Tibb sahəsində gözlə görsəniz belə, inanmayacağınız “möcüzələr”dən biri də Azərbaycanda baş tutdu.
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalında Olymrus 190-eksera aparatı vasitəsi ilə, 3D texnologiyası əsasında xüsusi eynək və alətlərdən istifadə etməklə regionda ilk dəfə sterotoksik laparoskopik əməliyyat – öd kisəsinin çıxarılması uğurla həyata keçirildi.
DSX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 3D texnologiyasının hərbi hospitalda tətbiqi ölkəmizin dünyanın qabaqcıl dövlətlərinin səhiyyə müəssisələri ilə uğurlu əməkdaşlığının nəticəsidir.
Qeyd edək ki, 2008-ci ilin iyununda bu klinikada Azərbaycanda ilk dəfə laparoliftinq üsulu ilə laparoskopik xolesistektomiya əməliyyatı, 2013-cü ilin yanvarında isə tək kəsikdən laparoskopik öd kisəsinin çıxarılması əməliyyatı icra olunub.