Bizikmi ölkəmizin sahibləri?

Gözəl bir yay günü elektrik enerjisi qiymətlərinin  bahalaşacağı elan edildi. Bütün digər hallarda olduğu kimi, bu xəbəri açıq narazılıqla qarşıladıq, dərhal  xatırladıq ki, burda yaşamaq qeyri mümkündür, Feysbuka girib gördük ki, biz  tək deyilmişik. Təsəvvür edin ki, yüzlərlə belə  narazı vətəndaş  var və bizim narazılığımız – özünəməxsus  milli mentalitetin  ifadə olunmaması, ədalətsiz  və  məntiqsiz  reallıqların  hətta  çox obyektiv  dərki.

Mitinqin  vaxtı  və  yerini  öyrənəndən  sonra, gedıb  öz  hüguglarımız  haqqında  bəyan  etmək, üstəlik  onsuz  da  hər  şeydən  xəbərdar, ancaq  veclərinə  olmayan  adamlara  öz  rəyimizi  bildırmək  qərarına  gəldik. Bu məqsədlə  iclas  və  mitinqlərə  öz  hüqülarımızın  Ermənistan  respubliaksının  Əsas  qanununda  təsbit  olunduğunu  dəqiq  dərk  edərək  iradəmizi  toplayıb  qalib  addımlarla  facebook  ıventinin  bizi  çağırdığı  yerə  yollandıq.

el

Facebook

Facebook-a  gəlincə, “ərəb  baharından” sonra (ermənilərin “qızıl  payızı” ilə  səhv  salmamaq) böyük  xalq  kütlələrini  səfərbər  etmək  məsələsində  bu  sosial  şəbəkənin  ağlasığmaz  rolundan  çox-çox  söz  açılmışdı. Onun  təsir  və  əhəmiyyətinin  ölçülərini  qiymətləndirmək  çətindir. Bu  mitinq  və  etirazların  feysbuksuz  baş  tuta  biləcəyini  təsəvvur  etmək  mümkündürmü?  Çətin, ancaq  masştablar  tamam  başqa  olardı.

Müxtəlif  zamanlarda  elə  bu  məqsədlərə  nail  olmağa  başqa  metod  və  alətlər  xidmət  edirdi,  ancaq  sosial  şəbəkələr  elə  həmin  nəticələrə  qısa  müddət  və  minimal  xərclə  nail olmaga  imkan  yaradır.

Feysbukun  köməyi  ilə  heç  olmasa  mitinqdə  iştirak  edən  adamların  təxmini  miqdarını  təqdim  etmək  olur  və  hansısa  dostunun  da  orada  olacağı  xəbəri  isə  bizim  vətəndaş  hərəkatına  qoşulmaq  arzumuza  əlavə  impuls  verir.

el2

Qurban Faktoru

Butün  zamanlarda,  özü  də  mütləq  qan töküməsi  heç  də  vacib olmadığı  halda  belə, qurbanın  olması  mitinq  və  hərəkatlara  əlavə  impuls  vermişdir. Məsələn, Tunisdə  küçə  alverçisi  Məhəmməd  Buəzizinin  hamının  qözü  qarşısında özünü yandırdığı ərəb  baharı  zamanı  belə  olmuşdu. Yaxud  ilk  qurbanın  milliyətcə  erməni  Sergey  Niqoyanın  olduğu  Ykrayna “maydanı”nın  nümunəsi  hansından  əskikdir. İntəhası,  qan  tökülərkən  mitinq  nəsə  dəhşətli  və  gözlənilməz  bir  şeyə  çevrilir  ki, biz,  allaha  şukr,  bundan  yayına  bildik.

Son  hərəkatın  populyarlığına  məhz  qurban olma  amili  təsır  göstərdi  ki, o vaxt  aksiya  iştirakçıları  Baqramyan  prospektini  bağlayandan  sonra  elə  birinci  gecə  onlara  qarşı  vodomyotlar  işə  salınmışdı. Zərər  çəkən  gənclərın  fotoşəkilləri  bütün  feysbuka  yayılmışdı  ki, nəticə  özünü  çox  gözlətmədi, belə ki, ertəsi  gün  mitinqdə  bir  neçə  dəfə  çox  adam  iştirak  edirdi.

