Azərbaycanda karantində olan şəxslərin sayı 4500 nəfəri ötüb. İlkin olaraq, karantin zonaları müalicə müəssisələrində yaradılsa da, xaricdən yoluxanların və vətəndaş axınınlarının sayının artması ilə çadır məntəqələrinin yaradılması və otellərdən karantin üçün yer kimi istifadə edilməsi qərara alınıb. Sankt Peterburqdan qyıtmış Azərbaycan vətəndaşı Yuri Çislov iki həftə təcrid olunmuş vəziyyətdə belə mehmanxanaların birində qalmışdır. Dalma Newsə verdiyi müsahibədə o, Azərbaycanda karantinin necə keçdiyini və onun üçün nəyin ən çətin olduğunu söylədi.
«Koronavirusun yayılmasına dair xəbərlər Piterə səfərimdən xeyli əvvəl gəlməyə başlasa da, Azərbaycanda və Rusiyada vəziyyət sakit idi, ona görə də mən səfərimi ləğv etmədim və martın altısında uçdum. Yeri gəlmişkən, Bakıdan yola düşməzdən əvvəl diqqət çəkdi ki, aeroportun bütün əməkdaşları maskalarda və əlcəklərdə idilər, qalanı isə əvvəlki kimi idi. Mən buna əhəmiyyət vermədim, amma bu gün başa düşürəm ki, ölkə artıq vaxt epidemiyaya hazırlaşır və müdafiə tədbirləri görürmüş.
Əvvəlcə Sankt-Peterburqda martın 27-nə qədər qalmağı planlaşdırırdım, lakin məlum oldu ki, tezliklə Rusiya və Azərbaycanın sərhədləri bağlanacaq və hava əlaqəsi dayandırılacaq. Buna görə də Bakıya ən yaxın reysləri buraxmamaq üçün Azərbaycanın RF — dəki səfirliyi ilə əlaqə saxlayırdım », – deyə Yuri bildirir. Beləliklə, Yuri martın 20-də Moskvaya gəlmiş, oradan isə çarter reysi ilə Lənkərana uçmuşdur.
«Yeri gəlmişkən, səfirlikdə məni dərhal xəbərdar etdilər ki, uçuşa üç saat qalmış hava limanına gəlmək lazımdır. Amma bəxtim gətirdi, həmin gün heç bir ajiotaj yox idi, üstəlik, bizim təyyarəmiz, necə deyərlər,ağzınacan doly deyildi. Uçuşdan təxminən beş dəqiqə əvvəl bizə məlumat verdilər ki, Bakıya yox, Lənkərana uçacağıq. Oraya uçmaq istəməyən sərnişinlər biletləri geri ala bildilər. Azərbaycana gəlmək mənim üçün çox vacib idi, həm də Lənkərandan Bakıya maşınla cəmi üç saatlıq yoldur, ona görə də fikirləşmədən təyyarəyə tərəf getdim. Çatandan sonra bizi xüsusi geyimdə olan adamlar qarşıladılar ki,onlar sərnişinlərin istiliyini bir-bir ölçməyə başladılar. Təyyarədən çıxarkən pasportlar bizdən alındı, bizi avtobuslara oturdub karantinə aldılar», —deyə o nəql etdi
Bütün sərnişinləri beşulduzlu Springs Wellness otelində yerləşdirdilər.
«Etiraf edim ki, mən məyus oldum və hətta beşulduzlu oteldə belə iki həftə karantində olmaq istəmədim, amma başqa çarəm yox idi. Yeri gəlmişkən, karantindən imtina üçün cəza nəzərdə tutulmur. Güman edirəm ki, belə hallarda hüquq-mühafizə orqanları müvəqqəti təcriddən imtina edən insanı zorla cəmiyyətdən təcrid etməyə məcburdurlar.
