Dünən Tbilisdə Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Dmitri Kumsişvilinin gürcü iş adamları ilə görüşü olmuşdur. Nazir görüşdə biznesmenləri turizm, nəqliyyat, dövlət əmlakı və s. sahələrdə iqtisadi vəziyyətlə tanış etmişdir.
Kumsişvilinin sözlərincə, qonşu ölkələrdə dərin böhrana baxmayaraq, cari ilin sonu üçün Gürcüstanda 2-3% həcmində iqtisadi artım gözlənir, ilkin xarici investisiyaların çox hissəsi (380mln. dollardan artıq) istehsalat sahəsinə cəlb edilmişdir.
“Bir neçə gün öncə biz bildirmişdik ki, ötən illə müqayisədə iş yerlərinin sayı artmışdır. Bütün bunlar ondan xəbər verir ki, bizim iqtisadi siyasətimiz düzgün istiqamətdədir. Əlbəttə, qərarlar sürətli və səmərəli olmalıdır, biz düzgün inkişaf istiqamətini dəstəkləməyilik”,- deyə nazir vurğulamışdır.
Biznesmenlərlə görüş zamanı Dmitri Kumsişvili həmçinin gürcü nümayəndə heyətının Çinə hökumət səfərinın əhəmiyyət və nəticələrini xatırlatmışdır. Nazirin fikrincə, biznes iqtisadiyyatın hərəkət qüvvəsidir, ölkədə iqtisadi yüksəlişi sürətləndirmək üçün isə birbaşa dialoqu və biznesdə şəffaflığı yoluna qoyub tənzimləmək lazımdır.