Azərbaycanda COVİD-19-un yayılmasının və onun mümkün nəticələrinin qarşısını almaq məqsədilə xüsusi karantin rejimi mayın 4-dək uzadılıb. Ölkədə virusun baş verdiyi andan indiyə qədər minlərlə könüllü koronavirus infeksiyasının həyatlarını daha da çətinləşdirdiyi yoxsullar və təqaüdçülərə ərzaq, həmçinin dava-dərman çatdırırlar.
Dalma Newsə müsahibəsində “Güvən” (“Etimad”) uşaq xeyriyyə cəmiyyətinin təsisçisi Nigar Bayramlı vollontyorların işinin necə dəyişdiyi və xeyriyyəçilik fəaliyyətində nəyin ən çətin olması barədə danışdı.
«Karantin rejimi və sərt məhdudiyyətlər zamanı bir çox ailələr ağır vəziyyətə düşmüşlər. Əhalinin böyük bir faizi qazancdan məhrum olmuşdur. Xeyriyyə fondlarına və cəmiyyətlərə müraciətlər nəzərəçarpacaq dərəcədə artmışdır. Dövlətin çox çətin dolananlara öz dəstəyini göstərməsinə baxmayaraq , könüllülər, biznesmenlər və kömək etməyə imkanları olanların hamısının dəstəyi həmişəkindən daha çox vacibdir. Bizə müraciətlər kifayət qədər çoxdur, lakin biz hər kəsə kömək edə bilmərik, buna görə də özlüyümüzdə qərara gəldik ki, əlil uşaqları, çoxuşaqlı analar və təqaüdçüləri olan ailələr prioritet təşkil etməlidir. Həqiqətən ehtiyacı olanları müəyyən etmək üçün biz ailənin hansı şəraitdə yaşadığı barədə arayışlar əldə edir və yalnız bundan sonra lazımi yardım göstəririk. Göstərilən hər bir yardım üçün biz sosial şəbəkələrdə hesabat təqdim edirik. Bizim üçün maksimum şəffaf işləmək vacibdir», – deyə Nigar Bayramlı bildirir.
«Güvən» kiçik bir komandadır, lakin orda Bakı və respublikanın regionlarından könüllülər çoxdur. “Əgər əvvəllər bizimlə 10-a yaxın könüllü işləyirdisə, indi bu rəqəm 50-yə yüksəlib və getdikcə artır. Bəziləri məhsul və dərmanları çatdırmağa kömək edir, digərləri Dövlət müavinətlərinin rəsmiləşdirilməsinə yardım göstərir, bir çoxu isə sürücü kimi öz xidmətlərini təklif edir. Sevindirici haldır ki, bizə insanlar özləri yazır və öz yardımlarını təklif edirlər. Könüllülərin sıralarına əsasən işsiz qalmış və ya distansion işə keçən müxtəlif sahələrdən olan tələbələr, müəllimlər və gənc mütəxəssislər əlavə olunur.
Amma onların arasında az sayda ortayaşlı insanlar da var ki, həmçinin öz töhfələrini vermək istəyirlər. Məsələn, bizim komandamızda Yevlaxdan olan 45 yaşlı qadın var. Yeri gəlmişkən, karantin başlanandan bəri biz heç vaxt bölgələrə getməmişik, çünki yerlərdəki könüllülər bizimlə əlaqə saxlayır və bizim yardımımızı lazımi ünvanlara çatdırırdılar. Lakin may ayının əvvəlində biz Füzuli rayonu kəndlərinin sakinlərinə ərzaq yardımı ilə getməyi planlaşdırırıq”, — deyə Bayramlı bildirib.
Müsahibimizin sözlərinə görə, karantin könüllülərin işində müəyyən dəyişikliklər edib. Xüsusilə, təhlükəsizlik məqsədilə könüllülər köməyə əlcəksiz, maskasız, antiseptiksiz getmir və qucaqlaşmasız, həmçinin əl sıxılmasız keçnirlər.
«Bizim iş günümüz səhər saat doqquzda başlayır və çox vaxt ancaq gecə yarısı başa çatır. İctimai nəqliyyatın işinin məhdudlaşdırılması ucundan özümüzü ehtiyacı olanlara çatdırmaq çətinləşib və gediş-gəliş xərcləri çoxalıb. Qeyd edim ki, nəqliyyat xərcləri könüllülərin şəxsi vəsaitlərindən ödənilir, yəni bu məqsədlər üçün ianələrdən toplanan puldan istifadə edilmir. Ümumiyyətlə, karantin dövründə biz təxminən 1000 nəfərə yardım etmişik. Söhbət yalnız ərzaq və dərman şəklində yardımdan getmir. İşsiz qalanlara və qazanclara ehtiyacı olanlara, biz satıcılar və kuryerlər timsalında müvəqqəti iş tapmışıq, karantin dövründə tənhalığı unutdurmaq üçün yaşlı və aztəminatlılara soyuducular və hətta televizor hədiyyə etmişik. Regional könüllülər ilə işləməyə gəlincə, bu, uzaqdan — distansiyalı həyata keçirilir. Biz onlara pul göndəririk və onlara nə almaq lazım olduğunu telefonla müzakirə edirik “, — deyə Bayramlı bildirir.
