2020-ci il hələ də koronavirus pandemiyası ilə mübarizə aparan bütün dünya üçün çətin il oldu. Digər ölkələrin vətəndaşları kimi, azərbaycanlılar da Yeni ili ilk dəfə olaraq, epidemiya şəraitində qeyd edəcəklər.
Pandemiyanın növbəti pik mərhələsi Azərbaycanda sentyabrın sonlarında başlayıb və bu günə qədər vəziyyət yaxşılaşmır — Covid-19 infeksiyasına yoluxma hallarının sutkalıq artımı çoxalmaqda davam edir.
Dekabrın 14-dən Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə yanvarın 18-dək davam edəcək xüsusi karantin rejimi tətbiq edilib. Bir çox regionlar, o cümlədən Bakıda, paytaxtın mərkəzi prospektlərində karantin postları quraşdırılıb ki, bu postlarda vətəndaşların evdən çıxmaq üçün SMS-icazələrin olub-olmaması yoxlanılır, yaşayış yerlərini tərk etməyə icazəsi olmayanlara qarşı isə qanunvericiliyə uyğun tədbirlər görülür.
Yeni il Azərbaycanda ənənəvi olaraq həmişə geniş qeyd olunur. Son illər ölkənin iri şəhərlərində hakimiyyət orqanları müəyyən mədəniyyət proqramı ilə irimiqyaslı gəzintilər, yeni il yarmarkaları təşkil edirdilər. Amma pandemiya dövründə yeni ili qeyd etmək planları xeyli və mühüm dərəcədə korrektləşdlrilməli oldu. Azərbaycanlılar ilk dəfə olaraq bu bayramı restoranlarda, klublarda öz dostları, yaxınları, uzaq səfərləri, teatra, kinoya yürüş və s. ilə birlikdə qeyd edə bilməyəcəklər. Dekabrın 14-dən Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə, yanvarın 18-dək davam edəcək xüsusi karantin rejimi tətbiq edilib. Bir çox regionlar, o cümlədən Bakıda, paytaxtın mərkəzi prospektlərində karantin postları quraşdırılıb ki, bu postlarda vətəndaşların evdən çıxmaq üçün SMS-icazələrin olması yoxlanılır, yaşayış yerlərini tərk etməyə icazəsi olmayanlara qarşı isə qanunvericiliyə uyğun tədbirlər görülür. Azərbaycanlılar ilk dəfə olaraq bu bayramı öz dostları, yaxınları ilə birlikdə restoranlarda, klublarda, uzaq səfərlərlərlə, teatra, kinoya və s. getməklə qeyd edə bilməyəcəklər.
Təəssüf ki, epidemioloji vəziyyət diktə edir ki, yeni ildə vətəndaşların heç bir kütləvi gəzinti və böyük yığıncaqları olmamalıdır, və maksimum, nə etmək olar — bu şəhəri işıq texnikası, müxtəlif dekorativ elementlərlə bəzəməkdir. Əgər ötən illərdə bayram yolkalarını paytaxt boyu quraşdırırdılarsa, indi o, yalnız birdir – Azneft meydanında.
Azərbaycanda ərzaq mağazaları istisna olmaqla, demək olar ki, bütün mağazalar bağlandığı üçün azərbaycanlılar yeni il dekorasiyalarını yalnız böyük hipermarketlərdən əldə edə və ya onlayn sifariş verə bilərlərcəyi.
Bu il ən kədərli Yeni il həmişə şəhərdə gəzməyə, Şaxta baba və Qar qızla birlikdə yeni il yolkasının yanında şəkil çəkdirməyə, Yeni il tamaşalarına getməyə alışmış uşaqlar üçün olacaq.
Koronavirus pandemiyası bir daha bütün dünyaya, o cümlədən azərbaycanlılara xatırlatdı ki, Yeni İl hər halda ailəvi bayramdır, odur ki, onu öz ailəsi ilə birlikdə evdə qeyd etmək daha yaxşıdır. Lakin Nazirlər Kabineti, həmçinin dekabrın 31-də ailəvi bayram şam yeməyindən sonra Bakı bulvarında gəzintiyə çıxmaq istəyən vətəndaşların istəyini də nəzərə alıb. SMS-icazəsi alaraq, hər kəs yeni ili bulvarda qarşılaya bilər. Bütün bunlar yalnız karantinin müəyyən tədbirlərinə riayət etməklə mümkündür, yəni hər zaman maskada olmaq, bir-birindən ən azı 1,5-2 metr məsafəyə riayət etmək, öpüşməmək və küçədə tanışlarla görüşərkən qucaqlaşmamaq lazımdır.
2020-ci ilin Azərbaycan üçün mühüm tarixi əhəmiyyətə malik olduğunu da qeyd etməmək mümkün deyil. Bu müharibə 2783 Azərbaycan əsgərinin həyatına son qoydu. Bununla əlaqədar, Azərbaycan ailələrinin əksəriyyəti Yeni ili qeyd etməkdən imtina edirlər.
Unutmaq lazım deyil ki, məhdudiyyətlər – müvəqqəti, sağlamlıq isə – uzun illər üçündür. Bu gün məhz bunu ön plana çəkmək və bir az səbr edib dözmək lazımdır. Əminliklə demək olar ki, dünyanın digər ölkələrinin vətəndaşları kimi, hər bir azərbaycanlı da yeni ildə yalnız bir şey – yenidən normal həyata qayıtmaq üçün koronavirus pandemiyasının tezliklə başa çatmasını arzulayır.
Каmilla Sеyidоvа