Moskva “ВДНХ”sında (XTNS -Xalq təsərrüfatı nailiyyətləri sərgisi) 2000-2015-ci illərdə keçmiş Sovet İttifaqı respublikalarının müasir fotosənətinin inkişafını əks etdirən “Xalqlar dostluğu” sərgisi keçirilir.
Sərginin məqsədi – bu ölkələrdə yaşayan peşəkar fotoqrafların gözü ilə keçmiş SSRİ respublikalarının həyatını daxildən və yeni yaranan dövlətlərin həyatını isə bizim səyahətçi həmvətənlərimizin gözü ilə kənardan bir nəzər kimi təqdim etməkdir,- deyə “ВДНХ”nın saytında bildirilir.
Ekspozisiyaya əsas hissəsini 14 ölkədən olan peşəkar fotoqrafların işlərinin təşkil etdiyi 500 foto-şəkil daxil olmuşdur. Layihədə Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Estoniyadan cəmi 100 foto ustası iştirak edir.