Azərbaycan sakinləri Yeni il bayramlarından özlərinə gəlməmiş, Azad istehlakçılar Birliyinin üzərinə kommunal xidmətlərin işilə əlaqədar şikayətlər yağış kimi yağmağa başlamışdır. Adamlar əhalini aldadıb qeyri-qanuni pul qoparan «Azəriqaz» İstehsalat birliyi (İB), «Azərsu» (su operatoru) ASC ,JEK-lərdən (ЖЭК) şikayət edirlər və s. Bəs niyə belə olur?

Dalma News ilə söhbətində Azərbaycanın Azad istehlakçılar birliyinin (АAİB) başçısı Eyyub Hüseynov bildirib ki, ölkənin kommunal sahəsində bir sıra problemlər mövcuddur: «Biz səmərəli siyasət apara bilmək üçün hökumətə dəfələrlə kommunal xidmətlər üzrə vahid agentlik yaratmağı təklif etmişik. Amma təəssüf ki, bu baş verməmiş və vəziyyət günü-gündən pisləşməkdədir. Sanki istehlakçılara kömək üçün nəzərdə tutulan yeni texnologiyalar meydana gəlir, lakin işdə bunun əksi alınır, faktiki olaraq, müxtəlif yollarla adamlardan pul qoparılır».

Eyyub Hüseynov bəlkə də ən səs-küylü tarixçə ilə bağlı bir nümunə göstərdi,– «Azəriqaz» İstehsalat birliyi iki il ərzində abunəçilərdən göstərilməyən xidmətlər üçün pul alırmış. «Demək olar ki, sizinlə söhbətimizdən cəmi bircə saat əvvəl АAİB-nə qaz smart-sayğacının ödənişi üçün karta pul qoymuş bir adam müraciət etdi. Ondan da ikiqat tariflə cıxmışlar ki, bu qabaqcadan ödənişdir, yəni depozit üçün pul əmanətidir. Halbuki, istehlakçı qazdan istifadə etməmiş, 2016-cı ilin dekabrında qoyulmuş differensial tarif limitini keçməmişdir. Belə şikayətlər getdikcə daha da çoxalır ki, bu da hökumətin diqqət yetirməli olduğu problemdir», — deyə o vurğulayıb.

Eyyub Hüseynov

Müsahibimiz qeyd edir ki, əhalidən təkcə qaz üçün deyil, həm də qızdırma və digər kommunal xidmətlər üzrə pul çıxmağın müxtəlif sxemləri vardır.«Əsas problem – istehlakçılar və kоmmunal xidmətlər arasında nəzarət və müqavilələrin olmamasıdır. Və hətta belə sazişlər varsa da, onlar birtərəflidir. Abunəçilərin heç bir hüququ yoxdur, yalnız onların öhdəçilikləri öz əksini tapmışdır. Odur ki, hətta iş məhkəməyə düşərsə belə, burda istehlakçıya qalib çıxmaq müşkül məsələdir. İndi hətta əhalinin həyata keçirilməyən kommunal xidmətlər üçün ödədiyi məbləği göstərmək belə çətindir. Amma söhbət bütün kommunal xərclərin 15-20%-indən gedə bilər. Bu, böyük puldur. Yenə də deyirəm: kommunal xidmətlər yeni texnologiyanı əhalidən əlavə vəsait əldə etmək üçün mənimsəmişlər».

Bununla belə, əhalinin aldadılması ilə bağlı ən səs-küylü tarixçə uzun müddət ərzində ədalətsiz olaraq əhalinin pulunu aldadıb mənimsəyən «Azəriqaz» İstehsalat birliyilə bağlıdır ki, onun üstü ictimai və siyasi xadim, Zəhmətkeşlərin hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədovun sayəsində açılmışdır. Dalma Newsə verdiyi müsahibədə ekspert açıqlamışdır ki, onun «Azəriqaz»a iddiası ondan ibarətdir ki, tutalım, «Аzərişıq» Açıq səhmdar cəmiyyətindən (elektrik təchizatı operatoru) fərqli olaraq, «qazçılar» tarifi başqa tərzdə müəyyənləşdirmişlər ki, bu da əhalinin zərər çəkməsinə səbəb olmuşdur.

