Azərbaycanla Vatikan arasında diplomatik əlaqələrin hələ 1992-ci ildə qurulmasına baxmayaraq, tərəflər arasında fəal əməkdaşlıq yox idi. 2002-ci ildə Roma Papası İkinci İohann Pavelin Azərbaycan paytaxtına səfəri Azərbaycan Katolik kilsəsinin həyatında yeni səhifə açdı.

Roma-Katolik kilsəsi başçısının Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik qazanmasından sonra respublikaya ilk səfəri öz-özlüyündə, xüsusilə həmin anda Roma papasının Rusiyaya hələ də səfər etməməsi fonunda çox şeydən xəbər verirdi. İkincisi, Vatikanınla Azərbaycanın münasibətlərin möhkəmlənməsinə təkan verən həmçinin o  oldu ki, pantifikin səfəri zamanı prezident Heydər Əliyev yeni katolik məbədi tikmək üçün katolik icmasına torpaq sahəsi bağışladı və ilk özül daşına da Roma papası elə o vaxt xeyir-dua verdi.

İnamla demək olar ki, bu 14 il ərzində, xüsusilə son illər Vatikanla Azərbaycanın münasibətləri yalnız sadəcə pozitiv deyil, həm də çox məhsuldardır. Bunda Papa ilə Vatikanda dəfələrlə görüşmüş Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük xidməti vardır.

Və budur, Roma Papası Fransisk ilə bu dəfə Bakıda yeni görüş. Bu baxımdan, Azərbaycanın xarici siyasi fəallığı kontekstində Vatikanda erməni kilsəsinin tarixən istifadə etdiyi nüfuz nəzərə alınmaqla, Azərbaycan-vatikan yaxınlaşmalarının ilk yekunlarını qiymətləndirmək çətindir.

Qeyd etmək lazımdır ki, çevik diplomatik addımlarından çıxış edərək Müqəddəs taxt-tacın indiki başçısı güman ki, bu istiqamətdə gözlənilən çətinlikləri yaxşı təsəvvür edir.

Vatikanda uzun müddət dinlərarası dialoqun istiqamətini ilahiyyatçılçq səviyyəsində inkişaf etdirməyə cəhd göstərmişlər. Və doğrudan — islam, xristianlıq və уəhudilik arasında dialoq qurmaq mümkün olmuşdur.

Amma ilahiyyat — o qədər də mobil resurs deyil. Biz ildən-ilə ilahiyyatciların, ekspertlərin necə toplaşdıqları, ilahiyyat problemlərinin necə müzakirə olunduğunu müşahidə edirik, ancaq bu müzakirələr mədəniyyət sahəsinin müxtəlif səviyyələrində dialoqun qurulmasına heç cür kömək etmir. Və artıq XVI Benedikt daha səmərəli, daha çox iş qabiliyyətli vasitə və ya alət timsalında dini mədəniyyətlərin dialoqu haqqında danışmağa başladı.

francisk

Yüksək qonağın keçirdiyi kütləvi ibadət təkcə katolik dini etiqadından olanların deyil, bütün bakılıların yaddaşından silinməyəcək. Onun nitqi Müqəddəs İncildən,dahi filosoflardan iqtibaslarla zəngin idi və Papanın sözləri bəşəriyyəti təəssüf ki, hələ də bir növ uzaq və əlçatmaz məqsəd kimi qalmaqda olan böyük qardaşlığa dəvət kimi səsləndi.

Qafqazda etnik və siyasi münaqişələrin dini aspekti Vatikanda böyük narahatlıq doğurur. Roma papası prezident İlham Əliyevlə görüş zamanı məhz bu barədə danışmışdır:

«Heç kimin dindən dözümsüzlük, nifrət və təcavüz aləti kimi istifadə etmək haqqı yoxdur. Əsl tərəqqi və sülhün mənbəyi yalnız müxtəlif din nümayəndələrinin qarşılıqlı hörmət və ehtiramı ola bilər».

Pontifik Katolik Kilsəsinin müharibəyə «ədalətli» məqsədlərə nail olmaq vasitəsi kimi xeyir-dua verməkdən imtina etdiyi zaman yaranmış ənənəni davam etdirir. Hələ Roma Papası Benedict XV (1854-1922), Birinci dünya müharibəsi ərəfəsində hazırlanan «mənasız qırğını» pisləmiş və xəbərdarlıq etmişdi ki, «hər şey sülhlə əldə oluna bilər və hər şey müharibə nəticəsində itirilə bilər».