“Ulduzların” istirak  faktoru

İctimai  nəqliyyata  qiymətlərin  qalxmasına  qarşı  keçirilən  aksiyalarda  olduğu  kimi,  bu  dəfəki  mitinqdə  də  etirazçılar  arasında  ermənı  şou-biznesinin  xalqın  sevdiyi  Hovo, Karqın  Hayko, “Bernard  Şou”dan  olan  Artyom  və  başqa  nümayəndələrinin  simaları  da  görunməkdə  idi.

Onların  aksiyada  iştirakı  sadə  vətəndaşların  mitinqə  olan  marağını  artırır  və  onun  populyarlığına  kömək  edir. Öz  sevimli  “ulduzu” ilə  bir  aksiyada  iştirak  edən  sadə  vətəndəşlar  özlərini  başqa  şəraitdə  görüşüb  ünsiyyətdə  olmaları  alınmayan  adamlara  yaxın  hiss edirlər.

el3

Bekarçılığın  nəticəsi

Tnəəssuflər  ki, son  mitinqlər  zamanı  bu  amil  də  öz  rolunu  oynadı. Məşğul  olmağa  bir  şey  tapmayanda, yaxud  daha  betər, iş  yoxdursa, xüsusilə  mitinq  bütün  səciyyəvi  atributları  mahnı  və  rəqs, bütün  mümkün  oyunlar, yeməklər  və  sairə  ilə  xalq  bayramını  xatırladırsa, bundan  maraqlı  vaxtkeçirmə  novü  tapmaq  çətindir. Bir  sözlə, boş-beytin  adamların  iştirak  faktını  heç  kim  dana  bilməz.

Lider  yoxluğu

Balkə  də  başqa  hallarda  yaxud  digər  ölkələrdə  bu  faktor  neqativ  hesab  oluna  bilər. Ancaq  adamların  müxalifəti  birləşdirə   bilən  əsl  müxalif  xadim  və  ya  lider  görmək  istədikləri,  eyni  zamanda  həmişəki  sımaları  görməkdən  usandıqları  Ermənistanda  bu  faktor  mitinqcilərin  sayina  müsbət  təsır  göstərdi.

Vətandaş  cəmiyyətinin  yaranması

Son  aksiyaların  uğurlarının  ən  önəmli  faktoru  siyasi  fikrin  doğulması  və  cəmiyyətimizdə  vətəndaş  məsulliyyəti  hissinin  yaranması  olmuşdur. Vətəndaslarımız, xüsusilə  gənclər  vətənlərinin  gələcəyi  üçün  özlərini  getdikcə  daha  çox  məsul  hiss  edir  və  bilavasitə  özləri  və  öz  vətəni  ilə  bağlı  məsələləri  həll  etmək  səlahiyyətinə  malik  hesab  edirlər. Və  bu  vətəndaş  təsəbbüsslərinin  özlərində  hansı  qələbələri  təsbit  etmələri  və  bu  real  yaxud  güman  olunan  qələbələrin  hakimiyyətin  özü  tərəfindən  razilaşdirilması  və  ya  proqramlaşdırilmasınin  elə  bir  əhəmiyyəti  yoxdur.

Bütövlükdə  mənfi  rol  oynayan  bir  çox  digər  faktorlar  mövcuddur. Məsələn, kənardan  təsir  yaxud  xarici  qrantlar, lakin  onlar  son  mitinlərdə  həlledici  rol  oynamamışlar  ki, bu  da  öz-özlüyündə  sevindiricidir.

Vətəndaşların  elektrik  enerjisi  qiymətlərinin  bahalaşması  əleyhinə  indiki  aksiyalara  marağının  azalması  isə  bizim  mənəvi  qələbələrə  zəifliyimizlə  əlaqədardır. Hər  halda  bizim  ədalətli  tələblərimiz  hökumət  tərəfindən  qiymətlərin  subsidasiyası və “Ermənistan  elektrik  şəbəkələri” QSC-də  beynəlxalq  audit  keçirməklə  qismən  ödənilmişdir.   Kimsə  bu  nəticələrə  sevinmiş, bunlar  kimisə  hiddətləndirmişdir, nəticədə  biz  parçalanmiş  hərəkata  və  xalqın  dəstəyinin  azalmasına  malikik.

Aqapi Rafaeli