Seminarlardan birində jurnalistlərə yüngülləşmək üçün testdən keçməyi təklif etdilər. Bizdən günün başlanğıcı ilə özümüzdə nəyin assosiasiya olunduğunun kağız üzərində təcvirini xahiş etdilər. Mən çox fikirləşmədən nəlbəkidə qəhvə ilə dolu bir fincan şəkli çəkdim. Düzdür, mən təsviri incəsənət şedevri yaratmamışdım, ancaq cəkdiyim şəkillə mənim psixoloji portretimi yaratmaq çətin deyildi. Mən səhəri adəti üzrə vərdiş halı almış və mənə bol enerji bəxş edən bir fincan qəhvə ilə başlayıram.
Yəqin bu vərdişimlə mən heç də bütün dünyada tək deyiləm və buna əlavə sübut Beynəlxalq qəhvə günüdür ki, onun təşkilatçıları Beynəlxalq qəhvə təşkilatı və 74 ölkədən 27 milli qəhvə assosiasiyası olmuşdur. Beynəlxalq qəhvə günü ilk dəfə cari il oktyabrın 1-də qeyd olunur. Adətən qəhvə günü hər ölkədə özünəməxsus və müxtəlif vaxtlarda keçirilirdi, indi isə Beynəlxalq qəhvə təşkilatının rəsmi saytında qəhvə günü dəgig müəyyən edilmişdir ki, həmin gün təsadüfi seçilməmişdir. Beləliklə, cari il oktyabrın 1-də Milanda EKSPO-2015 çərçivəsində Qlobal qəhvə forumunun (Global Coffee Forum) açılışı keçirilir.
Beynəlxalq qəhvə günü bu içkinin populyarlaşması, onun xüsusiyyətləri, hazırlama və istifadə qaydaları ilə tanışlıq atmosferində keçəcək.
“Qəhvə cəhənnəm kimi zil gara , ölüm kimi güclü və sevgi qədər şirin olmalıdır”- deyə türk məsəlində vurğulanır. Əgər Amerika qəhvə assosiasiyasının məlumatına inanmalı olsaq, bütün dünya üzrə hər gün 2,250 milyard fincanadək qəhvə içilir. Belə populyarlığın səbəbi qəhvənin tərkibində orqanizmin fəallığını stimullaşdıran böyük miqdarda kofeinin olmasıdır.
Cari il Gürcüstan da bu günün bayram edilməsinə qoşulmuşdur. Belə ki, bir neçə gün əvvəl – sentyabrın 29-da Tiflisdə “Çi Qusta” italyan kafesində Qəhvə günü qeyd edilmişdir. Qəhvəxana öz qonaqlarına xüsusi qiymətə qəhvə kokteylləri təklif etmiş, axşam isə bura gələnlər böyük ekranda dünya kinematoqrafının klassiki – “Roma tətilləri” filminə baxmaq şərəfinə layiq olmuşlar. Deyilənə görə,İtaliya şəhəri Neapolda belə bir ənənə olmuşdur ki , həmin ənənəyə əsasən, kafeyə gələn varlılar bir fincan qəhvə içib ikisinin pulunu verirmişlər ki, ikinci fincanı sonradan kasıblar içə bilsin.
Gəhvənin vətəni kimi Efiopiya taninir. Təbiətdə qəhvə ağacının 73 növü vardır. Onun istehsalında isə iki ən populyar çeşiddən – Arabika və Robustadan istifadə olunur. Arabikanın dənələri bir qədər uzunsov forma və hamar səthə malikdir. Robustun tərkibində isə kofeinin miqdarı yüksəkdir, ancaq ətri nisbətən az hiss olunur. Bu növün dənləri yumru formada olub yaşıl-boz rəngə çalır. Robustu espressoya əlavə edirlər.
Qəhvə haqqında əfsanələr arasında ən çox yayılanı çoban Kaldim barədə olan mifdir. Həmin mifdə bu bitkinin yarpaqlarını yeyən keçilərin həyəcana gələrək coşğunluqla atılıb-düşmələrindən söz gedir. Kaldim bu barədə yerli monastr keşişinə danışmış, o isə yoxlamaq üçün cəsarət göstərərək həm qəhvə ağacının yarpaqları, həm də dənlərini yemişdir. Özündə tonuslaşma və coşma hiss edən keşiş belə bir qərara gəlmişdir ki, öz rahiblərinin uzun çəkən xidmətlər zamanı yuxulamamaları üçün bu bitkinin həlimi faydalı olar.
