Illustration: rferl.org

Abşeron rayonu, Bakı və daha altı şəhərin sakinləri yaxın iki həftəni ev dustaqlığı ilə keçirəcəklər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Əməliyyat Qərargahının qərarı ilə iyunun 21-dən iyulun 5-dək sərt karantin rejimi tətbiq olunmuşdur. Bu o deməkdir ki, vətəndaşların xüsusi icazəsi olmadan öz mənzillərini tərk etmələri qadağandır. Rejimin sərtləşdirilməsi tənqid və çaxnaşmaya səbəb oldu. Hökumət dəfələrlə əhalini ehtiyat tədbirlərinə əməl etməyi, əks təqdirdə təcridolunmanı yenidən gücləndirməyin lazım gələcəyilə xəbərdar etsə də, çoxları hakimiyyətin təhdidlərdən əməllərə keçəcəyinə inanmırdı.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron rayonu ərazisində 21 iyun saat 00:00-dan 5 iyul 06:00-dək ciddi karantin rejimi tətbiq olunacaq. O, ticarət mərkəzləri,muzeylər və qalereyaların fəaliyyətinin dayandırılmasını, restoran və kafelərdə yerindəcə müştəri xidmətinin, həmçinin açıq havada idman tədbirlərinin ləğvini nəzərdə tutur. Vətəndaşlar sərt karantin müddətində evlərini yalnız SMS icazələri ilə məhdud müddətə tərk edə biləcəklər. Bununla əlaqədar, əvvəlki karantin mərhələsi qaldırıldıqdan sonra ləğv edilən polis postları 21 iyun tarixindən etibarən yenidən işə salınmışdır.

Fəaliyyətinə icazə verilən sahələrdə çalışan müəssisələrin əməkdaşları şəxsi avtomobillərdə yalnız xüsusi icazə portalında qeydiyyatdan keçəndən sonra hərəkət edə bilərlər. Dövlət və özəl qurumların əməkdaşları üç qrupa bölünəcəklər – onlar müxtəlif vaxtlarda işə çıxacaqlar. Bu iki həftəyə planlaşdırılan buraxılış və qəbul imtahanları təxirə salınıb başqa vaxta keçirilir.

Cəmiyyətin bu xəbərə reaksiyası özünü çox gözlətmədi. Karantinin ikinci sərtləşdirilmə dalğası əhali arasında ajiotaja səbəb oldu. Çoxları hakimiyyətin qərarını tənqidə tutmağa başlamışlar.

«ÜST-nin tövsiyələrinə kor-koranə əməl etmək olmaz. Epidemiol vəziyyətin Azərbaycandan qat-qat pis olduğu bir çox ölkələrdə karantini zəiflətmişlər, bəs bizim ölkənin günahı nədir?» – deyə gənclər şəbəkədə yazırlar.

Təqaüdçülər də kənarda qalmırlar. Onlar Facebookda bunu yazırlar: “Biz yaşlılar nə edək? Mən qanuna tabe oluram, maska taxıram, distansiya və gigiyenaya riayət edirəm. Diri-diri basdırılmamaq üçün başqa daha nə etməliyəm?” və ya “gənclər müəyyən tədbirlərə riayət etsələr, karantin uzun sürməz. Yaşlılardan nümunə götürün“.

Çoxları baş verənlərin ciddiliyinə inanmır, çünki məruzələr və məsləhətlər bəzən həqiqətən də bir-birinə zidd olur . O, vətəndaşları təcrid etmə qaydalarına əməl etməyə və təkidlə evdən çıxmamağa çağırır, həmçinin instagramda Bakıda və digər şəhərlərdə ciddi karantin zamanı çəkilmiş istirahət fotoşəkillərini yayır.Çoxları baş verənlərin ciddiliyinə inanmır, çünki məruzələr və göstərişlər həqiqətə zidd olur. Buna bariz nümunə timsalında ÜST-nin Azərbaycandaki təmsilçisi, yaxınlarda vətəndaşları təcrid qaydalarına əməl etməyə və evdən çıxmamağa çağıran, eyni zamanda instagrama Bakı və digər şəhərlərdə sərt karantin zamanı istirahətdən çəkilmiş fotoşəkillər qoyan Hande Harmanci ilə bağlı insidenti misal gətirirlər.

Dalma News Azərbaycanın bir neçə sakinindən müsahibə almışdır. Onların dediklərindən nümunələr:

Leyla Hüseynova, Sumqayıt şəhəri: «Mən evdar qadınam, evdə oturmağı sevirəm, odur ki, iki həftəlik karantin haqqında xəbərlərə sakitcə yanaşdım. Ən çətini isə yayda evdə saxlamaq çətin olan uşaqlardır. Açığı, bizim şəhərdə Operştabın göstərişinin icrasına nəzarət paytaxtdakı kimi sərt və çətin deyil. İnsanlar icazə almadan evdən çıxmağa davam edirlər, lakin polis postlarının olduğu yerlərdən çəkinməyə çalışırlar».

