Gürcüstan ədliyyə nazirliyinin Milli arxivindən səkkiz ən qədim əlyazma UNESCO-nun “Dünyanın yaddaşı” proqramının beynəlxalq reyestrinə salınmışdır. Gürcü əlyazmaları 2015-ci ildə reyestrə salınan 47 külliyat və ayrı-ayrı sənədlər sırasına düşmüşdür. Bu qərar oktyabrın 4-5-də “Dünyanın yaddaşı” proqramının Beynəlxalq konsultativ komitəsi tərəfindən Əbu-dabidəki (Birləşmiş Ərəb Əmirlikləri) iclasda qəbul olunmuşdur. Siyahıya daxil etmək üçün reyestrə dünyanın 61 ölkəsindən 88 külliyat və ayrıca sənədlər təqdim olunmuşdur.

12178970_10205384452634061_2004496533_nBeləliklə, iki illik nəzərdən keçirmə prosesindən sonra nəhayət, “Dünyanın yaddası”nın beynəlxalq siyahısına IX əsrə aid qədim Yevangeliya əlyazması da daxil olmaqla bes əlyazma kitab, eləcə də üç tarixi sənəd salinacaq və onlar UNESCO-nun mühafizəsi altında olacaq.

Perqament üzərində yazilmış kitab əvvəldən axıradək qədim gürcü qaydası – baş hərflərlə yazılmış nadir əlyazmaları ilə bir sırada durur. O, əlyazma kitablar, köhnə tərcümələr və qədim kitabların dekorativ elementlərinin öyrənilməsi üzərində işin ən mühüm pilləsidir. Yevangeliya bütün mövcud gürcü əlyazmaları arasında ən qədimi və qiymətlişdir.

12179526_10205384473714588_825216133_n

UNESCO-nın “Dunyanın yaddaşı” beynəlxalq reyestrinə daxil olmuş qalan yeddi əlyazma arasında X əsrin dini psalmları (zəbur surəsi) də vardır. Bu psalmlar hələ X əcrdə Gürcüstanda belə surə və tərcümə olunmuş mətnərin vahid sayda olmadığını göstərir ki, bu da ölkəmizdə qədim və zəngin kitab mədəniyyəti, eləcə də xarici mədəniyyətlə fəal qarşılıqlı əlaqələrdən xəbər verir. Onuncu yüzilliyin əlyazmalarına həmçinin bir səhifədə, elə həmin baş hərflərlə yazılmış leksionarilər də daxildir. Milli arxiv nəzdındə qədim sənədlər şöbəsinin başçısı Manana Çumburidzenin sözlərincə, liturgiya istiqamətində leksionarilər ənənəsi özünü X əsrdən əvvəl tükətmişdir. Bu minvalla, gürcü və bir sıra qorunub saxlanmış şərq leksionariləri bir tərəfdən bizdə erkən liturgiya xidmətləri haqqında müəyyən təsəvvür yaradır, və digər tərəfdən əhdi-ətiq (qədim dini kitab “İncil”-Bibliyanın xristanlıqdan əvvəlki qədim hissəsi) və əhdi-cədidin (xristian dövrunun Bibliyası) daha qədim tərcümələrini bərpa etməyə yardım göstərir.

12170570_10205384451594035_776665389_n
“Dünya yaddaşı”nın beynəlxalq reyestrinə daxil edilən bütün gürcü əlyazmaları bir gün ərzində Ədliyyə nazirliyinin Milli arxivinin sərgi zalında nümayiş etdirilmişdir. Sərgiyə qələnlərin tarixi abidələri görmək və gözəl kalliqrafiyada (xəttatlıqda) ifadə olunmuş çoxəsrlik yası olan mədəniyyəti duymaq imkanı olmuşdur.
Çumburidzenin “Dalma News”lə söhbətində bildirdiyi kimi, Gürcüstanda sənədlərin hazırlanması ilə çar sarayına yaxın, xüsusi təhsil görmüş adamlar məşğul olmuşlar. Bütün rəsmi müraciət və məktublar onların qələmi ilə yazılmışdır. Onların vəzifə borcuna hətta xarici qonaqları qəbul etmək də daxil idi. Onlar az qala çar yataq otağının kandarında gecələyirdilər.

