Rusiyanın Su -24 təyyarəsi vurulandan və Türkiyə ilə Rusiya arasındaku münasibətlər gərginləşəndən sonra gündəmin əsas məsələsi Azərbaycanın kimin tərəfində duracağı oldu.
Demək olar ki insidentdən dərhal sonra Türkiyə XİN başçısı Mövlud Çavusoğlu, dekabrın 3-də isə bu ölkənin baş naziri Əhməd Davudoğlu Bakıya səfər etdılər. Sonuncu öz səfəri çərçivəsində regionda vəziyyət gərginləsən halda hərbi-siyasi sahə də daxil olmaqla Türkiyə və Azərbaycanın gələcək əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə etmişdir.
Bu hadisələrdən dərhal sonra həm Rusiya, həm Azərbaycan, həm də Türkiyənin ekspert birlikləri yaranmış mürəkkəb şəraitdə Bakının rolunun müzakirəsinə başladılar. Davudoğlunun səfəri ərəfəsində Azərbaycan prezident aparatı rəhbərinin müavini Novruz Məmmədovun simasında rəsmi Bakı bildirdi ki, Türkiyə bizim yaxın müttəfiqimiz, Rusiya isə Azərbaycana yaxın və dost ölkədir. “Azərbaycanı hər iki ölkə ilə tarixi əlaqələr bağlayır. Hər iki dövlətlə əlaqələr ən yüksək səviyyədə durur”,- deyə N. Məmmədov vurğulamışdır.
Azərbaycan doğrudan da çox mürəkkəb vəziyyətdə idi. Bir tərəfdən qan qardasları türklər, Azərbaycana öz enerji resurslarını dünya bazarına çıxarmağa imkan açan və onunla hərbi-siyasi sazişi olan Türkiyə, digər tərəfdən Azərbaycanın tarixən yaxşı əlaqələrə malik olduğu və son zamanlar aralarında bu əlaqələrin daha da möhkəmləndiyi Rusiya.
Bununla əlaqədar Azərbaycanın bir sıra rəsmiləri Ankara və Moskva arasındaa vasitəçilik missiyası ilə çıxış etməklə Azərbaycanın gərginliyin artması əleyhinə olduğunu nümayiş etdirmiş olurlar.
Türkiyənin baş naziri Bakıdan qayıdandan sonra öz bəyanatında Azərbaycanın Türkiyəni dəstəklədiyini bildirərək Azərbaycan qazının Rusiya qazını müvazinətləşdirməsinə yardım göstərəcəyinə işarə vurmuşdur. Davudloğu həmçinin bildirmişdir ki, Azərbaycan Türkiyə mallarının Mərkəzi Asiyaya tədarükü üçün nəqliyyat dəhlizi vermişdir.
Azərbaycansayağı dəstək nə deməkdir?
Azərbaycan Türkiyəni hansı səviyyədə dəstəkləmiş və hazırda Bakının əslində Türkiyəni müdafiə etdiyini demək olarmı sualını şərh edib açıqlayan politoloq Rövşən İbarhimov “dəstək” anlayışını konkretləşdirməyi təklif etmişdir.
“Burda heş bir halda Azərbaycanın bu iki ölkə (Rusiya və Türkiyə) arasındaki qarşıdurmada iştirakı yaxud tərəflərdən birinin mövqeyini müdafiə etməsi nəzərdə tutulmur. Bu kökündən yanlış təsəvvürdur. Bir çoxları əksər hallarda arzu olunanı həqiqət kimi təqdim etməklə yanlış rəy yaradırlar. Azərbaycanın Türkiyəyə dəstəyi ondan ibarət olmuşdur ki, Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalar nəticəsində bü ölkə bəzi iqtisadi məhrumiyyətlərə məruz qalmıçdır”, – deyə politoloq qeyd etmişdir.
