılırdı. Bilirsiniz ki, Şıxlı, Şəki, Kəngərli bölgələrindən törəmələr var ki,onların soyadları doğulduğu yerlərin adı ilə bağlıdır. Ancaq bizim bəxtimiz o qədər də gətirməyib — biz əslən Çaxırlı kəndindənik. Atası hesab edib ki, müsəlmana “şərab” soyadını daşımaq yetərli deyil. Və müsəlmanlar çayı daha çöx içdiklərindən “çayxor” sözü yaranmış və onu Çayxorski deyə, soy adı kimi işlətməkdə elə bir qəbahət axtarmağa dəyməz.
“Mən hər şeyi qurban verməyə hazıram”
1997-ci ildə alim ciddi xəstəliyi müalicə etmək üçün ABŞ-a mühacirət edib. A. Çayxorski həyat yoldaşı ilə birlikdə 1980-ci illərin sonlarında Ştatlara mühacirət etmiş oğlu Аleksandr Çаyхоrsкinin yaşadığı Nevada ştatının Rino şəhərində məskunlaşmışlar. ABŞ-da alim biokimyəvi fizika problemi ilə məşğul olub, nəzəri hesablamalarla bitki antioksidantlarının potensial fəaliyyətini öyrənib. Abbas Çayxorski həyatının son illərində Bakıda tez-tez olur, seminarlar keçirir və alimlərlə ünsiyyətdə olurdu. Həmkarları və yaxınları qeyd edirlər ki, o, təkcə SSRİ-nin nüvə sənayesi sahəsində deyil, həm də Azərbaycanda atom energetikasının inkişafına kömək edən mütəxəssis kimi xatırlanmağı arzulayırdı. O, Azərbaycan elminin nüfuzunu yüksəltməyə çalışaraq, AMEA-nın elmi jurnallarında bir sıra fundamental əsərləri nəşr edib. Dəfələrlə demişəm ki, bunun üçün ABŞ-da olan hər bir şeyi – yüksək pensiyanı, evi, biofizika sahəsində maraqlı işi qurban verməyə hazıram. Amma bu ona sağlığında qismət olmadı.
Abbas Çayxorski 2008-ci ildə 91 yaşında Rino şəhərində vəfat etmişdir. Buna baxmayaraq, alimin tədqiqatlarından və əsərlərindən indiyədək , o cümlədən, Azərbaycan da daxil olmaqla, onlarla elmi institut tərəfindən istifadə olunur və öyrənilir.
İradə İmanova