Azərbaycanda hakim “Yeni Azərbaycan” partiyasının əzmlə qələbə çaldığı noyabr parlament seçkiləri ölkənin siyasi lanşeftində yaranmış daxili siyasi reallığı əks etdirdi.
Azərbaycanın sabitlik, təhlükəsizlik və aydın gələcəyə ehtiyacı var ki, bu gün Yaxın Şərqdə baş verən proseslər baxımindan Cənubi Qafqaz kimi narahat regionda buna nail olmaq son dərəcə çətindir Azərbaycan cəmiyyəti yetərincə ənənəvi və konservativdir ki, ona qondarma qərb dəyərləri yaddır, o oz gələcəyini şimal qonşusu Rusiya ilə sıx qarşılıqlı əlaqələrdə görür.
RF və Azərbaycan vahid sosial-mədəni, humanitar məkanda yerləşir. Keçmiş SSRİ-nin bir çox ölkələrindəki rusofob əhval-ruhiyyə fonunda Azərbaycanda ruspərəst ovqatlar özunü bariz şəkildə göstərir ki, buna heç bir sosial sorğu aparmadan əmin olmaq mümkündür. Bunun üçün sadəcə olaraq Bakı küçələrindən keçib rus dilində danışıqları eşilmək, Rusiya ali təhsil müəssisələrinin aktiv fəaliyyət göstərən filiallarını, rus ictimai təşkilatlarını, məktəbləri, rus kilsələrini, Rusiya, onun xalqı, mədəniyyəti, vahid tarixi keçmişi haqqında rəy soyləyən şəhər sakinlərini görmək kifayətdir. Bakı və Moskva arasında körpu rolunu həmçinin RF-daki çoxmilyonlu Azərbaycan diasporu da oynayır ki, onun nümayəndələri biznes, siyasət, mədəniyyət və idman sahələrində geniş təmsil olunmuşlar.
Azərbaycanın Moskva tərəfə dreyfini (yön almasını, üz tutmasını) sürətləndirən daha bir amil Qərbin siyasətidir ki, o oz avroməmurları, Brüsseldən olan emissarları və az “demokratiya dozasına” görə Azərbaycanın baş tənqid ruporu –ABŞ Dövlət departamenti vasitəsilə yetərincə uzun müddətdən bəri, xüsusilə elektoral mərhələdə səs-səsə verib Azərbaycanı və onun hakim elitasını müxalifətə, insan hüquqlarına, mustəqil KİV və sairəyə təzyiq və həmlələrə görə tənqid edirlər. Vaşinqton Azərbaycanda noyabr parlament seçkilərindən sonra da Bakını tənqid etmək fürsətini əldən verməmişdir.
Dövlət departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdonun sözlərincə, ABŞ Azərbaycanın Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə təşkilatın (ATƏT) Demokratik institutlar və insan hüquqları üzrə Bürosunun (DİİHB) “lazımi sayda müşahidəçisini” qəbul edə bilməməsinə təəssüf edir.
Rəsmi Bakı bəyanatların tonallığına görə okeanın o tayındaki “müşavirlərin“ töhmətlərinə yetərincə hiddətlə cavab vermişdir. Əgər rəsmi Bakının bəyanatlarını diplomotik dildən adi danışıq dilinə çevirsək, onda belə çıxır ki, Azərbaycan öz Avropa və Amerikadan olan partnyorlarına “burunlarını Azərbaycanın daxili işlərinə soxmamağı” və bütün sahələrdə, o cumlədən Avroasiya İqtisadi birliyinin keyfiyyətcə yeni üz və ya formatında strateji tərəfkeşliyədək yüksələ bilən Azərbaycan-Rusiya əməkdaşlığına əngəl törətməyə cəhd göstərməməyi məsləhət görur.
