COVİD-19 pandemiyasının fonunda vətəndaşların ən müdafiəsiz kateqoriyası məhbuslar olmuşdur. Bəzi məhkumlar üçün virusun yayılması vaxtından əvvəl azadlığa çıxmaq şansı oldu. Dünyanın müxtəlif ölkələrində artıq məhkumları buraxmağa və faciəvi nəticələrlə üzləşməmək üçün həbsxanaları boşaltmağa başlayıblar.

Hələlik Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrində koronavirus xəstələri qeydiyyata alınmayıb, lakin bir aydır ki, qohumlarla görüşlər və bağlamaların verilməsi qadağan edilib. Bununla belə, virusun qapalı müəssisələrə ötürülmə riski yüksək olaraq qalır.

Dalma Newsə verdiyi müsahibədə Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov penitensiar sistemin xəstəliyə müqavimət göstərə bilib-bilməyəcəyi və məhbusların kütləvi yoluxmasına yol verməmək üçün ölkədə hansı tədbirlərin görülməsindən söz açmışdır.

ÜST-nin fikrincə, azadlıqdan məhrumolma yerlərindəki insanlar qapalı mühitdə yaşayan və ya işləyən insanlar kimi bir-birinə bilavasitə yaxın olmaqla, ümumiyyətlə ,Covid-19 qarşısında əhalinnin qalan təbəqələrindən daha həssas və acizdirlər. Məhbusların bir çoxu dərin immun çatışmazlığı, İİV, vərəm və hepatit xəstələri olan insanlardır. Belə vəziyyətdə infeksiya dərhal yayılar və bir adamın xəstəliyi çoxları üçün ölümcül ola bilər, -deyə ÜST-nin xüsusi məruzələrində qeyd olunur.

Azərbaycanda cəzaçəkmə yerlərində vəziyyətə nəzarət etmək üçün Ədliyyə Nazirliyi tərəfindən monitorinq qrupu yaradılmışdır ki, həmin qrup məhbuslara təqdim olunan ərzaqın keyfiyyətini yoxlayır və sanitar-gigienik normalara riayət olunmasına nəzarət edir. Həmçinin Ədliyyə Nazirliyində operativ qərargah təsis olunub ki, oraya hər iki günün yekunları üzrə penitensiar müəssisələrdəki cari vəziyyət barədə məlumatlar daxil olur.

Eyni zamanda, bu günlər Azərbaycanda pandemiya fonunda yaş və sağlamlıq vəziyyətinə görə xüsusi qayğıya ehtiyacı olan 65 yaşdan yuxarı bir sıra məhkumların əfv edilməsi haqqında prezident İlham Əliyevin Sərəncamının icrası başa çatmışdır. Amnistiya altında 176 məhbus vardır ki, onlardan ikisi ömürlük həbs cəzasına məhkum edilmişdir. Onlardan biri 20 il, ikincisi isə 25 il həbsdə olmuşdur.

Hüquq müdafiəçisi Eldar Zeynalov bildirdiyi kimi, hazırda məhbuslar üçün yalnız COVİD-19-u həbsxanalara gətirə biləcək cəzaçəkmə müəssisələrinin əməkdaşları təhlükə törədirlər.

“Virus qapalı müəssisəyə üç yolla daxil ola bilər. Birincisi, yeni gələn məhbuslar koronavirusu özləri ilə gətirə bilərlər. Adətən, məhkumları kameraya göndərməzdən əvvəl, onlar karantinə yerləşdirilir. Bu,yalnız indi -dünya pandemiya ilə qarşı-qarşıya durduğu zaman deyil, həmişə belə olmuşdur. Deməli, yeni məhbuslardan yoluxma riski yüksək deyil. İkincisi, məhkumlarla görüş zamanı qohumlar virus ötürə bilərlər. Lakin Penitensiar Xidmət martın altısından görüşlərə müvəqqəti qadağa qoyduğundan virusun bu yolla yayılması da istisna olunur. Üçüncüsü, həbsxanaların əməkdaşları virusun daşıyıcısı ola bilərlər və indiki şəraitdə yalnız onlar məhbuslara təhlükə yaradır”, — deyə Zeynalov hesab edir.

