Azərbaycanda müstəqil teatrlar çoxdur, lakin ən birincisi ADO teatrıdır ki, bu da “Nizamsız bir otaq”deməkdir. O, Azərbaycan müasir yaradıcılığı üçün unikal meydançadır və yeni yaradıcılıq eksperimentləri və innovasiyalar axtarışındadır, ifaçılıq sənəti sahəsində klassik tamaşalar və təcrübələrin standartlarını pozmağa çalışır. Teatr yeni formalar təqdim edir və daim qeyri-adi formatlar, yaradıcılıq eksperimentləri və innovasiyalar axtarışındadır, ifaçılıq sənəti sahəsində klassik tamaşalar və təcrübələrin standartlarını pozmağa çalışır.
Teatrın əsasını gənc aktyor və rejissor Elmin Bədəlov qoymuşdur. O, incəsənətlə uşaqlıqdan maraqlanır və yaradıcı şəxsiyyət olmaq istəyirdi. Böyüyəndən sonra o, öz arzusuna çatmaq və öz teatrını yaratmaq qərarına gəldi, ancaq onun nə varlı valideynləri, nə də varlı dostları olmadığını nəzərə alaraq, bunu həyata keçirmək asan deyildi. Bədəlov öz teatrı haqqında ətraflı məlumatı Dalma Newsə müsahibəsində bildirib.
— Elmin, öz teatrınızı yaratmağa necə nail oldunuz?
— Mən hər dəfə əməkdar artist Rafiq Hüseynovun dram dərnəyinə baş çəkirdim ki, orada mən bir çox istedadlı gənc aktyorlarla tanış ola bildim. Biz hər zaman incəsənət – teatr, kino, musiqi və rəqslər haqqında söhbət edirdik. Fikirləşəndən sonra mən Nikolay Qoqolun “Evlənmə” («Женитьба») əsərinə tamaşa qoymaq qərarına gəldim. Biz hər zaman müxtəlif yerlərdə toplaşır və bu tamaşanı oynayırdıq. Bütün bunlar bizə o qədər xoş gəlirdi ki, mən 40 kvadrat metr ölçüsündə kiçik bir zal icarəyə götürmək qərarına gəldim. Mən onu elə bölüşdürə bildim ki, həm tamaşaçılar, həm də çıxış üçün yerimiz var idi. Mən orada ilk dəfə rumın dramaturqu Matey Vişnekin «Zənnincə,vuracaqlar?» pyesinə tamaşa qoymuşam. Tamaşanın rejissoru İlqar Cahangirdir.
2013-cü ildə ADO teatrımı yaratdım. Mən həmişə hesab edirdim ki, ölkəmizdə qeyri-ənənəvi tamaşaların qoyulacağı müasir teatrlar çatışmır. Bizim teatr artıq yeddi ildir ki, mövcuddur və bu illər ərzində biz müasir teatrların beynəlxalq standartlarına müvafiq olmaq üçün öz formatımızı dəfələrlə dəyişmişik. Axı, biz təkcə Azərbaycanda deyil, xaricdə də çıxış edirik.
— Axı müasir teatrları səhnələşdirmək üçün müasir dramaturqları da tapmaq lazımdır…
— Bəli, bu, bizim üçün ən böyük problemdir. Dramaturqlar həmişə teatrlarla əməkdaşlıq etməlidirlər. Bizdə isə bu yoxdur.
—Sizin teatr dəfələrlə tənqid olunub. Bu, sizin işinizə necəsə mane olurdu?
– İncəsənət üçün azadlıq lazımdır. Bizi tənqid edirlər ki, bəzən tamaşalarda açıq səhnələr var, amma bu, müasir teatrdır. Buna görə hətta bizə dəfələrlə haradasa çıxış etmək qadağan edilmişdi. Tamaşaçılar bizim tamaşaları sevirlər. Biletlərimiz həmişə satılır. Niyə? Çünki biz həm öz istədiyimizi və insanların görmək istədiklərini səhnəyə qoyuruq. Təəssüf ki, hələ ki, özümüzə hər şeyəi yol verə bilmirik, amma başqa teatrlardan fərqli olaraq, biz heç olmasa çalışırıq.