Dalma Newsin xatırlatdığı kimi, 2016-cı ilin dekabrında əvvəlki tariflə (min kubmetrə görə 0,1 manat) qazın illik istehlak limiti 1500-dən 1700 kubmetrədək yüksəlmişdir. Bundan başqa, Tarif şurası elektrik enerjisi limitini ayda 250-dən 300 kilovat/saata qədər artırmışdır. Qərara əsasən, illik qaz istehlakının artması halında əhali bir kubmetr üçün 0,2 manat tarifilə 170 manat ekvivalentlə ödəməli idi. Elektrik enerjisinin aylıq istehlakı 21 manat ekvivalenti həcmini aşdıqda , qalan hissəsi hər kilovat/saat üçün 0,7 manat deyil, 0,11 manat hesablanır.

Bəs «Azəriqaz» İstehsalat birliyi nə etmişdir? «Mən sizə bir nümunə gətirəcəyəm. Əgər mən elektrik sayğacına 200 manat yükləyirəmsə, bu bir depozitdir. Yalnız ayda 300 kilovat /saatdan çox istifadə etsəm, tarif dəyişəcək, yüklənmiş puldan isə 0,7 manat çıxılacaq. «Azəriqaz»da isə daha «ağıllı» tərpənmişlər, onlar sənin istifadə etdiyin qaz üçün deyil, bunun depozit olacağını düşünərək, karta yüklədiyin pula tarif qoyurlar. Yəni əgər mən qazın haqqının ödənişi üçün limitdən artıq məbləğ qoymuşamsa, məndən ikiqat tariflə çıxırlar, hərçənd mən bu qazdan hələ istifadə etməmişəm, o, qazsaxlama məntəqələrindədir. Ancaq «qaz işçiləri» artıq bunun üçün pul alıblar, özü də, bir daha təkrar edirəm – ikiqat tarifdə », – deyə Sahib Məmmədov bildirib.

Sahib Məmmədov

Müsahibimiz izah edir ki, hər hansı ev təsərrüfatınin istifadə etdiyi qazın həcmini smart sayğaca baxıb asanlıqla müəyyən etmək olar: «Ancaq axı, pul sayğac üzrə deyil, sadəcə, upload kart faktı üzrə çıxarılır».

«Məhz buna görə də mən etirazla çıxış etdim. Əlbəttə, «Azəriqaz» hesab edir ki, tarifi müəyyənləşdirmə üzrə onların seçdikləri yol düzgündür, lakin bunun üçün heç bir dəlil və izahat təqdim etməmişlər, axı bunlar heç ola da bilməzlər. Budur, 2018-ci il artıq başa çatmışdır. Siz keçən il qaz haqqını ödəmisiniz və sizdə istifadə üçün tutalım, daha 500 kubmetr qalır. Lakin İstehsalat Birliyi belə hesab etmir, bu 500 kubmetr artıq yeni ildə qaz ödənişi kimi gedərək növbəti limitə əlavə olunur. Və siz 250 kubmetr itirirsiz, onlar sadəcə olaraq silinir. Amma siz axı, keçən il öz limitinizdən istifadə etməmisiniz!».

Həmsöhbətimiz hesab edir ki, əhali ciddi məbləğdə pul itirmişdir, lakin o, dəqiq məbləği göstərməkdə çətinlik çəkdi: «Söz böyük pul vəsaitlərindən gedir, amma bunları hesablamaq çox çətindir».

Sahib Məmmədov bütün bəlaların səbəbini Azərbaycanda kommunal xidmətlərin bazarda monopol vəziyyət tutmasında görür. Elə həmin «Azəriqaz»- təbii inhisarçıdır. Budur, siz mağazada kolbasa almısınız və o sizin xoşunuza gəlməyib. Siz ya başqa növ kolbasa alır və ya mağazanı dəyişirsiz. Ancaq «Azəriqaz» İB halında isə bu mümkün deyil. Ona görə də monopolçulara nəzarət etmək lazımdır. «Azəriqaz»la əlaqədar özünü Konstitusiya məhkəməsinə çatdırmaq gərəkdir. Amma istənilən halda, insanlar öz vətəndaşlıq mövqelərini göstərməlidirlər», — deyə Sahib Məmmədov sözünə yekun vurmuşdur.

 

Məmməd Məmmədzadə