Hər bir qadın həmişə trenddə olmağa, ilbəil dəyişən moda tendensiyaları və yönümlərinə əməl etməyə çalışır. Dizaynerlər gələn il nəyin dəbdə olacağını qabaqcadan müəyyən edirlər. 2019-cu ildə dəbdə nə olacaq? Bu, hazırda bütün dünyada qadınlar üçün ən maraqlı suallardan biridir. Bu suala cavabları Dalma Newsə müsahibədə Azərbaycanın üç tanınmış dizayneri Elnarə Bəkirova, Cəlal Kəngərli və Rüfət İsmayıl vermişdir.
Elnarə Bəkirova etiraf etdi ki, 2018-ci ildən fərqli olaraq 2019-cu ilin moda meylləri daha komfortludur(rahat,münasib) və hər bir qadının gündəlik həyat ritmilə həmahəngdir. Amma elə fason və rənglər var ki, artıq neçə mövsümdən bəri dəbdən düşmür və hələ illərlə trenddə qalmaqda davam edəcək.
«Mən tanınmış dizaynerlərin Milan, Paris və Nyu-Yorkda keçirilən bütün geyim nümayiş etdirmələrini izləməyə çalışıram, çünki 2019-cu ildə nəyin dəbdə olacağını məhz onlar müəyyən edir. Bir modelyer kimi məni ən çox o fakt sevindirir ki, bü dəfə hər bir sev onu geyən adamın xarakter və şəxsiyyətini əks etdirmək məqsədi daşıyır. 2019-cu ilin ən əsas trendi qeyri monotonluq,yəni bənzərsizlik və ya müxtəliflikdir, odur ki, qadının öz üslubu və stili üzərində eksperimentdən qorxması lazım deyil», — deyə Elnarə Bəkirova vurğulamışdır.
Onun sözlərincə, dəbdə əsasən parlaq rəng olacaq, moda kimi qızılı, mərcani, sarı, narıncı, qırmızı, mavi, dəniz dalğası və yetişmiş çiyələk rəngi, həmçinin dizaynerlər tərəfindən tez-tez istifadə olunan və həm kişilər, həm də qadınlar tərəfindən həmişə tələbat olan klassik ağ-qara və ağ rənglər olacaq. O, qışda daha çox dəridən olan paltarlara üstünlük verməyi məsləhət görür – bura həm gödəkçələr, həm plaş və papaqlar, həm də cibləri üst tərəfdən qojyulan və ya üzərində hansısa tikmələr edilmiş paltolar aiddir. Bütün bunlarla yanaşı, xəz məmulatları yenə də populyar olacaq ki, onlar yalnız paltarda deyil, həm də aksesuarlarda iştirak etməlidir.
«Qışda yüngül və azad donlar, dəri,yun, sıx trikotajdan olan qadın şalvarları, yazda isə şifon, ipək, krujeva və atlasdan qəçəng qollu, qabaqdan və arxadan kəsiyi olan sərbəst fasonlar dəbdə olacaq. Onlar qadın lətafət və təravətini təcəssüm etdirəcək.Yayda hər şeydən yaxşısı cürbəcür sarafan, gen şalvar, müxtəlif uzunluq və rəngdə kombinezonlara üstünlük verməkdir. Payızda isə dəbdə trikotaj, flanel, məxmər və xəzdən olan komfortlu və rahat şeylər olacaq. Bu mövsümün trendi cari ildəkitək necə deyərlər, preppi və pijama stilinin birləşməsi olacaq», — deyə Bəkirova bildirdi.
Cəlal Kəngərli Dalma Newsə müsahibəsində bildirdi ki, əsasən axşam və toy geyimləri yaradır, odur ki, məhz onların modalarını daha çox izləyir. Onun sözlərinə görə, 2019-cu ildə ən çox açıq tonda, həmçinin maksimum şəffaf, dərin dekolte və yüksək kəsimləri olan paltarlar dəbdə olacaq. Dizaynerin fikrincə, hərçənd müasir dress-kod dəyişmiş olsa da, əsas prinsiplər dəyişməmiş qalmışdır, yəni ən başlıcası, geyimin qadın incəliyi və lətafətilə həmahəng olmasıdır.
