Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan tərəfindən təxirə salınıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməsinə görə Azərbaycanla Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır.
“Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik”, – deyə açıqlamada vurğulanır.