Azərbaycanda özəl xeyriyyəçilik fəaliyyəti yeni forma və tendensiyalar (meyllər) almışdır. Ehtiyac duyanlar üçün vəsaitlərin toplanmasının əsas platforması sosial şəbəkələr olur. «Güvən» Uşaq xeyriyyə cəmiyyətinin təsisçi-könüllüsü Nigar Bayramlı Dalma Newsə (Dalma xəbərlərinə) müsahibəsində İnternetin xeyriyyəçiliyi necə yeni səviyyəyə çıxarması, bu işlə məşğul olmağın niyə hələ də asan olmaması və kimin öz yardım əlini hamıdan daha tez uzatmasından söz açmışdır.
— Xeyriyyəçiliklə məşğul olmağa qərar verdiyiniz zaman başlanğıc nöqtəsi nə oldu?
— Mən hərbçi ailəsində böyümüşəm. Atamın tanımadığı insanlara necə kömək etdiyini, onları yedirib-içirmək, yuyundurub isitmək üçün evə gətirdiyini, anamın isə onları dadlı ev yeməklərinə qonaq etdiyini uşaqlıqdan xatırlayıram. Vaxtaşırı atamla qocalar evlərində tənha qocalara baş çəkirdik. Mənim babam da Gəncədə genişürəkliyi və xeyriyyəçilik fəaliyyəti ilə tanınmışdı. Mən, əlbəttə, hələ qohumlarımın səviyyəsindən uzağam, amma onlarla son dərəcə fəxr edirəm. 2007-ci ildə universitetə daxil oldum və iki il ötəndən sonra təsadüfən məni yeni həyata “itələyən” uşaqlarla tanış oldum. Onların sayəsində mən bir çox volontyorlarla (könüllülərlə) tanış olduğum xeyriyyə yarmarkalarına baş çəkdim. Aztəminatlı ailələrə birlikdə kömək etməyə başladıq. Yadımdadır, mən həmin dövrdə ipəkdə olduğu kimi, borc içində idim, çünki bütün pullarımı ehtiyacı olanlar üçün ərzaq və dərmanlara sərf edirdim. Mən pul qoparmaq üçün valideynlərimə yalan söyləməli olurdum. Demək olar ki, yalan yolu ilə özgə uşaqları bəsləyirdim. Yaxşı ki, mən vaxtında ayılıb anladım ki, belə hərəkət etmək çirkin və mənasızdır.
Belə ki, 2009-cu ildə Facebook platformasında çətin həyat şəraitində olan uşaqların həyat səviyyəsinin yüksəldilməsi məqsədilə «Güvən» cəmiyyətini yaratdım. Əsasən kənd yerlərindən əlilliyi olan uşaqlara kömək edirik. Əlbəttə, paytaxtda da yardımımıza ehtiyacı olan ailələr var, lakin onların seçimi var — onlar yardım üçün digər cəmiyyətlərə və Bakıda az olmayan xeyriyyə fondlarına müraciət edə bilərlər. Ölkənin uzaq bölgələrinin sakinləri isə demək olar ki, belə bir imkana malik deyillər.
— 10 il ərzində hansı işlər görülüb?
—Mənim, necə deyələr çılpaq ruh yüksəkliyilə sıfırdan başladığımı nəzərə alsaq, çox şeyə nail olmuşam. Ümumi səylərlə kimsə ayağa qalxa bildi, necə deyərlər, normal bir gələcəyə bilet verərək, kiməsə iş və ev məsələsində kömək etdik. Bu iki və ya beş nəfər deyil. Bizim köməyimizlə onlarla insan işlə təmin olunub, bir o qədər də müalicə alıb sağalmış uşaq məktəbə bərpa olunmuşdur. Mən könüllülərlə birlikdə ölkəmizin bütün kəndlərini və qəsəbələrini gəzmişəm. Bizim köməyimizlə tənha analara 30-dan çox ev tikilmiş, məktəblər, uşaq bağçaları və reabilitasiya mərkəzləri bərpa edilmişdir. Şeylərin toplanma və paylanma məntəqəsi fəaliyyətə başlanmışdır. Bu, bəzilərinin lazımsız şeyləri tərk edə biləcəyi, bir başqalarının isə həmin şeylərdən istifadə edə biləcəyi yerdir. Düzdür, indi məntəqə müvəqqəti bağlanıb. Lakin bütün bu müddət ərzində biz 1000-dən çox insanı başdan-ayağa geyindirə bilmişik.