12178972_10205384404592860_1978390279_n

“Bu əlyazmalar onunla nadirdir ki, onların yazılmasında istifadə edilən murəkkəb o qədər keyfiyyətli olmuşdur ki, onlar bu günədək solmamışlar. Kağız o dövr Gürcüstanında gətirmə idi, mürəkkəb isə burda hazırlanırdı. Əlyazmalarda üç əsas rəng – qara, qırmızı və qəhvəyi rənglərdən istifadə olunmuşdur,”- deyə Manana xanım danışır. Biz neçə gürcü manuskripti – qədim əlyazma ilə yanaşı, sərgidə X-XI əsrlərin perqamentində əksini tapmış nadir musiqi notları sistemi də nümayiş etdirilmişdir. Məlumdur ki, XIX əsrədək bu notların oxunması informasiyanı şifahi-yolla ağız vasitəsilə ötürmək ənənəsi var idi.

Gürcü palimpsesti (ilkin mətnin pozulub yenisilə əvəz edildiyi yazı abidəsi-red.) diqqəti daha çox cəlb edir ki, onun daxili Nusxuri mətnindən (qədim gürcü, kilsə məktubu tipi) ibarətdir.

12167876_10205384415073122_928549257_n

Əlyazmanın xarici tərəfi isə bizi 1440-1462-ci illərin sənədlərilə tanış edir. Məktub gürcü Arxiyepiskopu İohann tərəfindən yazılmış və xoryepiskop Daniel Nekisdzeyə ünvanlanmışdır. Sənəd əl ilə formalaşdırılmışdır. Elə burdaca biz ikidilli palimpsest görmüşük ki, onun alt qatı qədim erməni yazısı ilə yazılmış, üst hissəsi isə tarixi sənəd olmaqla 1441-ci ilə mənsub olub Velikiy Aleksandrdan İvan Makuçadzeyə ünvanlanmışdır. Sənəd üzərində çar Ulu Aleksandrın imzası və sarğısı durur.

12170303_10205384414793115_160480241_n

Və sonda, gürcü palimpsesti. Pəhrizin XIII-XIV əcrlərində yazılmış bucaqvari Nusxurinin 41-ci səhifəsində… halbuki alt qatında – IX əsr manuskripti.

12167935_10205384480154749_1143562402_n

UNESCO Dünya yaddaşının beynəlxalq reyestrinə hazırda 348 sənəd ğə toplu daxildir. Gürcü tarixi sənədləri bu siyahıya ilk dəfə daxil olmuşdur. 2011-2013-cü illərdə Milli arxiv mövcud külliyata daha bir neçə gürcü əlyasması əlavə etmişdir: “Gürcü Çarlığının təsviri” və Vaxuşt Baqrationun “Coğrafı atlası”, “Pələng dərisi geymiş pəhləvan” əlyazmalar toplusu və Vizantiya dövru gürcü əlyazmaları.

12166211_10205384430873517_2098077990_n

Manana xanım öz işinə illər sərf etmiş və etiraf edir ki, vətəninin keçmişi ilə sıx tanışlığa görə özünü xoşbəxt hiss edir. Hər bir əlyazmanı dönə-dönə oxumaq onun üçün bu tarıxlə yeni tanişlığa bərabərdir. Həmin sənədlərlə dünyanın tanışlığı bizə özümüzü hər bir yeni işin Allahın adının söhrətlənməsi ilə başlandığı qədim sivilizasiyanın hissəciyi kimi təqdim etməyə imkan verir.

Gürcüstan Milli arxivi gələcəkdə UNESCO-ya bir sıra digər sənədlər də təqdim etmək niyyətindədir.