Bu haqda terrorçuluq və siyasi zorakılığı araşdırma mərkəzinin rəhbəri Badri Naçkebiya “Palitra nedeli” qəzetinə müsahibəsində bildirmişdir.
Ekspertin sözlərincə, o, Gürcüstan və Çin arasındaki fəal qarşılıqlı əlaqələri, o cümlədən baş nazir İrakli Qaribaşvilinin ÇXR-na yaxınlardaki səfərini müsbət qiymətləndirmişdir.
“Ondan başlayaq ki, Çinin öz maraqları var, bu ölkə öz iqtisadiyyatını daha çox inkişaf etdirib genişləndirməyə çalısır. Qərb analitiklərinin yazdığına görə, risklər Çin iqtisadiyyatı üçün qorxulu deyil. Çin biznesmenləri o qədər də sabit olmayan regionlara tez-tez gedirlər. Çin Qafqaza əlverişli iqtisadi dəhliz kimi yanaşır və burda yeni heç nə yoxdur.İpək yolu məhz bunu tələb edir. Mən baş nazirimizin uğurlu səfərini alqışlayıram və qeyd edim ki, Çin regionda islam radikalizmi əleyhinə qarşıalma rolu oynaya bilər. Lazım gələrsə, bu ölkə öz maraqlarını müdafiə etməyə hazırdır”,- deyə ekspert vurğulamışdır.