Azərbaycanda islamlaşma səviyyəsi nə qədər yüksəkdir və bu, cəmiyyəti narahat edən problemdirmi? Azərbaycanda şiə və sünnilərə bölünmə məsələsi nə dərəcədə aktualdır? Bunlar ölkə üçün heç də adi və boş mövzular deyil. Dalma News bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri professor Rafiq Əliyev və Azərbaycan rejissoru, filosof Teymur Daimi ilə söhbət edir.

İlk müsahibimiz Rafiq Əliyevdir:

— Azərbaycanda İslam durmadan inkişaf edir. Dindar insanlar getdikcə daha da çoxalır. Bir çox insanlar dindardırlar, amma dini imandan ayırmaq lazımdır. Diqqətə çarpan dərəcədə artan dindarlar Quranın bütün göstərişlərinə, bütün ayin və adətlərə riayət edirlər. Və onlar eyni zamanda daha az aqressiv olmuşlar. Onların sayı artmaqdadır, lakin gərginlik dərəcəsi əvvəlkindən daha aşağıdır. Mən hələ ki, belə dindar insanlardan təhlükə hiss etmirəm.Onlar dinc və anlayan olmuşlar. Ölkədə dini postulatları rəhbər tutan və cəmiyyəti daha çox islamlaşmaya çağıran təşkilatlar yoxdur. Hicabın, çarşabın istifadə və ya geyilmə problemləri artıq gündəmdə deyil. Plüralizm çoxalıb. Televiziyada moizə oxuyan şıə imamı, həmçinin fərqli mənada xütbə söyləyən digər imamlar da var. Ancaq heç bir mübahisə yoxdur.

Bəli, mənfur şəxsiyyətlər var ki, bəzən şiələr onların dediklərinə reaksiya verirlər. Lakin bütün bunlar münaqişə yox, müzakirə müstəvisindədir.

Əlbəttə, Azərbaycanda şiələrə və sünnilərə bölünmə məsələsi həmişə aktual olub, bu gün isə o, nə vaxtsa olduğundan daha aktualdır. Şiələr, əlbəttə ki, ölkə əhalisinin əksəriyyətini təşkil edir. Onların sıralarına daha çox insan axır. Bütün bunlarda əlbəttə ki, təhlükə də vardır. Amma mən əminəm ki, Azərbaycanda şiələr hakimiyyətə əl qaldırmazlar.

— Tez–tez deyirlər ki, Azərbaycan elə bir nadir ölkədir ki, oradaki məscidlərdə həm şiələr, həm də sünnilər birgə namaz qılıb dua edirlər. İslamın müxtəlif qollarının davamçıları arasında belə dərin qarşılıqlı anlaşma varmı?

— Hələ Sovet dövründə şiələrlə sünnilər eyni məscidlərdə birlikdə dua edirdilər. Vəhhabilərin sünnilərə təsiri sonra başladı, ənənəvi şiələr isə İrana daha yaxınlaşdılar.Qızğın mübahisələr indi də var. Amma bu, məscidlərə gedib çatmır. Onlar birlikdə dua edib namaz qılırlar. Bəli, ayrılıq var, amma bir-birinə düşmən münasibət yoxdur.

Və mən daxili ziddiyyətlərin bu passivliyindən məmnunam. Ancaq bundan sonra nə baş verə biləcəyini deyə bilmərəm. Ancaq Azərbaycanda islamlaşma, İslam inqilabı təhlükəsini görmürəm. İslam siyasi proseslərdə önəmli rol oynamır. Din hər bir insanın fərdi işidir.

Теymur Dаimi:

— Bəli, əslində islamlaşma gedir. Məsələn, beş il bundan əvvəl baş verənlərlə müqayisə etsək, dinamika göz qabağındadır. Biz dindar insanların sayının artdığını görürük. Bu xüsusilə başları örpəkli olan qadınlarda daha aydın görünür. Məndə statistik məlumat yoxdur, yəqin ki, kimsə izləyir. Lakin tendensiya göz qabağındadır.

