Daha çox Səməd Vurğun kimi tanınmış Səməd Vəkilov – Azərbaycan və Sovet şairi, dramaturq və ictimai xadimdir. Yeri gəlmişkən, «Vurğun» bu, yalnız təxəllüsdür ki, Vurulmuş, Aşiq olmuş kimi anlaşılır. Səməd Vurğunun özü həmişə deyərdi: «Mən əlimə qələm alan andan insan və təbiətin vurğunu oldum».

Gələcək şairiin ailəsi məşhur nəslə məxsus olsa da, atası Yusif ağa müflisləşmiş, anasını isə erkən itirmiş və onu nənəsi tərbiyə etmişdi.

O, ibtidai təhsilini doğma kənddə alır. Təəssüf ki, ağır maliyyə vəziyyəti ata və nənəsinin səhhətinə pıs təsir göstərir və onlar vəfat edirlər. Beləliklə, o öz əmisi qızı Xanqızı Vəkilovanın himayəsi altına keçir.

Səmədin yaradıcılıq potensialını təhsilin lap ilk günlərindən duymuşdular. Gələcək şair ədəbiyyatı çox sevir və yeniyetmə çağından Vaqif, VidadiSabirin yaradıcılığı, Aleksandr Puşkin, Mixail Lermontov və türk yazıçılarından Tofiq Fikrət, Namik Kamal Məmməd Əminin əsərləri ilə maraqlanmışdır. Səməd Vurğun gözəl şeirlər yazmaqla yanaşı, həm də çox əla oxuyurdu. Yeri gəlmişkən, onun ilk əsəri — «Gənclərə müraciət»—«Yeni Fikir» Tiflis qəzetində dərc olunmuşdur.

Seminariyanı bitirən Səməd Vurğun müəllimlik edir, Qazax, Gəncə və Qubanın kənd məktəblərində işləyir. Şübhəsiz, istedadlı insanlar bir yerdə otura bilmirlər, onlar inkişaf etməyə çalışırlar. Belə ki, o, Moskva universitetinə daxil olur, sonra isə Azərbaycan pedaqoji institutunda təhsil alır. Elə «Ürək dəftəri» poetik şeirlər toplusu və «Şeirlər» kitabı da o vaxt yaranır. Daha sonra o, yeddi poema və 100-ə yaxın şeir yaradır. Şairin ən məşhur şeirlərindən biri olan «Azərbaycan» ona populyarlıq və xalq məhəbbəti qazandırır. Bu şeiri ilə o, Vətənə sevgisini etiraf edir, öz sevimli ölkəsi və onun xalqı haqqında xüsusi, son dərəcə özünəməxsus bir tərzdə söz açır.

Bundan başqa, şairin tanınmış poemaları arasında aşağıdakıları qeyd etmək olar: «Komsomol poeması», «Muradxan», «Xumar», «Kənd səhəri»,«Ölüm kürsüsü», «Acı xatirələr» və başqaları. Onun qələminə «Vaqif», «Xanlar» poemaları, həmçinin «Fərhad və Şirin», eləcə də «Xosrov və Şirin» poemalarıının motivləri əsasında yazılmış eyniadlı mənzum dramlar məxsusdur.

Yaradıcı şəxsiyyət olmasına baxmayaraq, Səməd Vurğun ölkənin siyasi həyatında fəal iştirak etmişdir. Belə ki, 1945-ci ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Onun Azərbaycan SSR KP MK-nın 1-ci katibi Mircəfər Bağırovla çox gözəl münasibətləri var idi.

Şair tez-tez xarici ezamiyyətlərə çıxır, odur ki, xarici KİV-də onun çıxışları haqqında müsahibə və məqalələr dərc edilir. Yeri gəlmişkən, elə o vaxt rus şairi Konstantin Simonov «Dostum Səməd Vurğunun Londondaki ziyafətdə nitqi». şerini dərc edir. 1953-cü ildə Səməd Vurğunu Elmlər Akademiyasının vitse-prezidenti təyin edirlər. O, məhz bu vəzifədə onlarla insana alim olmaqda kömək edir, onların təhsil haqqını ödəyir. Səmimi, açıq və xeyirxah insan olan Səməd Vurğun vətəndaşları elm, bilik və təlimlərə dəvət edirdi.