Artıq Bakıdan Vaşinqton və Brüssel üçün həyəcanlı siqnallar səslənmişdir – Azərbaycan Avroasiya birliyinə daxil olmaq imkanını istisna etmir. Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Rusiya KİV-nin nümayəndələrilə görüşündə bildirmişdir ki, Azərbaycan Avroasiya iqtisadi birliyində iştirakının mümkunlüyünü inkar etmir.
Prinsipcə, biz özümüzə sərfəli, həmçinin həmin birliklər və Azərbaycana qarşılıqlı fayda gətirən birliklərdə iştirak ehtimalına yol veririk”,- deyə nazir muavini ikimənalı olmadan bəyan etmişdir. Azərbaycan və RF-nın sıx iqtisadi inteqrasiyası üçün kifayət qədər ciddi ticapət və iqtisadiyyat bazisi, həmçinin AAİB çərçivəsində Bakı və Moskvanın gələcək əməkdaşlığı üçün maraqlı təkliflər vardır.
Azərbaycan Dövlət gömrük komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən ölkələr arasında ticarət dövriyyəsi 1,34 milyard dollar (Azərbaycanın xarici ticarət dövriyyəsinin umumi həcminin 8,74 faizi) təşkil etmişdir. Hesabat dövründə Rusiyanın Azərbaycandan idxal strukturunu əsasən ərzaq malları və kənd təsərrüfatı xammalı, mineral məhsullar, metallar və metal məmulatı formalaşdirmışdır. Cari ticarət kontaktları ilə yanaşı, həmçinin müəyyən zaman kəsiyindən sonra səmərəli və xərcin əvəzini çıxara bilən təkliflərə diqqət yetirmək lazımdır.
Diqqətəlayiqdir ki, bu günlər İran və Azərbaycan beş milyon ton yük nəql etmək üçün dəmir yolu salmaq üzrə qarşılıqlı anlaşmaya dair memorandum imzalamışlar. “Şimal-Cənub” dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. O, İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirən halqa rolunu oynayacaq. Yeni nəqliyyat arteriyası Rusiya-Azərbaycan-İran oxunu canlandıracaq.
Rusiya, Azərbaycan və İran ərazisindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat gəhlizi böyük iqtisadi gəlirə malikdir. Bu layihə Fars körfəzindən Avropayadək yüklərin çatdırılma müddəti baxımından yük dasımasını daha səmərəli həyata keçirmək üçün şərait yaradar ki, bu, şübhəsiz maliyyə nöqteyi-nəzərindən də sərfəli olar.
Ynutmaq olmaz ki, Azərbaycan enerji və nəqliyyat xabı (paylaşdırıcısı) və “Şimal-Cənub”, “Qərb-Şərq” dəhlizlərinin kəsişmə mərkəzi olmağa çalışır.
Azərbaycan Rusiyanın İran bazarı və Fars körfəzinin digər ölkələrinə çıxışını tezləşdirən körpü ola bilər.
Yaxın illərdə RF, Azərbaycan və İranı birləşdirməli olan dəmir yoly ilə yanaşı, tərəflər həmçinin öz enerji sistemləri – enerji dəhlizini birləşdirmək imkanını da nəzərdən keçirirlər. Ticarət və iqtisadiyyat əməkdaşlığı üzrə Rusiya-İran daimi komissiyasının 12-ci iclasında RF enerji naziri Aleksandr Novak bildirmişdir ki, Rusiya İran və Azərbaycanla enerji sistemlərinin birləşdirilməsində maraqlı olduğunu təsdiq edir. Bundan əlavə, Rusiya və İranın enerji sistemlərinin işini birləşdirmə və iki ölkənin energetika sahəsində əməkdaşlığının digər istiqamətləri “Posseti” (Rusiya şəbəkələri), ASC- nin baş direktoru Oleq Budarqin və İranın enerji nazirinin müavini Xuşanq Fələhtianın Rusiya ilə İranın ticarət və iqtisadiyyat əməkdaşlığı üzrə komissiya iclası çərçivəsindəki görüşünun müzakirə mövzusu olmuşdur.
bildirir. Azərbaycan enerji nazirinin müavini Natiq Abbasov qeyd etmişdir ki, Azərbaycan üçtərəfli işqüzar qrup çərçivəsində Azərbaycan, İran və Rusiya enerji sistemlərini birləşdirmək məsələsi üzrə görüşlərin bərpasına maraqlı və hazir olduğunu təsdiqləyir. O qeyd etmişdir ki, Azərbaycan həm şimal, həm də cənubda texniki cəhətdən realizəyə hazırdır.
