Azərbaycanlı rejissor Cavid Əhədov “KROK” – XXII animasiya filmlərinin beynəlxalq festivalında iştirak edəcək. Festival bu il sentyabrın 20-dən 28-dək baş tutacaq.
“KROK” festivalına 900 iş təqdim edilib. Seçilən 176 iş arasında Cavid Əhədovun 9 dəqiqəlik “Köhnə saat” cizgi filmi də yer alıb.
Animasiya filmi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ekranlaşdırılıb.
Qeyd edək ki, “KROK” Rusiya və Ukraynada 1989-cu ildən keçirilən animasiya filmlərinin beynəlxalq festivalıdır. Festivalda müəllif və sifariş əsasında çəkilən cizgi filmləri iştirak edə bilər.