Ekspertin sözlərinə görə, vəziyyət həbsxanaların həddindən artıq yüklənməsi ilə bağlı daha da gərginləşir. AR-nın sanitar normalarına əsasən, bir məhbusa 4 kv.m, xəstə məhkumlara isə 5 kv. m. yaşayış sahəsi düşür. Koloniyaya potensial karantin zonası kimi baxsaq, hər bir şəxsə 5 kv. m ayırmalıdır. lakin bu gün hər məhkuma cəmi 2,5 kv. m düşür. Müvafiq olaraq, qalanlarına sosial məsafəni təmin etmək və sanitariya tələblərini yerinə yetirmək üçün məhbusların demək olar ki, yarısını azad etmək ehtiyacı yarana bilər.

Eldar Zeynalov

«Digər tərəfdən, sağlam məhbusların azadlığa buraxılmasının nə mənası var, axı, orada xəstələnmə riski yüksəkdir, çünki həbsxanada onun hasarlarının arxasındakindən daha az təhlükə var. Bundan əlavə, koloniyada onlara xarici dünyadan təcrid olunmağı təmin edə bilirlərsə, onda cəza müddətini başa vuranların karantinə riayət edəcəklərinə zəmanət haradadır?! Məhbusların çoxu azadlıqda mənzil çətinliyi, dolanışıq mənbəyinin olmaması və bununla yanaşı ciddi sağlamlıq problemləri ilə üzləşirlər.

Maliyyənin olmaması təkcə karantinin tam pozulmasına deyil, həm də oğurluq və soyğunçuluğun baş verməsinə səbəb ola bilər. Bütün bunlardan əlavə, cəmiyyətə inteqrasiya etməyə və normal bir həyat sürməyə heç də hamı hazır deyil. “Buna görə də mən “kor-koranə” və ucdantutma amnistiyanın əleyhinəyəm ”- deyə hüquq müdafiəçisi vurğulayır.

Ekspert hesab edir ki, bu vəziyyətdə həqiqətən də buna layiq olan və cəza çəkdiyi vaxt ərzində cinayətlərin törədilməsində tövbə etdiyini öz davranışı ilə nümayiş etdirən məhbusların şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması zəruridir.

«Belə insanları azadlığa buraxmaq lazımdır ki, qalan məhbuslar üçün sanitariya və gigiyenik qaydalara uyğun şərait yaradılsın. Həmçinin, kiçik cinayətlərə görə həbs olunmuş və cəmiyyətə təhlükə törətməyən şəxsləri cəzadan azad etmək lazımdır. Məsələn, qayğıya ehtiyacı olan yaşlı valideynlərə malik məhbusları azadlığa buraxmaq yerinə düşər», — deyə ekspert bildirmişdir

Bununla yanaşı, hüquq müdafiəçisi qeyd edib ki, karantinlə bağlı məhkəmə instansiyaları məhbusların apellyasiya şikayətlərinə baxılmasını ləngitməyə başlayıblar. “Neçə ki, məhbus apellyasiya instansiyasından keçməyib, o, təcridxanada oturub öz saatını gözləməyə məcburdur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda istintaq təcridxanalarının əksəriyyəti köhnə və necə deyərlər, ağzınacan məhbuslarla doludur,dustaqlar öz kamera yoldaşlarından koronavirusa yoluxmaq təhlükəsinə məruzdurlar. Odur ki, bu günlərdə apellyasiya şikayətlərinə operativ baxmaq çox vacibdir”, — deyə Zeynalov vurğulamışdır.

Azərbaycan Hüquq Müdafiə mərkəzinin rəhbəri həmçinin xatırladıb ki, həbsxana, ilk növbədə, cinayətkarların islah olunduğu yerdir. Amma əslində penitensiar sistem hələ ki, bu vəzifənin öhdəsindən gələ bilmir. Cəzalarını çəkəndən sonra məhkumların müəyyən bir faizi düzgün nəticələr çıxarır və öz həyatını daha yaxşı istiqamətə dəyişir. Lakin, retsividistlərin sayı yüksək olaraq qalır və bu, təəccüblü deyil, çünki illər boyu sosial himayəçi olan, çörək qazanmağı bilməyən və ya unudan bir adam azadlıqda qanuna tabe ola bilməz. Eldar Zeynalov belə hesab edir ki, insanı yalnız keçmiş məhkumların cəmiyyətinə əmək və savadlı inteqrasiya siyasəti yolu ilə düzəltmək olar.

 

İradə İmanova