Yeri gəlmişkən, biz insanlarla yalnız dərdi deyil, həmçinin xoşbəxtliyi də bölüşürük. Məsələn, 2017-ci ildə gözəl və təntənəli toy təşkil etmək imkanı olmayan yetim uşaqlara toy keçirməyə kömək etdik.
— Bəs sizin komandanız böyükdür?
— Mənim komandam yoxdur. “Güvən” könüllülər (volontyorlar) və xeyirxah insanlar üzərində dayanan bir cəmiyyətdir.
— İşinizdə ən çətini nədir?
— Qeybət … əsassız ittihamlar. Bir qayda olaraq, bu, kömək əlini uzatmayan, lakin kömək etməyə çalışanlara “gözlərini açmağı” öz borcu hesab edən insanların işidir. Onlar tez-tez təşkilat rəhbərlərinin nüfuzunu şübhə altına alır, onları maliyyə və ya hətta şeyləri qeyri məqsədlərə israf etməkdə günahlandırırlar. Amma fəalların və könüllülərin özləri tez-tez heç də yaxşı şəraitdə yaşamırlar, eyni zamanda öz həyatlarını xeyriyyəçiliyə həsr edirlər. Lakin bu barədə çox az adam düşünür.
Gizlətmirəm, bəziləri mənim də adımı, mənim işimi ləkələməyə cəhd göstərməklə, məni yalanda ittiham edib ləkələməyə çalışmışlar, amma hələ heç kim öz istədiyinə nail ola bilməmişdir. Çünki aldığım hər cındır parçası hesabatlarda qeyd olunub əksini tapır.
Ümumiyyətlə, bu problem bir çox ölkələrə tanışdır. Xeyriyyə fondları və icmalar həmişə tənqid olunur. Mən başa düşürəm ki, şər və pis dillər həmişə olub və olacaq, lakin onlara reaksiya verməmək alınmır. Axı, ehtimallar və çirkin ittihamlar çox vaxt vəsait toplanışını ləngidib geri salır. Belə insanlara görə ehtiyacı olan uşaqlar gec, həm də və yetərincə yardım almırlar. İstərdik ki, böyüklər öz hərəkətləri və sözlərinə hesabat versinlər.
Yeri gəlmişkən, mən maliyyə yığımının tərəfdarı deyiləm. Çox vaxt insanlardan istifadəsiz mebel, texnika, geyim, yemək, dərman, əlil arabası və s. gətirmələrini xahiş edirəm.
—Bu gün sosial şəbəkələr vəsait toplamaq üçün əsas platformaya dönüb. Demək olar ki, hər gün lentdə hər hansı bir istifadəçinin yardım çağırışı ilə müraciəti gedir. Belə çıxır ki, xeyriyyəçilik ölkədə yeni forma və meyillər alıb?
— Əlbəttə. Əgər 2000-ci illərin əvvəlində Azərbaycanda hansı xeyriyyə təşkilatlarının mövcud olması mövzusunda sosial sorğu keçirsəydilər, biz məyus edici nəticə əldə etmiş olardıq. Çünki o vaxt insanlar necə, nə ilə və kimə kömək etməyi bilmirdilər. Əlbəttə, bizdə ünvanlı yardım həmişə olub, amma kütləvi yığımlar inkişaf etməyib. Sosial şəbəkələrin populyarlığı ilə hər şey dəyişdi. Müvafiq olaraq filantropların sayı da artır. Əlbəttə ki, buna paralel olaraq İnternetdə başqasının dərd və kədərində pul qazanan fırıldaqçıların sayı artır. Xoşbəxtlikdən, vətəndaşlarımız bu məsələdə daha savadlı olmuşlar. Yardım çağırışına cavab verməzdən əvvəl bütün lazımi detalları aydınlaşdırırlar.