Vəziyyətin inkişafını müşahidə edərək, ölənlərin və koronavirusa yoluxmuş şəxslərin dünya statistikasının sürətlə artdığını görəndə başa düşdüm ki, karantin kəskin zərurətdir və dövlət ilk növbədə öz əhalisini müdafiə etmək üçün vətəndaşları təcrid edir. Bundan əlavə, karantində olmaq mənim təsəvvür etdiyim qədər pis deyil. Bizə ən yaxşı beşulduzlu otellərdə olduğu kimi qulluq edirdilər. Rahat yaşamaq üçün hər şeyimiz var idi. Mehmanxana heyəti xahişlərimizə həvəslə reaksiya göstərirdi. Əsas problem yalnız ondan ibarət idi ki, biz otelin ərazisində gəzə bilmirdik və öz nömrəmizdən çıxmaq tövsiyə olunmurdu. Ona görə də, heç bu oteldə nə qədər çox adam olmasından məlumatım yox idi”, — deyə o bildirib.
Özünü məşğul etmək və “vaxtı öldürmək” üçün Yuri Facebookda “Apokalipsisin salnamələri” gündəliyini yazmağa başladı ki, burada o oteldəki yaşayış şərati və Azərbaycan karantinasının xüsusiyyətləri haqqında söz açırdı.
«Bizdə müəyyən rejim yox idi. Hərə öz vaxtını istədiyi kimi keçirirdi, əsas məsələ otaqdan çıxmamaqdı. Mehmanxananı heç kəsin tərk etməməsi üçün polis əməkdaşları sutkada 24 saat əpzində bizi qoruyurdular. Xoşbəxtlikdən mənim nömrəmin balkona çıxışı vardı və mən təmiz hava ilə nəfəs ala bilir, quşların nəğməsini dinləyirdim. Yeri gəlmişkən, qohumların karantində olan yaxınlarına nəsə ötürmə icazəsi verilir (bütün bağlama,ordaki əşyaların hamısı dezinfeksiya edilir), lakin rayonlar arasında hərəkət məhdudlaşdırıldığından az adam bundan istifadə edə bilər»,- deyə Yuri qeyd etdi.
«Karantinada gündə iki dəfə bədən temperaturunu yoxlamaq istisna olmaqla, elə bir tibbi müayinə aparılmır. Həmçinin iki həftə ərzində məndən iki dəfə — yerləşdirildiyim ilk gün və 10 gün sonra “mazok” deyilən analiz götürdülər Nəticələr göstərdi ki, məndə COVİD-19 yoxdur, ona görə də məni 14 günlüyə evə buraxdılar. Əgər bir adamın analizləri birmənalı deyilsə, yəni ilk “mazok”mənfi, ikincisi isə müsbətdirsə, o ya xəstəxanaya yerləşdirilir, ya da iki həftə karantin altında saxlanılır və həkimlərin təqdirinə görə əlavə testlər aparılır», — deyə müsahibimiz bildirdi.
Karantinada insanların özlərini rahat hiss etmələri üçün bütün lazımi şərait yaradılsa da, vəziyyət emosional duruma təsir edir.
«Sən demə, insan bekarçılıqdan daha tez yorulur. İki həftə dörd divar arasında oturub., yalnız TV və internetə aludə olmaq yorucudur və o qədər də asan deyil. Belə həyat tərzi insanı mənəvi cəhətdən üzür, Odur ki, təcrid müddətimin bitməsindən çox məmnun oldum. Yeri gəlmişkən, çıxarma günü – 3 aprel, mənə həqiqətən, 14 gün karantində olmağıma dair sənəd verildi . Bu arayışı işdə olmamağa görə əmək haqqını kəsməmək üçün işəgötürənə vermək olar» ,- deyə Yuri Çislov qeyd edib.
Bununla yanaşı, Azərbaycan hakimiyyəti aprelin 5-dən 20-dək ölkə küçələrində əhali üçün hərəkət şərtlərini sərtləşdirib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Əməliyyat qərargahının məlumatına görə, vətəndaşlar öz mənzillərini aşağıdakı səbəblərdən tərk edə bilərlər: təcili tibbi zəruriyyət və istənilən qrafik üzrə müalicə almaq; ərzaq məhsulları və digər zəruri mallar, həmçinin dərmanlar almaq, bank və poçt xidmətləri zəruriyyəti; yaxın qohumun dəfn mərasimində iştirakın vacibliyilə əlaqədar.
Vətəndaşlar icazə almaq üçün evdən çıxmazdan əvvəl çıxışın məqsədi və şəxsiyyət vəsiqəsini təsdiq edən məlumatları göstərməklə 8103 qısa nömrəsinə SMS göndərməlidirlər.
İradə İmanova