«Hər bir ailə üçün ehtiyaclarından asılı olaraq məhsul və dərmanların ayrıca siyahısını tərtib etməyə çalışırıq. Ancaq bir qayda olaraq, əlil və ya imkansız insanlar haqqında danışırıqsa, ehtiyacı olanlar standart ərzaq dəsti, uşaq əski və ya bezləri, həm də xüsusi yeməklər xahiş edirlər.Hər bir ailə üçün biz onların ehtiyaclarından asılı olaraq ərzaq məhsulları və dərmanların siyahısını ayrı-ayrılıqda tərtib etməyə çalışırıq. Lakin söz məhdud imkanlı şəxslərdən gedirsə, bir qayda olaraq, ehtiyac duyanlar standart məhsul dəsti, uşaq əskiləri və xüsusi uşaq yeməkləri xahiş edirlər. Bəzən bizdən pul ilə kömək etmək istənir, amma bu bizim üçün bir tabudur. Fəaliyyətimizin başlanğıcında biz pul ilə kömək etdiyimiz və nəticədə aldadılmış olduğumuz xoşagəlməz vəziyyətlərə düşdük, buna görə 10 il əvvəl biz birbaşa maliyyə yardımı göstərməməyi qərara aldıq. Doğrudur, əgər ailənin mənzil icarəsi və ya kommunal xidmətlər üzrə borcu varsa, bəzən biz istisnalar edirik. Amma yenə də kommunal xərcləri özümüz ödəyirik və ya pulları birbaşa icarəyə verənə təqdim edirik”, — deyə həmsöhbətimiz qeyd edib.
Məlum olub ki, karantində xeyriyyə təşkilatları və icmalar üçün ən çətin məsələ kömək istəyən insanlar haqqında məlumatları yoxlamaqdır.
«Təəssüf ki, bəzən könüllülər fırıldaqçılıqla qarşılaşırlar. Heç bir şeyə ehtiyacı olmayan insanlar saxtakarlıq edərək bizdən kömək almağa çalışırlar. Yazırlar ki, pis şəraitdə yaşayırlar və yeməyə bir şeyləri yoxdur, amma nəticədə müraciət edənin yaşadığı ünvana gələndə “kasıb” ailənin yeni binada yaşadığını və aclıqdan uzaq olduğunu görürük. Bunların ucbatından həqiqi ehtiyacı olan insanlara vaxtında kömək çatdırmaq heç də həmişə mümkün olmur, çünki hər bir ailə barədə məlumatı təkrar yoxlamalı oluruq» — deyə, o bildirir.
Bununla belə, o qeyd edir ki, ümumiyyətlə, Azərbaycanda başqasının başına gələn müsibətləri anlayan və onlara ürək yandıran insanlar yaşayır. Xəbər bülletenlərinin nə qədər qorxulu olmasından asılı olmayaraq, Azərbaycanda insanların çoxu özləri yaxşı vəzziyyətdə olmasalar belə, başqasının dərdinə şərik çıxaraq ona kömək üçün birləşib əllərindən gələni əsirgəmirlər.
«Təəccüblüdür ki, dünyada tam xaos olmasına,sabahki günə ümid və əminlik olmamasına və ciddi maliyyə böhranı gözlənməsinə baxmayaraq, insanlar ianələr üçün pul və səxavəti əsirgəmirlər. Bir çoxları indi çətin vəziyyətdədir və sanki xərclər üçün heç də yaxşı vaxt deyil, buna baxmayaraq, vətəndaşlarımız tez bir zamanda başqasının dərdinə səs verib yardım göstərirlər. Mənə elə gəlir ki, cəmiyyətdə dəyərlərin yenidən qiymətləndirilməsi baş vermiş, əvvəllər mühüm və vacib olan şeylərin indi o qədər də böyük əhəmiyyəti yoxdur. Bunun dərk olunması insanları yaxşı və xeyirxah əməllərə sövq edir», —deyə Nigar Bayramlı sözünə yekun vurdu.
İradə İmanova