Gürcüstanda məmurların pul mükafatlarının qalxma yaxud enməsinə dair məsələ öz aktuallığını itirmir. Ölkədəki ağır iqtisadi vəziyyət fonunda hakim dairələrdə vaxtaşırı “toqqaları möhkəm bağlamaq” çağırışları eşidilməkgədir. Parlament çoxluğunun üzvü Zakariya Kutsnaşvili bu sözləri həyata keçirməyi qərara alaraq, məmurlara premyalar vermək təcrübəsindən imtina etmək üzrə qanunverici təşəbbüslə çıxış etmiş, intəhası həm müxalifətdən olan həmkarları, həm də hakim koalisiya üzvlərinin narazılığı ilə qarşılaşmişdir.
Bu təşəbbüsün müzakirəsi ötən həftə maliyyə-büdcə və regional siyasət üzrə komitədə keçmiş və dəstək qazanmışdır. Təşəbbüs qəbul olunarsa, dəyişiklik 747 yüksəkvəzifəli şəxsə şamil olacaq. Bunlar əsas etibarilə məvacibləri 2000 laridən ($854) artıq olan şəxslərdir. Kutsnaşvilinin təklifinin mahiyyəti ondan ibarətdir ki, yüksək rütbəli dövlət məmurları 1 yanvar 2016-cı ilədək yalnız maaşla kifayətlənib premyalara iddıa etməsinlər. Onun fikrincə, həmin təşəbbüs ictimaiyyətdəki həyəcanları bir qədər səngiyər və eyni zamanda “kəmərləri möhkəm dartmaq” siyasətini davam etdirməklə büdcədə təxminən 4,5 milyon lari (1,9mln. dollar) qənaətə nail olmaq mümkündür.
Kutsnaşvilinin mövqeilə maliyyə naziri Nodar Xaduri də razı deyil ki, onun fikrincə dövlət xidmətində çox layiqli adamlar çalışır və onların əməyi layiqincə qiymətləndirilməlidir.
Qeyd edək ki, bü təşəbbüsün müzakirəsində xeyli tənqid səslənmişdir. Deputatlar qeyd etmişlər ki, qanun layihəsi texniki və hüquqi cəhətdən özünü doğrultmamış və “Dövlət xidməti haqqında qanun” normalarına ziddir. Prosessial məsələlər və qanunlar üzrə komitənin iclasında komitə sədri Giorgı Kaxiani bildirmişdir ki, hökumət dövlət sisteminin islahatlarını planlaşdırır ki, orda həmçinin dövlət məmurlarının əmək haqqları məsələsinə də toxunulacaq. O, əlavə etmişdir ki, bu qanunvericilik paketi artıq parlament tərəfindən qəbul olunmuşdur.
“Mən xalqla şəxsən təmasda oluram və kütlələri qıcıqlandırıb əsəbləşdirən başlıca məsələ odur ki, biz öz vaxtında bu naqis irsi dəyişməmişik. Görünür, siz əhali ilə az ünsiyyətdə olursunuz”,- deyə Kutsnaşvili Giorgi Kaxıanıyə cavab vermişdir.
Kutsnaşvilinin təşəbbüsünə “Vahid milli hərəkat” müxalif parlament partiyasının üzvləri də reaksiya göstərmişlər. Onların fikrincə, Kutsnaşvili nazir və xidməti şəxslərin onsuz da tam maaş ala bilmədikləri yerdə kəsməyə cəhd göstərir.
Hərçənd digər tərəfdən, “Milli hərəkat” nümayəndələri vaxtilə dövlət məmurlarına yüksək pul mükafatları təsis etməklə böyük səhvə yol vermişlər ki, elə buna gorə də onun altını çəkirlər.