Səməd Vurğun böyük vətənpərvər idi, buna görə də özünün 60-dan artıq şeirini və «Bakının dastanı» poemasını hərbi mövzuya həsr etmişdir. Dünya poeziyasının hərbi mövzuda 20 ən yaxşı şeirlər müsabiqəsində məhz onun «Ananın xeyir-duası» şerini seçmişlər ki, daha sonra o, Nyu-Yorkda çap olunmuşdur. Hərbi tədbirlərin keçirilməsi üçün Fizuli adına Ziyalılar Evinin yaradılmasının təşəbbüsçüsü məhz Səməd Vurğun olmuşdur.

Rus və Azərbaycan dillərini gözəl bilən Səməd Vurğun həmçinin tərcüməçiliklə də fəal məşğul olur. A.S. Puşkinin «Yevgeni Onegin» romanının Azərbaycan dilinə tərcüməsinə görə o, Puşkin komitəsi tərəfindən A.S.Puşkin medalı ilə təltif edilmişdir. Sonra o, Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasının bir hissəsinin tərcüməsi üçün Gürcüstan SSR-nin Fəxri fərmanı ilə mükafatlandırılmışdır. Səməd Vurğun həmçinin Taras Şevçenko, Maksim Qorki, İlya Çavçavadze və Cambulun bir sıra işlərini tərcümə etmişdir.

 

1934-cü ildə Səməd Vurğun onun üçün üç övlad dünyaya gətirən Xavər Мirzəbəyova ilə ailə qurur. Uşaqlar faktiki olaraq, atalarının yolu ilə getmişlər. Bu gün Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairidir. Qızı Аybəniz Vəkilova isə, respublikanın əməkdar mədəniyyət işçisidir. Səməd Vurğun gözəl ailə başçısı idi, ailəyə olan məhəbbətini o öz şeirlərində də tərənnüm etmişdir

«Yusiflə, Vaqiflə sevin, fəxr elə!

Qoy hamıdan xoşbəxt olsun Aybəniz!

Vurğuna əbədi, ömür boyu yoldaş ol,

Daha yüz il ol dayağım mənim! »

Təəssüf ki, şair 1955-ci ildə işlə əlaqədar Vyetnama səfəri zamanı xəstələnir. Xəstəxanada ürəyi yaşamaq arzusu ilə dolu olan Vurğun şeir yazır:

«Vaxtsız ölüm, uzaqlaş,

Mən qürbətdə can vermərəm ölümə.

Heç nahaqdan qaldırma nizəni havaya

Yenə qələmimlə silahlıyam mən indi

Və qürbətdə can vermərəm ölümə».

Sanki onun vəziyyəti yaxşılaşır və o, Vətənə qayıdır, lakin bir müddət sonra şairin vəziyyəti yenidən pisləşir. Səməd Vurğun heç 50 illik yubileyini qeyd etməmiş, 27 may 1956-cı ildə vəfat edir. Sonraki iki gün bütün Azərbaycan matəm içində olur, insanlar ağır itki ilə barışa bilmirlər. Mayın 30-da şair Bakıda Fəxri Xiyabanda dəfn olunur. Bir təsəlli teleqramında qeyd olunurdu ki, «Səməd Vurğunun ölüm günündən onun yeni həyatı başlayır — ölməzlik».

Onun xatirəsi bu gün də yaşayı

Şairin adı şəhər və kəndlərdə abidə və büstlərdə əbədiləşdirilmiş, şairə həsr olunan muzeylər yaradılmışdır. Azərbaycan Dövlət Rus dram teatrı, Moskva, Ağcabədi və Bakıda küçələr, eləcə də Azərbaycanın Qazax rayonunda şəhər tipli qəsəbə Səməd Vurğunun adını daşıyır. Şair təkcə öz Vətənində məşhur olmadığından, Kiyevdə onun adına kitabxana, Bolqarıstanda texnikum və Düşənbədə 257 saylı məktəb var.