Azərbaycanın tanınmış mədəniyyət xadimləri bizi dəfələrlə tənqid etmişlər. Məni qəzəbləndirən odur ki, onlar bizi təsadüfi olaraq sosial şəbəkədə gördükləri tamaşa zamanı çəkilmiş bir açıq fotoşəkil üzrə qiymətləndirirlər. Qoy əvvəlcə tamaşalarımızı görsünlər və işimizi, aktyorluq məharətini qiymətləndirsinlər.
— Ancaq axı, sizi bir çox həmkarlarınız da dəstəkləyirlər…
— Bəli, buna görə onlara hədsiz minnətdaram. Onlar bizə həmişə kömək edirlər, öz dəstəklərini əsirgəmirlər. İstedadlı insanları dəstəkləmək lazımdır ki, onlar işləyib yaratmağa can atsınlar, axı biz bütün bunları Azərbaycan teatr sənətinin inkişafı naminə edirik.
—Xaricdə tez-tez çıxış edirsiniz?
— Bəli, bizi hər dəfə müxtəlif beynəlxalq teatr festivallarına dəvət edirlər. Biz Fransada, Gürcüstanda dəfələrlə çıxış etmişik. Bizdə də bu il qastrollar nəzərdə tutulmuşdu, amma koronavirus pandemiyası üzündən bizim bütün planlarımız dağıldı.
— Sizin teatrda işləmək istəyən aktyorların sayı çoxdur?
— Bəli. Əvvəllər biz bununla bağlı problemlərlə üzləşməli olurduq. Aktyor tapa bilmirdik, indi isə onlar özləri bizə müraciət edir və bizimlə əməkdaşlıq etmək istəyirlər. Onlar teatrımıza gəlir, tamaşalarımız onların xoşuna gəlir və bizim səhnədə çıxış etmək istəyirlər. Əsasən onların arasından ən istedadlılarını seçirəm.
— Tənqiddən başqa daha hansı çətinliklərlə üzləşmisiniz?
— Bizdə həmişə yerlə bağlı problem var. Artıq bir neçə ildir ki, mən bizim tamaşaları göstərdiyimiz mənzili kirayələyirəm. Bəzən çətinliklər icarə haqqının ödənilməsi, aksesuarların alınması, quruluş üçün dekorasiyalar və s.səbəbindən yaranır. Bizim səhnəmiz balacadır, odur ki, o qədər də çox adam tutmur. Biz çox istərdik ki, teatrımızın öz binası olsun və biz orada öz tamaşalarımızı oynaya bilək. Bəlkə, nə vaxtsa bu arzumuz həyata keçəcək.
Amma təəssüf ki, Azərbaycan Mədəniyyət Nazirliyi hələ ki, belə tamaşaların əleyhinədir. Biz dəfələrlə müraciət etmişik və etiraz almışıq. İstərdim ki, gələcəkdə küçə incəsənətinə münasibət dəyişsin, axı xaricdə aktyorlar hər dəfə küçədə çıxış edirlər.
— Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda bütün teatrlar artıq bir ildir ki, bağlanıb. Karantini necə keçirirsiniz?
– Təəssüf ki, xəstələrin sayının artması səbəbindən yenidən sərt karantin tətbiq olundu. Yayda biz bəzən tamaşalarımızı göstərirdik, lakin məhdud sayda tamaşaçı ilə. Üstəlik,onların hamısı maskalı idi. Ancaq necə deyərlər, xoşbəxtliyimiz uzun sürmədi. İndi biz yenə də işsiz otururuq. Planlarımız çoxdur. Bütün bunlar bitəndə biz tamaşaçılarımıza yeni bir tamaşa təqdim edəcəyik, amma hələlik hansı tamaşanı demək istəmirəm. Qoy bu, sirr kimi qalsın. Təəssüf ki, bunun nə qədər davam edəcəyi məlum deyil.
Kamilla Seyidova