Kifayət Vəliyeva, Yevlax şəhəri: «Cəmiyyətdə əhval-ruhiyyə bir qədər aşağı və üzgündür. İnsanlar evdə oturmaqdan bezirlər. Karantin şəraitində qazanmaq və ailəni dolandırmağın çətinliyi şəhərimizin sakinlərinin vəziyyətini daha da ağırlaşdırır. Digər tərəfdən, yoluxanların sayının sürətlə artması bizi qorxudur. Ona görə də dövlətin qərarını mühakimə etmək istəmirəm, hər şey həddindən artıq mürəkkəb və birmənalı deyil» .

Elçin İbrahimov, Bakı şəhəri: «Bütün karantin dövrü ərzində ən ağılsız qərar. Evdə insanları kilidləmək problemin həlli deyil. İnsanları təmiz havadan, D vitaminindən məhrum etmişlər. Evdə otumaqla digər xəstəliklərə düçar ola bilərik. Bundan əlavə, gündəlik qazancla yaşayan vətəndaşlar necə olacaq?! Onlar ailəni necə dolandırsınlar?! Bəli, büdcə təşkilatları işçilərinin əmək haqqı qorunub saxlanılır, amma gəlirlərini itirmiş vətəndaşların digər kateqoriyaları da var. Bazarlarda meyvə və tərəvəzin qiyməti artıb, çünki bölgələrdən onları çatdırmaq daha da çətinləşmişdir. Belə sərt qərarlar qəbul etməzdən əvvəl məhdudlaşdırıcı tədbirlərin nəticələrini dərindən götür-qoy etmək lazımdır».

Dalma News həmçinin Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi, cəmiyyətin əhval-ruhiyyəsini əsəbi, səbirsiz və aqressiv kimi qiymətləndirən psixoloq Nigar Qadaşova ilə də söhbət etmişdir.

«Karantin çətin bir sınaqdır, xüsusilə izolyasiya dövründə işləmək imkanı olmayanlar üçün. Ancaq bu “qurbanlara” nə üçün getdiyimizi başa düşsək, psixoloji cəhətdən bu dövrü yaşamaq daha asan olacaq. Mənfi düşüncələr və emosiyalar yalnız vəziyyəti ağırlaşdırır».

Nigar Qadaşova

Əlbəttə, bunu hüquqların məhdudlaşdırılması və məcburetmə kimi qəbul etdiyiniz, mənanı pis planlar və sui-qəsdlərdə tapmağa çalışdığınız zaman çox ağır və çətin olacaq. Bu günlər Facebook-da belə bir şərhə rast gəldim: “Ərim restoranda işləyir. O, yenə də işsiz qalmalı olur. Ancaq təkcə makaronla qidalanmaq saatlarla “təcili yardüm” gözləmək və ya YVL aparatına qoşulmağa imkan olmadan boğulmaqdan daha yaxşıdır”. Bu, baş verənlərə ölçülüb-biçilmiş münasibətdir və təəssüf ki, belə fikirdə olan adamlar azdır”, — deyə psixoloq bildirir.

“Virus var və bu mübahisə doğurmamalıdır. Klinikalarda, demək olar ki, heç bir yataq yeri yoxdur, “təcili yardım”ın çağırışlara cavab verməyə, həkimlərin isə bir dəqiqəlik vaxtı belə yoxdur, Azadlıq var. Karantinin sərtləşdirillməsi kütləvi infeksiyanı dayandırmaq üçün lazımdır. Vəziyyət karantinin ikinci dəfə sərtləşdirilməsilə dərinləşib və tezliklə bu problemlə mübarizəmizin yarım ili tamam olacaq. İnsanlar səbirsiz, hövsələsiz,dözümsüz və bir qədər təcavüzkar olublar. Bu,tezliklə total qorxu ilə əvəz oluna bilər, çünki onlar getdikcə daha tez-tez öz qohum və tanışlarının xəstələnməsinin şahidi olurlar.”, — deyə Qadaşova bildirib. 

Bununla yanaşı, o qeyd edib ki, baş verənlərə neqativ emosiyalar tamamilə normal reaksiyadır. “Vətəndaşlar unutmamalıdırlar ki, onlar sadəcə kiminsə əmri ilə evdə oturmurlar və bununla da virusa qarşı mübarizəyə töhfə verir və hardasa yardım etmiş olurlar. Həmçinin unutmaq lazım deyil ki, neqativ emosiyalar və stress immunitetin azalmasına gətirib çıxarar ki, bu da bizi virusa qarşı zəiflədib köməksiz edə bilər. Üzgün vəziyyət, həmçinin COVİD-19 halında olan simptomlar– yüksək temperatur, öskürək, nəfəs darlığı kimi məqamlar bizi çaşdırıb qorxu və panikaya məruz qoya bilər. Bu stressə cavab reaksiyasıdır. Bizim hamımızın “gözləmə” rejimində olduğu bir vəziyyətdə, bu təzahürlər bizi çaşdırmaq və saxta bir həyəcan yaratmaqla dəhşətə səbəb ola bilər. Buna görə də əhali bu iki həftə ərzində diqqəti nəsə müsbət, pozitiv bir şeyə yönəltməlidir, məsələn, qanuna tabe olan hər bir vətəndaşın ölkə əhalisinin xilas edilməsi proqramına mühüm bir töhfə verdiyini düşünmək lazımdır”,- deyə psixoloq bildirmişdir.

İradə İmanova