«Ürəkdən arzu edirəm ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə birgə nəhayət Azərbaycanda sülh bərpa olunsun. Buna yalnız xoş məram və əsl barışıq ruhu gətirib çıxara bilər»,- deyə Fransisk Bakıda vurğulamışdır. O, həmçinin bildirmişdir ki, islama etiqad etsələr də o, «bütün Azərbaycan xalqı», həmçinin respublika prezidenti İlham Əliyev üçün dua edəcək.

nasirov

Millət vəkili Elman Nəsirovun fikrincə, Roma Papası Azərbaycana səfəri üçün « Biz hamımız qardaşıq» şüarını seçmişdir ki, bu da yaxşı əlamətdir. «Azərbaycanda müxtəlif din və mədəniyyət nümayəndələri sülh və harmoniya səraitində — qardaş kimi yaşayırlar. Bu baxımdan belə şüarlar, bizim üçün yenilik deyil. Azərbaycan dövlətinin siyasəti əsasən müxtəlif millətlərin və dinlərin dinc yanaşı yaşaması, onların nümayəndələrinin bir-birinə qardaşlıq münasibətlərinə yönəlmişdir. Mən Roma papasının Azərbaycana belə bir şüarla gələcəyini müsbət məqam hesab edirəm. Üstəlik, nəzərə alaq ki, Azərbaycanda Katolik kilsəsinin inkişaf etməsi və orda dini mərasimlərin keçirilməsi üçün kifayət qədər imkanlar vardır. Beynəlxalq ictimaiyyət Azərbaycanı tоlerаnt ölkə kimi tanıyır və o, artıq tolerantlıq mərkəzinə çevrilir. Bütün bu reallıqları dünya görür və dərk edir. Roma Papası Azərbaycandaki proseslərdən kifayət qədər xəbərdardır», – deyə o, azərbaycanlı jurnalistlərə bildirmişdir.

Nəsirov həmçinin qeyd edib ki, bu cür şüarları təkcə səsləndirmək deyil, həm də müvafiq addımlar atmaq lazımdır. «Qardaşlıqdan danışarkən xristian həmrəyliyini, Dağlıq Qarabağda Ermənistan-azərbaycan münaqişəsi ilə əlaqədar ermənilərə qardaş dəstəyini nümayiş etdirmək lazım deyil. Yəni, məsələyə belə yanaşma ilə problemlər öz həllini tapmır, əksinə onlar daha da kəskinləşir. Odur ki, özlüyündə qardaşlıq ideyasını əks etdirən belə yanaşmalar öz əməli tətbiq yollarını axtarıb tapmalıdır. Əgər bu baş verərsə, regiona sülh və təhlükəsizlik gələcək. Lakin belə şüarlar səslənirsə və reallıqda isə hər şey digər xətt üzrə gedirsə, əgər favoritizm (dostbazlıq), xristian həmrəyliyi nümayiş etdirilirsə, hesab edirəm ki, praktikada Samuel Hantinqtonun «Sivilizasiyaların toqquşması» nəzəriyyəsi həyata keçirilir. Əgər belə olarsa, o zaman çox təhlükəli meyllər- tendensiyalar yarana bilər. Roma papasının şüarı tamamilə düzgündür, təki o, öz təsdiqini konkret işlərdə tapa bilsin»,- deyə deputat bildirmişdir.

shakhinoglu

«Atlas» siyasi tədqiqatlar mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu isə xatırladıb ki, iki ay əvvəl Roma papası Ermənistanda səfərdə olarkən qondarma «erməni soyqırımı»nı etiraf etmişdir. «Roma papası İrəvana gəldi, orada qondarma «soyqırımı» «qurbanlarına» abidəni ziyarət etdi və dedi ki, bu, «soyqırımı» idi, sonda isə bunu tamamlamaq üçün İrəvanda bizi qıcıqlandıran fikir səsləndirdi: «Mən Azərbaycana gələn zaman Ermənistanda gördüyüm həqiqəti danışacaq və deyəcəyəm ki, bir parça torpağa görə sülh yaratmamaqda elə bir böyüklük yoxdur». Erməniləri onların gözlədiyindən də çox sevindirən Roma Papası, indi Bakıda öz bəyanatı ilə bizə demək istəyir ki, «biz hamımız qardaşıq»? Əgər Roma Papası bununla demək istəyir ki, Azərbaycanda bütün dinlər və millətlər sülh və həmrəylik şəraitində yaşayırlar, buna görə ona təşəkkür edirəm. Əgər o, erməni işğalının davam etməsinə baxmayaraq, bizi ermənilərlə «qardaşlığa» çağırmağa başlayarsa, onda elə indi Bakıdan Vatikana cavab messeci yollamaq lazımdır ki, orda pantifikin nitqinin mətnini yenidən nəzərdən keçirsinlər. Roma Papası Azərbaycana ilk dəfə gəlmir. Hazırki Papanın sələfi öz şüarları ilə bizim başımıza ağıl qoymur və bizi Qarabağı unutmağa çağırmırdı»,- deyə Şahinoğlu Dalma Newsin müxbirinə bildirmişdir.

Мəqsud Таlıblı (Bакı)