Onun sözlərincə, Azərbaycan yaranmış durumu dərk edərək Türkiyənin vəziyyətini bir qədər yünğülləşdirmək məqsədilə ona nisbətən müvafiq şərait yaratmaq qərarına gəlmişdir. “Tutalım, Azərbaycan Rusiya ərazisilə Mərkəzi Asiya ölkələrinə yollanan və indi bu imkandan məhrum olan Türkiyə yükdaşıyıcılarına asanlaşdırılmış prosedura və güzəştlərlə öz ərazisindən istifadə etməyə imkan vermişdir. Məsələn, yüklərin paromla Xəzər dənizi vasitəsilə daşınması indi 20% ucuzlaşmış və yükün məsafənin bir ucuna çatdırılması 1200 dollara başa gəlir. Əgər qabaqcadan dəniz yolunun hər iki ucuna bilet alınarsa, onda onun qiyməti 2100 dollara enər”,- deyə R. İbrahimov izah etmişdir.
Analitik əlavə etmişdir ki, Azərbaycan həmçinin Türkiyə bazarına əlavə qaz ixracına baslamaq məqsədilə TANAP qaz kəməri (Transanatoliya qaz kəməri) tikintisini də vaxtından tez başa çatdırmağa razılıq vermişdir.
“Bununla yanaşı Azərbaycan Türkiyə və Rusiya arasında yaranmış münagişəli vəziyyəti aradan qaldırmaq üçün öz vasitəçilik xidmətini təklif etmişdir. Azərbaycan innən belə də ixtilafların həllinə yardım göstərəcək”,- deyə politoloq öz əminliyini bildirmişdir.
Bakı və Moskvanın münasibətləri necə təşəkkül tapacaq ?
Bakı və Ankaranın münasibətlərinə Moskvanın reaksiyasının necə ola biləcəyini şərh edən PolitRUS ekspert-analitika şəbəkəsinin pəhbəri Vitali Arkov Ankara ilə münaqişədə Azərbaycanın özünü onun tərəfini saxlamağa atılmadığına görə Bakıdan “incımək” Moskva tərəfindən çox böyük səhv olardı.
“Bununla belə mən Azərbaycanın qəti olaraq Türkiyənin tərəfini saxladığını deməzdim. O, bu qədər mürəkkəb və birmənalı olmayan vəziyyətdə mümkün olan dərəcədə neytralitetini saxlamağa çalişmişdır, çünki həm Türkiyə, həm də Rusiya təkcə regionda olmamaqla onun üçün başlıca partyorlardır.
Həm də onu Türkiyə ilə “iki dövlət, bir millət” prinsipi yaxınlaşdırırsa, Rusiya ilə Bakının yalnız Moskva ilə birlik və onun müdafiəsi altında olmasi şəraitində blokdankənar və maksimal müstəqil qalmağı özünə rəva bilmə anlayışı yaxınlaşdırır.
Bu, Vaşinqtonun Azərbaycan prezidenti İlham Əliyevə çoxdan “diş qıcayib” istənilən munasib şəraitdə onu sözəbaxan “vassalla” əvəz etməyə hazır olması faktını nəzərə alaraq xüsusilə vacibdir.
Arkovun fikrincə, Ankara Bakını “öz məngənəsinə salmağa” cəhd göstərmişdi ki, bu da onun məlumatına görə, Azərbaycandaki gurultulu istefalar dalğası ilə bağlıdır.
“İdeya” hakim “Yeni Azərbaycan” partiyasının bayrağı altında Milli Məclısə Milli təhlükəsizlik nazirliyinin rəhbəri Eldar Mahmudova loyal xeyli deputat keçirəndən sonra Rəcəb Ərdoğanın “dost tövsiyyəsilə” İlham Əliyevi onu Azərbaycanın baş naziri vəzifəsinə təklif etməyə razı salmaqdan ibarət olmuşdur.
Hazırda Azərbaycanda bu vəzifə nominaldır, ancaq respublikanın prezident idarəçiliyindən parlament formasına keçməsi halında hər şey dəyişə bilərdi – İlham Əliyevi devrilmə təhlükəsi altında Konstitusiyaya müvafiq düzəlişlərə razılaşdırvağa məcbur etmək planlaşdırılırdı. Daha doğrusu, Erdoğan və Azərbaycanın ali rəhbərliyində bir sıra iri türk “oliqarxları” ilə həmrəy türk mənşəli qrup “yümşaq” inqılab, mahiyyətcə isə dövlət çevrilisi hazırlamışdı”,- deyə o əlavə etmişdir.
