“SOCAR 2016-cı ildə sosial öhdəliklərin icrası ilə bağlı zəruri tədbirlər görəcək”.
Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2016-cı ilin dövlət büdcəsi layihəsində 1 barel neftin 50 dollardan götürülməsi məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, gələn ilin büdcəsi sosial yönümlü və qənaətcildir: “Bu ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan götürülüb, gələn il üçün isə neftin proqnoz qiyməti 50 dollar həcmində müəyyənləşdirilib. Müvafiq olaraq büdcənin neftdən gəlirləri azalacaq. Lakin SOCAR sosial öhdəliklərini yerinə yetirmək üçün zəruri tədbirlər görəcək. Bu, təkcə neftin qiymətləri ucuzlaşanda deyil, daimi əsasda edilir. Ötən il aparılmış islahatlar nəticəsində idarəetmə aparatının xərclərini azaltmağa müvəffəq olduq. Bu bizə normal iş aparmağa imkan verir”.