“Milli hərəkat”ın üzvü Xatuna Qoqorişvili hesab edir ki, Kutsnişvilinin qanun layihəsinə əsasən, qənaət cüzi olacaq. “Hökumət mükafatlar üzrə qərar qəbul edəndən sonra əslində hec kim premya almamışdır, ancaq bu o demək deyil ki, xərclər azalmışdır. Xərclər əvvəlkindən daha çoxdur, sadəcə olaraq məbləğlər necə deyərlər, “nadbavkalar”(əlavələr), həvəsləndirici bəxşişlər və s. kimi ayrılırdı”,- deyə Qoqorişvili əlavə etmişdir ki, onların partiyası hər cür nadbavkalara (əlavələrə) qadağa qoymaq lehinədir.
Kutsnaşvilinin təşəbbüsü həmçinin ölkə hakimiyyətinə onların elə həmin təşəbbüslə bağlı seçkiqabağı vədlərini xatırlatmağa tələsən bir sıra ictimai-siyasi xadimlərin birmənalı olmayan rəylərilə üzləşmişdir. “Xalq əvvəlki hakimiyyətin səhvlərindən qəzəblənmişdir, odur ki, bugünki hakimiyyət öz sələflərinin nöqsanlarını təkrar etməməlidir”,- deyə təşəbbüsün oponentləri vurğulayırlar.
İctimaiyyətin digər hissəsi ehtiyat edir ki, hökumət dövlət məmurlarının mükafatlarını ixtisar etməklə onları alternativ yolların axtarışına və dövlət müəssisələrində korrupsiya əməllərinə sövq edir. Tarixçi Serqo Vardosanidzenin fikrincə, bu, təhlükəli addımdır. “İxtisar etmək lazımdır – demək pis deyil, təki bunun arxasında dövlət üçün böyük təhlükə gizlənmiş olmasın. Mən bəzilərinin məvacibinin 200, digərlərinin isə 5000 lari olmasının tərəfdarı deyiləm. Lakin vəzifəli şəxsin maliyyə vəsaitlərinə əli asan çatırsa və biz onu istədiyini götürməyin leqal imkanından məhrum ediriksə, bu, korrupsiyanın güclənməsini təhrikləndirə bilər”, – deyə tarixçi qeyd etmişdir.
Kutsnaşvilinin təşəbbüsünə bir neçə sözlə internet şəbəkəsinin gürcü istifadəçiləri də rəy bildirmişlər. Onların əksəriyyəti layihəyə müsbət qiymət verərək , onu son dövrün ən yaxşı təklifi adlandırmışlar: Çox adam aclıq həddindədir, mən bunu vicdan və ləyaqət işi hesab edirəm. İnsanlar aclıq çəkərkən məmurun premya almağa nə mənəvi, nə də insani hüququ yoxdur”.
Elələri də tapılır ki, onların fikrincə, əgər məmur öz işi ilə mükafata layiq görülübsə, o həmin mükafatı almalıdır.
Radikalyönlü vətəndaşlar arasında baçqa fikir ifadə olunur: “Bu gün hakimiyyətdə ölkəni istismar edib, xalqın pulunu mənimsəyən banditlər peyda olmuşdur. İndi onlar bu istər nadbavka, istərsə də mükafat adlansın, sözləri dəyişməyə cəhd göstərirlər ki, bunun nəticəsində nə dəyişə bilər ki? Siz xəcalət çəkməlisiniz, ancaq çəkmirsiz, çünki vicdanınızı itirmisiz”.
“IDFI — İnformasiya azadlığının inkişaf institutu” (qeyri hökumət təşkilatı) necə deyərlər, ”toqqaların tarım çəkilməsi” siyasətinin 2015-ci ilin birinci kvartalında nazirliyin əmək kompensasiyasında necə əks olunduğu ilə maraqlanmışdır. Aydın olmuşdur ki, əksər hallarda 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə yüksəkrütbəli vəzifəli şəxslərin əmək kompensasiyası on, bəzi hallarda isə hətta yüz dəfələrlə artmışdır. IDFI-də belə düşünürlər ki, ölkənin dövlət müəssisələrində əməyin kompensasiya sistemi bir daha nəzərəçarpan tənzimləmə tələb edir. Bu gün biz premial sistemdən əlavəetmə sisteminə keçmə tendensiyasına malikik.