“Kofe” – qəhvə sözünün mənşəinin tədqiqi bugünədək davam edir. Bəzi mənbələrə görə, həmin söz ərəbcə “güc” yaxud “enerji” mənasına gələn “кауе” sözündən əmələ gəlmişdir. Ərəblər qəhvəni həmçinin ilahiləşdirmişlər. Müsəlmanlar onu islam şərabı adlandırmışlar. Bitki müqəddəs Məkkə şəhərinə də gedib çatmış və ondan məsciddə də istifadəyə icazə verilmişdir. Ərəblər qəhvə ağaclarına bir növ saf və müqəddəs münasibət bəsləyir, necə deyərlər onun üstündə əsirdilər. Bitkinin qələm və tinglərinin ölkədən kənara çıxarılmasına qadağa qoyulmuş və bu cinayəti törədəni ölüm gözləyirmiş. Belə qadağa həmin bitkinin məhsulunun ticarətinin çox gəlirli olması ilə bağlı idi. Artıq 1475-ci ildə Konstantinopolda ilk xüsusi “Kiva Xan” qəhvə mağazası açılmışdı. Avropaya isə qəhvə tingləri 1596-cı ildə Hans Belus tərəfindən gətirilmişdir. İtaliya qəhvəyə nisbətən dinc yolla nail olmuş və o, milli nailiyyət hesab olunmuşdur. XVII əsrdə Venetsıyada ilk qəhvəxana açılmış və bütün Avropa üzrə triumfal qəhvə yürüşü başlanmışdır.
Avropada qəhvə plantasiyalarını ilk dəfə olaraq öz koloniyalarında hollandlar salmışlar. Artıq XVII əsrdə Nıderlandlar Avropada ən iri qəhvə tədarükçüsü hesab olunurdu. İohann Sebastyan Bax isə, hətta alman şairi Pikanderin şerlərinə məzəli “Qəhvə kontatası” yazmışdı. Sonralar Avropa müstəmləkəçiləri qəhvə tinglərini Cənubi Amerikaya aparmışlar ki, orda bitki yerli iqlimə çox yaxşı uyğynlaşmışdır. Bu gün məhz bu qitə qəhvə dəni istehsalçıları arasında liderlik təşkil edir. Gürcüstana gəlinçə, yəqin çox az adam qəhvənin (likör də daxil olmaqla) çar II İraklinin menyusuna daxil olmasından xəbərdardır. Ancaq o vaxt qəhvə cah-calal nümunəsi idi və o yalnız XX əsrdə hamı üçün əlçatan olmuşdur.
Sahilyanı bölgələrdə qəhvəni bir qərarda dəmləmək üçün qızmar qum üzərində hazırlamaq ənənəsi yayilmışdır. Türk qəhvəsində ən başlıca dəyər isə (dad və ətrindən başqa) necə deyərlər, onun üzünü ortən hamar köpük hesab olunur. Şərqi Gürcüstanda qəhvəni uzun müddət dəmləmək (köpük tamam itənədək), sonra ələmək(süzmək) və yalnız bundan sonra istifadə etmək qəbul olunmuşdur. Gəhvənin dəmlənməsində ərəb üsulu da xeyli maraqlıdır. Onlar qəhvəni mixək və darçın, yaxud zəncəfil ədvası ilə hazırlayırdılar. Bu ədvaların qan təzyiqini tənzimləməsini nəzərə alaraq, onların kofeinlə zəngin qəhvəyə əlavə edilməsi məntiqi olur.
Bütün müsbət məziyyətlərinə baxmayaraq, mütəxəssislər qəhvəni səhər saat 10-dan sonra içməyi və ondan orqanizmin oyanması üçün istifadə etməməyi məsləhət görürlər, belə ki, əslində səhərlər orqanizm özü oyanmalıdır. Gəhvə çoxlu antioksidantlara malikdir və bizə orqanizmdə necə deyərlər, bir çox xəstəliklərə səbəb olan sərbəst radikallarla mübarizədə kömək göstərir. Həmçinin belə bir fikir var ki, tez-tez qəhvə icən adamlar Parkinson, şəkərli diabet və ürək xəstəliklərinə az tutulurrlar. İntəhası, qəhvədən istifadə həddini aşmaq da düz deyil, gündəlik norma iki fincandan çox olmamalıdır.