Türkiyə – Azərbaycan – Rusiya üçbucağına gəlincə, analitik qeyd etmişdir ki, Moskvada “sağlam başa malık olmayan siyasətçiləri” dinləməmək və Bakıya ultimatum qoymamaq üçün müdriklik yetərincədir.
Hər şeydə “Türkiyə axını” müqəssirdir…
Türkiyədə yaşayan azərbaycanlı politoloq Rövşən Hüseynov bildirmişdir ki, Rusiyanın Su-24 təyyarəsinin vurulması ətrafındaki vəziyyət hələ iki ay əvvəl bas verməli olanlar üçün son nöqtə oldu.
Onun sözlərincə, bu, bir-birlərinə yığılıb qalmış iddiaların üzə çıxması üçün bəhanə idi. “Elə ondan başlayaq ki, Türkiyənin siyasəti tamamilə Vaşinqtondan asılıdır. İstambul və bir çox digər şəhərlərdə çoxsaylı etiraz aksiyalarının keçdiyi Gezi parkı ətrafindaki hadisələri xatırlayırsızsa… Erdoğanın altındaki kürsü hələ o vaxt laxlamışdı. Ancaq ABŞ-na sadiq olmaq andı o zaman istefadan yan keçməyə kömək etmişdi. Özündə inam hiss edən Erdoğan tez- gec Ağ evin Səddam və ya Kəddafinin başına gətirdiklərini onunla da edəcəyini dərk edərək, yenidən Rusiya ilə razılaşmağa başlayır”, – deyə politoloq qeyd etdi.
Hüseynov həmçinin əlavə etdi ki, Erdoğanın səbatsız siyasətçi olduğunu və onun üçün siyasətdə dostların olmadığını bildiyindən ABŞ onu heç vaxt sevməmişdir. “Moskva ilə Ankara arasında Türkiyə axını layihəsi üzrə danışıqlar başlayanda Gərb onu dəfələrlə xəbərdar etmişdi. Hətta bir fikir verin, neçə ki, bu layihə gündəmdə idi, hakim partiya parlament seçkilərində qalib qələ və hökuməti özü formalaşdıra bilməmişdi. Ancaq bundan sonra layihə dayandırılmış və Erdoğanın partiyası parlament seçkilərində qalib gəlmişdi. Qeyd etmək istəyirəm ki, Erdoğanın özü məngənədə olduğunu və ordan çıxmağın çətin olacağını yaxşı başa düşür. O, həmçinin gözəl dərk edir ki, Moskva ilə münasibətlərin qırılması Türkiyənin iqtisadiyyatına güclü sərbə olacaq. Ancaq oyun başlamış, ölkənin maraqlarını təhlükə altına qoymaqla o özünü və öz ətrafını müdafiə etməlidir, odur ki, Türkiyəni qaynar payız gözləyir”,- deyə analitik vurğuladı.
Azərbaycanın bu məsələdə hansı mövqe tutacağına toxunan analitik dedi ki, Bakı mustəqil xarici siyasət apararaq eyni zamanda həm Rusiya, həm də Türkiyə ilə yaxşı və dostluq munasibətlərinə malikdir. “Mən bizim bəzi siyasətçilərimizin Azərbaycanın tərəfləri barışdırmaqda vasıtəçi ola biləcəyinə dair dediklərini düzgün hesab etmirəm. Bəlkə bizim ölkə üçün elə bu hal faydalıdır”,- deyə o bildirmişdir.
P. S. Sonda demək istərdik ki, Bakıda vəziyyətin Azərbaycanın xeyrinə təşəkkül etmədiyini dərk edirlər, odur ki, bu geosiyasi seçimin belə kəskin durmaması üçün özlərinin bütün diplomatik ustalıqlarını işə salmaq lazım gələcək. Çünki seçim iki hərbi – siyasi müttəfiq arasında durur, Rusiya isə üstəlik, ATƏT-in Minsk qrupunun üzvüdür. Odur ki, Azərbaycana heç vəchlə nə Ankara, nə də Moskva ilə münasibətləri korlamaq olmaz.
Digər tərəfdən, mövcud durum hardasa Azərbaycana əlverişli olmuşdur, belə ki, o, ölkənin regiondaki rolunu yüksəldir, həmçinin müəyyən siyasi və iqtisadi dividendlər vəd edir.
Nicat Hacıyev