«Bu il daha cəsarətli, dərin dekolteli açıq-sacıq geyimlər dəbə düşəcək , amma ən əsası odur ki, onlar ləyaqətdən, ədəb-ərkandan kənara çıxmasınlar. Hesab edirəm ki, hər bir qızın qarderobunda həm uzun, həm də qısa paltarlar olmalıdır», — deyə Kəngərli bildirmişdir.
Toy paltarlarından söz açan dizayner bildirdi ki, tendensiya bir o qədər də dəyişməmişdir, hər il olduğu kimi, gəlinlər üçün ən yaxşı paltar ağ, açıq qəhvəyi və krem rəngində olanlardır. Onun sözlərincə, ən çox üstünlüyü kürəyi açıq və krujeva, gipür,eləcə də atlaz dekolteyə malik toy paltarlarına vermək lazımdır. Kəngərli hesab edir ki, nə qədər çox illər keçsə də, saysız hesabsız metr tüllə bəzənmiş, şahzadə xanımlar və krallarda olduğu kimi uzun şleyfli , qəşəng və dəbdəbəli toy geyimləri həmişə trenddə olacaq, odur ki, qoy xanımlar belə geyimləri seçməkdən çəkinməsinlər.
«Qızların əksəriyyəti eleqant minimalizmə, yəni ən az detallara, hər hansı dekorun olmamasına üstünlük verirlər. Bir sözlə, əgər gəlin öz fiqurasını xüsusi vurğulamaq istəyirsə, ağ rəngli adi uzun paltar lüstünlük təşkil edir. Bütün bunlarla yanaşı, bunun Azərbaycana nə dərəcədə çatacağını bilmirəm, lakin digər ölkələrdə don əvəzinə, həmçinin şalvarlı zərif kostyumlar, kombinezonlar dəbə düşmüşdür. Ancaq bu, artıq gəlinin seçimindən asılıdır», — deyə Kəngərli qeyd etdi.
Ən tanınmış dizaynerlərdən biri, hazırladığı paltarları bu gün Jenifer Lopez, Beyonsé, Аvril Lavin və digər ulduzların geydiyi Rüfət İsmayıl qeyd etmişdir ki, hal-hazırda onun yeni «Power of Fire» kolleksiyası ilk dəfə Nyu-York Moda həftəsində təqdim olunmuş və tamaşaçılar tərəfindən kifayət qədər uğurla qarşılanmışdır. Buna sübut Amerikada ona olan tələbatdır. Onun sözlərinə görə, hər bir dizayner qızlara o şeyi yaradıb təqdim etməlidir ki, həmin geyimlərdə onlar özlərini gözəl hiss etməli və ən başlıcası, bu paltarlar rahat olmalıdır.
«Mənim bütün son «Power of Fire» kolleksiyam azqiymətli daşlar və mürəkkəb tikmələrdən istifadə ilə əllə yaranmışdır. Onlar daha çox səhnə adamları, həm də hansısa gecəyə getmək və öz paltarları ilə fərqlənmək istəyən xanımlar üçün nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı, mən özüm yaradır və hesab edirəm ki, idman kostyumları, gündəlik həyat üçün tolctovkalar (enli,uzun, büzməli və üstündən qayış bağlanan üst köynəyi) həmişə dəbdə olacaq», — deyir İsmayıl .
Onun sözlərinə görə, əgər sarı rəng dəbdədirsə, başdan-başa sarı geymək vacib deyil – bu halda insan moda qurbanı olur. O, qadınlara öz stilini tapmağı və onu saxlamağı yaxud özünün xüsusi imicini yaratmağı məsləhət gördü ki, bu qadınların fərdiliyini əks etdirər.
Kəmalə Cavadova