Azərbaycan şiə əhalisi çox olan bir ölkədir. Tarixən belə olub. Bununla yanaşı, hazırda İslam dünyasında sələfilik və vəhhabilik hökm sürür. Təəssüf ki, bu cərəyanlar indi Azərbaycana olduqca aqressiv formada nüfuz edir. Sələfilik və vəhhabilik radikal cərəyanlardır. Əgər şiəliyin hər hansı bir istiqaməti seyrçilik və fəlsəfi tolerantlığı nəzərdə tutursa, sələfilik hücuma, fəal çağırışa və aqressiv yayılmağa meyllidir.

Yeri gəlmişkən, sələfiliyə görə şiələr, ümumiyyətlə, müsəlman deyillər. Və onlara tutalım amerikalılar və ya digər “qərblilər”dən daha artıq düşməndirlər. Sələfilərin nəzərincə, şiələr əsl İslamı təhrif etmişlər.

— Amma Azərbaycanda şiələr və sünnilər eyni məscidlərdə dua edib namaz qılırlar …

— Azərbaycan multi-dini dövlətdir, tarixən belə olubdur. Odur ki, şübhəsiz, tolerantlıq mövcuddur. Lakin sələfilik amili vardır. Vəhhabi və sələfilər isə “mötədil sünnilərdən” fərqli olaraq, heç vaxt şiələrlə birlikdə dua etməyəcəklər. Xoşbəxtlikdən, “mötədil sünnilər” daha çoxdur.

Amma təəssüf ki, radikal sünnilərin sayı, artır və onlar istənilən şiə təsirinin aradan qaldırılmasında israr edəcəklər. Və biz bunu müşahidə edirik. Bir daha deyirəm, Azərbaycanda sünnilərlə şiələr həmişə sülh şəraitində yaşamışlar. Teoloji (İlahiyyat) fikir ayrılıqları ola bilər ki,bunlar mübahisəyə gətirib çıxarar. Lakin indi radikal sünnilik öz siyasi vektorları ilə fəallaşmışdır. Bu, artıq cəmiyyət üçün arzuolunmaz yyönəmə gətirib çıxarır.

— Bir müddət əvvəl, İslam nəzəriyyələrindən biri, sələfilər və vəhhabilərin hamısının sünni olduğunu söyləmişdir. Amma heç də sünnilərin hamısı vəhhabilər və sələfilər deyil. Bu fikirlə razısınızmı?

Hə, əlbəttə razıyam. Sələfilik və vəhhabilik radikal bir budaq, sünniliyin radikal bir qanadıdır. Bu, sünni icmasının, ümmətin cüzi bir hissəsini təşkil edir. Amma bu insanlar çox fəaldırlar. Məsələn, Rusiya imperiyasında inqilabları xatırlayaq. Ölkə əhalisinin 90-95% – i bu inqilaba ehtiyac duymurdu, lakin bu, aktiv passionar azlıq sayəsində baş verdi. Odur ki, bu azlığın fəallığına və təcavüzkarlığına diqqət yetirmək lazımdır.

Ancaq buna baxmayaraq, islamlaşmadan xüsusi bir təhlükə görmürəm. Ən azı Bakıda İslam inqilabının əsas şərtləri yoxdur. Əhalimizin əksəriyyəti dünyəvi insanlardır. Beləliklə, “şəxsi iman” var. Bakıda islam inqilabını dəstəkləyəcək bir stratum (latınca – təbəqə) seqmenti görmürəm . Bizdə bu yoxdur. Azərbaycanda dünyəvilik həmişə üstün olub. Lakin buna baxmayaraq, mən islamlaşmada elə bir təhlükə görmürəm. Ən azı, Bakıda İslam inqilabına heç bir səbəb yoxdur. Hər halda, əhalimizin əksəriyyəti dünyəvi insanlardır. Onlar, belə deyək, “şəxsi imana”malikdirlər. Mən Bakıda İslam İnqilabını dəstəkləyəcək strat seqmentini (lat-dan. stratum — qat, lay, təbəqə.Sosial strukturun elementi) görmürəm. Bizdə bu yoxdur. Azərbaycanda dünyəvilik həmişə üstünlük təşkil etmişdir.

 

Мəmməd Мəmmədzadə