Azərbaycanda içki istehsalı kəskin şəkildə azalıb. Maraqlıdır ki, bu tendensiya tütün məmulatlarının istehsalında da müşahidə olunub – azalmanın göstəricisi 19,5 faiz olub.
İçkilərə gəlincə, 2015-ci ilin I yarısında şampan şərabı istehsalı ötən illə müqayisədə 73,2% azalıb. Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
DSK-nın məlumatına görə, 2015-ci ilin ilk 6 ayında 355, 2 min dkl araq istehsal olunub, bu da 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 13,1% çoxdur.
Bundan başqa, Azərbaycan bir il ərzində konyak istehsalını 96%, pivə istehsalını 30,6%, alkoqolsuz içki istehsalını isə 13,3% azaldıb.
Qeyd edək ki, likörün istehsalında 1% artım var.