Bir sıra Avropa ölkələri dövlət sərhədlərini bağlayandan bəri Yaxın Şərqdən olan minlərlə miqrant öz hərəkət istiqamətlərini qaçqın timsalında düşə biləcəkləri digər ölkələrə yönəltmişlər. Ancaq onlar Azərbaycana gəlməyəcəklər. Bütün bunlar haqqında “Sputnik”portalına müsahibəsində hüquq elmləri doktoru Kamil Səlimov bildirmişdir.
Afrika və Yaxın Şərqdən olan mühacirlərin yaşayış yeri kimi MDB ölkələri, ələlxüsus, Azərbaycanı seçə bilmə ehtimalına toxunan Səlimov qeyd etmişdir ki, postsovet məkanı ölkələri üçün miqrasiya böhranı təhlükəsi yoxdur.
“Azərbaycan üçün isə ümumiyyətlə ehtiyat etməyə dəyməz, çünki mühacirlərin özləri elə münaqişədən baş götürüb qaçırlar. Azərbaycanın özünün isə həll olunmamış Qarabağ münaqişəsi var, odur ki, miqrantlar riskə getməzlər.Bundan əlavə, miqrantlar hətta istəsələr belə, sadəcə olaraq Azərbaycan ərazisinə düşə bilməzlər”,- deyə Səlimov vurğulamışdır .
Onun sözlərincə, çoxu Suriyadan olan bu miqrantlar Bəşər Əsədin əleyhdarlarıdır. İran isə məhz onun rejimini dəstəkləyir. Odur ki, miqrantların Azərbaycan ərazisinə düşmələri üçün yeganə marşrutun keçdiyi İran ərazisi əslində Əsəd əleyhdarlarının üzünə bağlıdır.
Mühacirlərin Azərbaycan ərazisinə düşmələri üçün daha bir ehtimal Türkiyə vasitəsidir. Ancaq Türkiyə və Azərbaycan arasında Yaxın Şərq ölkələri tərəfindən Azərbaycana hər cür təhlükəsizliyi təmin edən müqavilə bağlanmışdır. Heç bir kəs tutalım, rəsmi Bakının xəbəri olmadan Türkiyə vasitəsilə Suriyadan Azərbaycana düşə bilməz”, – deyə ekspert bildirmişdir.