Azərbaycanda koronavirusla bağlı vəziyyət mürəkkəb olaraq qalır. Təkcə son sutka ərzində Azərbaycanda 3 712 yeni koronavirus xəstəsi aşkar edilib, 1 359 xəstə müalicə başa çatdıqdan sonra xəstəxanadan çıxıb, 35 COVİD-19 xəstəsi isə dünyasını dəyişib.
Ümumilikdə isə bu günə qədər Azərbaycanda 109 813 koronavirus infeksiyasına yoluxma halı aşkar edilib. Onlardan 69 931 nəfəri sağalıb, 1 291 nəfəri dünyasını dəyişib, Aktiv xəstələrin sayı isə 38 591 nəfər təşkil edir.
Koronavirus pandemiyasının ikinci dalğasının birincidən daha ağır olacağı hələ yazda proqnozlaşdırılmışdı. Halbuki o vaxt çoxları vəziyyətin bu dərəcədə pisləşəcəyini təsəvvür də edə bilmirdi. Bu gün, yalnız rəsmi statistikaya görə, yoluxanların sayı gündə təxminən 4 minə çatır. Bu da ondan xəbər verir ki,potensial virus gündə təxminən 8 min, bəlkə də daha çox insanı əhatə edir.
Səhiyyə Nazirliyi nəzdində İctimai təbabət və sanitar-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzakət Mürsəlova bildirdi ki, bu gün Azərbaycanda 30 mindən çox koronavirus xəstəsinin evdə müalicəsinə göstəriş verilib. Bu onu göstərir ki, xəstəliyi yünğül formada keçirənlərin əksəriyyəti dövlətdən dərman alır və ev şəraitində müalicə olunur.
Ancaq qeyd etmək lazımdır ki, ğörünür, xəstələrin bir hissəsi COVİD-19-a yoluxmuş olduğunu başa düşərək, özünümüalicə ilə məşğul olmağa başlayır.
«Azərbaycanda COVİD-19- dan ölüm hallarının artmasının əsas səbəbi koronavirusa yoluxanların özlərinin xəstəlik faktına düzgün münasibət göstərilməməsidir ki, bunun nəticəsində onlar özünümüalicəylə məşğul olmağa başlayırlar», – deyə ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmanci jurnalistlərə bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, son zamanlar koronavirusa yoluxmuş şəxslərin sayının çoxalması, həmçinin ölüm hallarının artması müşahidə olunur ki, bunun bir sıra səbəbləri var.
«Müharibə zamanı insanlar sevinc və kədəri birlikdə yaşadı ki,bu da müvafiq olaraq koronavirus kimi təhlükəli xəstəliyin mövcudluğu məsələsini və ona qarşı müdafiə tədbirlərinə riayəti ikinci plana çəkdi.. Bu, infeksiyaların sayının artmasına gətirib çıxardı», – deyə o qeyd edib.
ÜST nümayəndəsinin iradlarının ədalətli olduğunu qeyd etmək lazımdır. Bu gün cəmiyyətin xeyli hissəsi ev şəraitində müalicə olunur, özü də bu müalicələrin əsasında Təbib tərəfindən tövsiyə edilən dərman vasitələrinin siyahısı durur. Lakin, bütün orqanizmlər eyni deyil, hər bir xəstə fərdi yanaşma tələb edir, belə ki, özünümüalicənin mənfi nəticələrə gətirib çıxardığı hallar az deyil.
Virusun geniş yayılmasında ictimai nəqliyyat da öz rolunu oynayır. Ölkə hələ bağlanmayıb, iqtisadi obyektlərin əksəriyyəti işləyir, bu isə o deməkdir ki, ictimai nəqliyyat da işləyir. Demək olar ki, hər gün «Pik saatı»nda («час пик») bütün ictimai nəqliyyat (pandemiyadan bağlı olan metro istisna olmaqla) ağzınacan doludur. Vəziyyət həm də onunla mürəkkəbləşir ki, komendant saatı (21:00-dan) ləğv edilməyənə qədər insanların əksəriyyəti işdən dərhal sonra evə tələsir, ona görə də ictimai nəqliyyat həmişə dolu olur.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, noyabrın 21-dən bütün ölkə ərazisində icbari maskalı rejim tətbiq edilib. Tibbi maska taxmaq yalnız qapalı otaqlarda və nəqliyyatda deyil, həm də küçələrdə, meydanlarda və parklarda da vacibdir. Kütləvi rejimin pozulmasına görə Azərbaycan KP — nin 211.2 — ci maddəsinə əsasən, fiziki şəxslər 100 manat (60 dollar), vəzifəli şəxslər 200 manat (120 dollar), hüquqi şəxslər isə 400 manat (240 dollar) məbləğində cərimə olunacaqlar. İl ərzində təkrar İnzibati hüquqpozmaya görə cərimənin məbləği iki dəfə artırılacaq.
Amma artıq indidən şayiələr gedir ki, dekabrda müəyyən karantin məhdudiyyətləri tətbiq olunacaq və ölkə yenidən “udalenka”ya keçəcək. Hərçənd, bu günün özündə də işçilər imkan daxilində evdən də işləyirlər. Lakin əksəriyyət, bu xüsusilə xidmət sahəsinə aiddir, hələ də işə getməlidir. Dövlətin qarşısında isə əvvəllər də olan sadə dilemma durur: iqtisadiyyatı “bağlamaq” və ya işi davam etdirmək.
Bu məsələdə görünür, hələlik ölkə hakimiyyətində bu suala cavab yoxdur. Bir tərəfdən, kovid xəstələrinin artması tərəqqi yolu ilə gedir. Və yoluxanlar artdıqca yeni ölüm halları daha da çoxalır, çarpayı çatışmazlığı və digər problemlər yaranır.
Digər tərəfdən, iqtisadiyyatın maraqları. Birinci nokdaun iqtisadiyyatı elə çökdürdü ki, o, hələ də bu zərbədən özünə gələ bilmir. İkinci nokdaun iqtisadiyyata daha ağrılı zərbə vura bilər. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan müharibə vəziyyətindən yenicə çıxıb və artıq azad edilmiş ərazilərdə qismən bərpa işlərinə başlayıb ki, bu da xeyli vəsait tələb edəcək. Aydındır ki, regiona beynəlxalq sərmayədarları cəlb etmək lazım gələcək, amma bununla belə, ilkin işi dövlətin özü aparacaqdır.
Odur ki, ölkənin dekabrdan bağlanıb-bağlanmayacağı sualının cavabı Azərbaycana yalnız dekabrın əvvəlində bəlli olacaq.
Аnаr Hüseynov