Azərbaycan kinematoqrafiyası son illər fəal inkişaf edir. Çox sayda qısametrajlı, tammetrajlı və sənədli filmlər çəkilir. Onların əksəriyyəti beynəlxalq festivallarda iştirak edir və mükafat alır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkənin Mədəniyyət Nazirliyinə dövlət sifarişi ilə filmlərin istehsalının dəstəklənməsi üzrə layihələrin həyata keçirilməsi üçün beş milyon manat ayrılmışdır.
Bütün bunlarla yanaşı, Mədəniyyət Nazirliyinin nəzdində bədii, sənədli və animasiya filmləri istehsal etmək üçün müsabiqələrin keçirilməsi məqsədilə tərkibinə məşhur mədəniyyət xadimlərinin daxil olduqları Kino şurası yaradılıb. Filmlər əsas etibarilə, komediya janrında çəkilir.Çünki o, azərbaycanlıların ən sevimli üslublarından biridir.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda filmlərin çəkilişi dayandırılıb, lakin bu günlərdə Azərbaycan kinematoqrafçıları ölkədə karantin rejiminin yumşaldılması sayəsində yenidən işə qayıdıblar. Lakin çəkiliş prosesi epidemioloji təhlükəsizlik qaydalarına riayət etmək şərti ilə aparılmalıdır. Yalnız kadrda olan aktyorlar istisna olmaqla, çəkiliş meyda nçasında iştirak edənlər maska taxmalıdırlar. Həmçinin meydanda eyni zamanda məhdud sayda insan ola bilər.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Dalma Newsə müsahibəsində pandemiyanın dünya kinematoqrafiyasına, o cümlədən Azərbaycan kinematoqrafiyasına böyük zərbə vurduğunu bildirib.
«Bizim kino artıq bir neçə ildir çox sürətlə inkişaf. Bizim bir çox filmlərimiz hər il beynəlxalq kinofestivallarda və kifayət qədər uğurla təqdim olunur. Pandemiya üzündən digər ölkələrdə olduğu kimi kiçik bir fasilə etmək məcburiyyətində qaldıq. İndi isə hər şey öz yerinə qayıtdı. Biz rejissorlarımız üçün hər cür şərait yaradırıq ki, onlar yalnız komediyalarla deyil, müxtəlif janrlarda yeni filmlər çəksinlər”, — deyə Hətəmov qeyd edib
Artıq uzun müddətdir ki, Azərbaycanın ən uğurlu bədii filmlərindən biri rejissor Şamil Əliyevin “Stepnyak” -“Çöl adamı”(çölçü,səhra adamı ) filmidir. Kinolent beş qitədə u ğurla təmsil olunub, “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktyor və aktrisa” nominasiyalarında bir çox mükafatların sahibidir. Film həmçinin “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” kino mükafatının iddiaçılarının lonq-listinə daxil edilib. Baş rolları Bəhruz Vaqifoğlu (Gənc Stepnyak), Vidadi Həsənov (Yaşlı Stepnyak), Cavidan Məmmədli (Kiçik Stepnyak ) və başqaları ifa ediblər.
Filmin ssenarisi Şamil Əliyevə Mədəniyyət Nazirliyi tərəfindən verilmişdir. O Vidadi Həsənov tərəfindən yazılmışdır. Ssenari rejissorun o qədər xoşuna gəlmişdi ki, o bu ssenari üzrə film çəkməyə qərar vermişdi. Şamil Əliyev Dalma Newsə verdiyi müsahibədə filmin uğuru barədə ətraflı danışdı.
— «Stеpnyak» filmi nə haqdadır?
— Film məşhur şahzadə və bədheybət haqqında folklor motivlərə əsaslanan nağıl-muzikl janrında çəkilmiş, vokal və xoreoqrafiyadan geniş istifadə olunmuşdur. Film bir gəncin təbiətlə sıx təmasda olmaq üçün öz atası ilə şəhərdən uzaqda yaşamaq arzusu, amma bir qızla görüşdən sonra onun həyatının tamamilə dəyişməsindən bəhs edir.
— Çəkilişlər zamanı sizin üçün ən çətin nə idi?
– Çəkiliş üçün yer tapmaq bizim üçün ən çətin məsələ idi. Ətrafda mənzil və zavodların olmadığı bakirə çöllər tapmaq son dərəcə müşkül idi. Bölgələrdə yaşayan tanışlarımın çoxu bu işdə mənə kömək etdi. Bəzi kadrlar Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pavilyonlarında çəkilmişdir. Bizə həmçinin dəvə tapmaq çətin idi. Nəhayət, Azərbaycanın Gəncə bölgəsində yaşayan bir iş adamı bizə kömək etdi. O, dəvə saxlayırdı və çəkiliş üçün müvəqqəti olaraq onları bizə verdi
— Film hazır olandan sonra siz onu Beynəlxalq kinofestivallara göndərməyə qərar verdiniz. Siz özünüz onun belə uğurlu olacağını gözləyirdinizmi?
— Film hazır olan kimi başa düşdüm ki, əgər onu festivallara göndərməsəm, o unudulacaqdır. Onu Bakıda bir dəfə göstərəcəklər— vəssalam. Təəssüf ki, kinostudiyada kinofestivalların axtarışı ilə məşğul olan və onlara filmlər göndərən prodüserlərimiz yoxdur. Mən bütün bunlarla özüm məşğul olmaq qərarına gəldim. Festivalları diqqətlə seçirdim ki, filmimin mövzusu onların şərtlərinə yaxın və müvafiq olsun. Mənim filmim on ildən çoxdur ki, kinofestivallarda iştirak etməkdə davam edir və hər dəfə müxtəlif mükafatların sahibi olur. Zənnimcə, «Stepnyak»ın uğuru intensiyadır. O,sivilizasiyaların toqquşmasından söz açır, müasirliyin antropoloji fəlakətini göstərir.
— «Stepnyak» neçə festivalda iştirak etmişdir?
— Film 60-dan çox layihədə iştirak edib. Hesab edirəm ki, bu, dünya kinematoqrafiyasının tarixində fenomenal hadisədir. Mənim özüm üçün də belə bir nəticə əldə etmək gözlənilməz idi. Mənim ən əsas məqsədim keyfiyyətli film çəkmək idi və buna nail oldum.
— Bu şəkil sayəsində siz həmçinin xaricdə də məşhurlaşmısınız. Xaricdən kimsə artıq film çəkilişləri üçün Sizə müraciət edibmi?
— Mənə bir çox dəfə təkliflər olmuşdur, amma imtina etdim. Mən öz ölkəmi sevirəm və buradan getmək istəmirəm. Həyata keçirmək istədiyim planlar olduqca çoxdur, amma bunun üçün maliyyə dəstəyi lazımdır.
— Filmin ikinci hissəsini çəkməyi planlaşdırırsınızmı?
— Belə planlar vardır. Mənə artıq xaricdən təklif daxil olmuşdur. Onlar mənə maliyyə dəstəyi göstərməyə hazırdırlar. Bu, mənim üçün çox vacibdir,belə ki, mən birinci layihədən daha böyüyünü realizə etmək istəyirəm. Ümidvaram ki, biz Avropa Şurasının təşkilatı və kinematoqrafçılara beynəlxalq layihələr üçün meydan olan EVROİMAGE-ya üzv ola biləcəyik. Bu təşkilat rejissorlara pul ayırır, daha sonra isə onların filmlərini təşviq etməyə kömək edir. Təəssüf ki, onlarla əməkdaşlığa nə vaxt başlaya biləcəyimiz məlum deyil.
Каmilla Seidova