Bundan başqa, Azərbaycan Respublikasının paytaxtında Səməd Vurğunun heykəli, şairin ev-muzeyi vardır ki, o, Azərbaycanda ilk memorial muzey olmuşdur. Və nəhayət, onun şərəfinə SSRİ poçt markası buraxılmış; şairin 100 illik yubileyinə isə Azərbaycanın poçt markası təsis olunmuşdur.

Səməd Vurğun Azərbaycan SSR xalq şairi adını almış, o, əməkdar incəsənət xadimi, bundan başqa, «Vaqif»,eləcə də «Fərhad və Şirin» pyesi üçün ikinci dərəcəli Stalin mükafatına layiq görülmüşdür. Onun arsenalında iki Lenin, Qırmızı Əmək Bayrağı və «Şərəf Nişanı» ordenləri, eləcə də «1941-1945-ci illər Böyük Vətən müharibəsində şanlı əməyə görə» medalı var.

Onun haqqında həmişə danışmışlar…

Azərbaycanın eks-prezidenti, mərhum Heydər Əliyev Səməd Vurğun yaradıcılığının pərəstişkarı idi. O, deyirdi ki, Səməd Vurğunun poeziyası Azərbaycan dilini zənginləşdirmiş, onun inkişafına səbəb olmuş, hər bir azərbaycanlı üçün doğma və sevimli etmişdir.

Bəstəkar Rauf Hacıyev Səməd Vurğuna həsr olunmuş kantata yazmışdır. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov: «Mən poeziyanı musiqisiz təsəvvür edə bilmirəm. Bu mənada Səməd Vurğunun şeirləri təkrarolunmazdır».

Latviya sovet şairi Yan Sudrabkaln: «Səməd Vurğunun şeirlərini oxuyarkən, biz onun özünü görür, onun səsini eşidir, onun ürəyinin hərarətini hiss edirik. Sanki öz şəffaf güzgüsündə bütün geniş ucsuz-bucaqsız səmanı əks etdirən mavi gölə baxırsan. Elə bir hiss yaranır ki, guya isti bir yay axşamı balkona çıxmısan. Hər yerdən rəngarəng çiçəklərin, cürbəcür meyvələrin müxtəlif məstedici ətri duyulur.

Rus-sovet yazıçısı Aleksandr Fadeyev: «S. Vurğunun incə və yüksək poeziyası xalqlarımızın ən yaxşı əsərlərinin ulduz kəhkəşanında ən parlaq bir ulduz kimi işıq saçır. O, müxtəlif millətlərdən olan milyonlarla sovet insanları tərəfindən sevilir. Mən çoxdan onun cazibə və sehri altındayam».

Türk şairi Nazim Hikmət: «Səməd Vurğun – bizim poeziyanın nəhəng planetidir. Bu planetin Günəşi, ulduzları – sönməzdir. Səməd Vurğun – böyük xalq şairi – nə qədər ki, bizim dillər sağdır, o da əbədi yaşayacaqdır».

Rusiya şairi Konstantin Simonov: «Səməd Vurğun – qartal baxışlı cəsarətli xalq nəğməkarıdır. Şairin cazibə qüvvəsi, şəxsiyyətinin qeyri-adiliyi,hardasa nadirliyi o dərəcədə idi ki, onu sağlığında tanıyanlar bu gün də öz yaddaşlarında bu coşqun, həyatsevər naturanı aydın surətdə canlandırırlar».

Fransız şair və nasiri Lui Аraqon: «Səməd Vurğun müasir Sovet və dünya ədəbiyyatının fəxridir. … O, Sovet ədəbiyyatının ən görkəmli şəxsiyyətlərindən biri idi. Azərbaycan xalqı içindən çıxan, coşqun ilhamlı şair, fövqəladə ahəngdarlığa malik Səməd Vurğun, həqiqətən də Nizami, Vaqif və digər qüdrətli söz ustalarının davamçısı idi».

 

Tatyana Ələkbərova