— Kömək əlini ən çox kim uzadır?
— Dediyim kimi, Azərbaycanda vəziyyət ildən-ilə yaxşılığa doğru dəyişir. Yalnız xəstə və evsiz insanlar üçün deyil, həm də heyvanlar üçün sığınacaqlara və ekoloji təşkilatlara da kömək edirlər. Əsasən orta sinfin nümayəndələri ianə verirlər. Amma hətta məktəblilər və pensiyaçılar da kənarda qalmırlar. Əlbəttə, imkanlı şəxslər arasında da səxavətli və imkansızların halına qalmağı bacaranlar da az deyil. Həmçinin şirkətlər də sosial xeyriyyə layihələrində iştirak etməyə başlayıblar.
Xeyriyyəçilik hələ də əsasən paytaxt hadisəsi olaraq qalsa da, onun fəaliyyətinin coğrafiyası ildən-ilə genişlənir.
Həmçinin, çox vaxt xaricdən də və əsas etibarilə soydaşlarımızdan da yardım gəlir. Yadımdadır, Qubadan olan bir oğlan uşağının bahalı müalicəyə ehtiyacı var idi. Soydaşımız Almaniyada müalicə xərclərini tamamilə öz üzərinə götürdü. Yeri gəlmişkən, Almaniyada yaşayan azərbaycanlılar hər gün hədiyyələr, oyuncaqlar, şirniyyat və digər yeməklərlə, həm də az əhəmiyyət kəsb etməyən yaxşı əhval-ruhiyyə ilə oğlanı yoluxmağa gəlirdilər. Belə səmimi mühitdə, özünün etiraf etdiyi kimi, oğlan xəstəliyini tamamilə unutmuşdu. Bundan başqa, oğlan Almaniyada olarkən onun atası ilə yaşadığı mənzil könüllülərlə birlikdə təmir edilib abadlaşdırılmışdı. O, evdən gedərkən hətta çarpayısı belə yox idi. Təsəvvür edirsinizmi, o, yeni şəraiti görəndə nə qədər xoşbəxt idi?! Məhz belə məqamların sayəsində mən bütün çətinliklərə baxmayaraq, öz işimi atmıram.
— Böhran şəraitində xeyriyyəçilik fəaliyyəti nə qədər dəyişir?
— Əlbəttə, cəmiyyətdə əhval-ruhiyyənin böyük əhəmiyyəti var. Ölkədə vəziyyət nə qədər pis olsa, yaxşılığı bir o qədər az paylaşmaq istəyirsən. Lakin bu yaxınlarda dünya böhranı bunun əksini göstərdi — hətta iqtisadi durğunluq və böyük maliyyə itkiləri şəraitində belə, Azərbaycan xalqı yaxşılıq etməkdə davam etdi. Ona görə də deyə bilərəm ki, biz böhranın əlamətlərini görməmişik.
—Planlarınızı paylaşa bilərsinizmi?
— Onlar olduqca çoxdur. Mən indi bir müddət işdən uzaqlaşmışam ki, tezliklə yeni qüvvə və layihələrlə qayıdım. Məsələn, planlarımda Tərtər şəhərində dağılmış vəziyyətdə olan məktəbi bərpa etmək durur. Dövlət səviyyəsində dəstək və könüllülük əsasında uşaqlara dil öyrədilməsində, rəsmdə və s.kömək edəcək könüllülərin dəstəyi lazımdır. Kəndlərdə uşaqların heç bir əyləncəsi yoxdur, yalnız televizor və dörd divar var. Şəhər uşaqları üçün mövcud olan bir çox şey kənddə yoxdur. Belə olmamalıdır. Ona görə də qarşımızda bir sıra vəzifə və məqsədlər vardır ki, onları xalqımızla birlikdə həll edəcəyik. Mən xəyal edir və inanıram ki, o gün gələcək, uzaq kəndlərdən olan uşaqlar da böyük şəhərlərdən olan uşaqların malik olduqları bütün hər şeyə nail olacaqlar.
Leyla Əlizadə