Azərbaycanda elektrik enerjisinin qəbulu kimi, ötürülüşü üçün də lazımi infrastruktura vardır. Bunun üçün həm Dərbənd-Yaşma EÖX həm də İmişli-Parsabad EÖX (Elektrik ötürücü xətt) üçün bütün lazımi və güclü istehsal obyektləri mövcuddur. Bakının Rusiya enerji sistemilə paralel rejimdə işləmək təcrubəsi vardır, çünki hələ SSRİ dövründən vahid sistem mövcuddur.
Rusiyadan İrana və əksinə enerji ötürmək üçün Azərbaycanın hər cür texniki imkanları vardır.
Azərbaycan və RF Bakı AAİB-nə daxil olan halda həyata keçə biləsi yetərincə böyük potensiala malikdirlər. Ölkələr onları birləşdirən ümumi, quru və dəniz sərhədlərinə, neft-qaz kəmərlərinə malikdir, nəqliyyat kooperasiyası, həmçinin göz qabağındadır – avtomobil, dəmir yol, dəniz və hava nəqliyyatı əlaqəsi fəaliyyət göstərir.
Ticarət əlaqələrinin loqistikası formalaşmış və son illər yeni şəkil almişdir – Azərbaycan məhsulları Rusiya bazarında təmsil olunmuş, Rusiya iqtisadiyyatında Azərbaycan investisiyaları 1 milyard dollardan artıqdır, Azərbaycanın Rusiya reqionları – Dağıstan, Sankt-Peterburq, Həştərxan, Moskva və başqaları ilə əməkdaşlığı yetərincə genişdir.
Azərbaycan loqistika mərkəzi Rusiyanın ərzaq təhlükəsizliyini möhkəmləndirər.
Bununla yanası, Azərbaycan RF və İran arasında nəzərdə tutulan neft və qaz tədarükü üzrə swap-əməliyyatlarda fəaliyyət göstərə bilər. RF qazı İranın şimalına göndərib analoji həcmdə qazı swap-saziş vasitəsilə İranın cənubundan (maye qaz və ya boru kəməri qazı şəklində) götürə bilər. Ynutmaq olmaz ki, Azərbaycan ərazisində Rusiya kapitalı ilə 600-dək şirkət fəaliyyət göstərir.
Rusiya yönündən əlavə, Bakı üçün Avroasiya inteqrasiyası və AAİB-nə daxil olmağın xeyrinə əlavə stimullaşdırıcı amil kimi fəal ticarət, eləcə də Azərbaycanın şərq qonşusu və AAİB-nin fəal üzvü Qazaxıstanla qarşılıqlı enerji-nəqliyyat əlaqələri də ola bilər.
Azərbaycan və AAİB-nin üzvü Qazaxıstanın qarşılıqlı əlaqələrinə gəlincə, Astana üçün Azərbaycan öz qaz və neft kəmərləri vasitəsilə Qazaxıstanın neft və qazı üçün Avropaya pəncərə, həmçinin Avropa və Asiya arasında mühum nəqliyyat dəhlizidir.
Bakı və Aktau limanları arasında enerji-nəqliyyat dəhlizi yeni Çin “İpək yolu”nun bir hissəsi ola bilər.
Qazaxıstanın iştirakilə “Şərq-Qərb” dəhlizi, eləcə də Rusiyanın iştirakilə “Şimal-Cənub” dəhlizi Bakı üçün geostrateji əhəmiyyət kəsb edir.