Azərbaycanda inşaatçılar nə üçün xarici mütəxəssislərlə işləməyə üstünlük verirlər? Bakıda memarlıq şedevrləri və eybəcər layihələri kim yaradır? Yerli mütəxəssislər XIX əsrin memarlığını niyə kopyalayırlar? Dalma Newsə müsahibəsində bu və digər sualları Memarlıq və şəhərsalma sahəsində tanınmış mütəxəssis, sənətşünaslıq doktoru, professor Elçin Əliyev cavablandırmışdır.

Elçin Əliyev 30 ildir ki, memarlıqla məşğul olur. Xüsusilə, onun layihəsinə əsasən, Azərbaycan paytaxtında Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi, bərpa olunmuş, Bakı şəhərində Müqəddəs və bakirə Məryəm Katolik kilsəsi, Abşeron yarımadasındaki Zirə kəndində məscid tikilmişdir və s. O, dünyanın üç aparıcı dini — pravoslav, katolik və müsəlman dinləri üçün ibadətgahları layihələşdirən və inşa edən nadir memarlardan biridir.

– Müasir Bakının memarlığı Sizə necə təsir bağışlayır?

— Bakı memarlığın bütün dövrlərində öz gözəlliyi ilə məşhur olub. Şəhərin küçələrində gəzişərkən Azərbaycan paytaxtının sakinləri və qonaqları bir memarlıq dövründən digərinə keçirlər ki, bu da istənilən qədim tarixi şəhər üçün səciyyəvidir. Bizim ən əsas memarlıq abidəmiz eramızdan əvvəl II əsrdə tikilmiş Qız Qalasıdır. Lakin bu abidə ilə yanaşı, Bakının yerləşdiyi Abşeron yarımadasında orta əsrlərə aid bir çox digər memarlıq abidələri — qalalar, qəsrlər də var.

Müqəddəs Jen-Mironosits pravoslav məbədi

Tarixə nəzər salsaq, XIX əsrin sonu – XX əsrin əvvəllərində «Art Nouveau» dövründə şəhərdə Avropa və Azərbaycan memarlığının bir çox tanınmış ustaları fəaliyyət göstərirdilər. Məhz onların layihələri sayəsində Bakının mərkəzi tarixi hissəsi bizi öz memarlıq gözəlliyi ilə valeh edir. Memar-mütəxəssislər Azərbaycanın paytaxtını 1920-1930-cu illərin konstruktivizm dövrünün arxitekturası üzrə çox yaxşı tanıyırlar. Ümumiyyətlə, bu illərin əsərləri, zənnimcə, şəhərin vizit kartıdır. Lakin xoşbəxtlikdən, son illərdə rus memarı Aleksey Şusevin layihəsi əsasında inşa edilmiş «Köhnə İnturist» mehmanxanası bərpa edilmiş, memarlar Konstantin SençixinMoisey Qusmanın «Dinamo» cəmiyyəti binası çox gözəl şəkildə yenidən qurulmuşdur.

Şəhərimiz 1940-1950-ci illərin «Stalin» dövrü arxitekturası ilə də fəxr edir. Yeri gəlmişkən, mən son illər Azərbaycanda bu çox maraqlı memarlıq dövrünə həsr olunmuş nəşr üzərində çalışıram.

Zirə kənd məscidi

Azərbaycan memarları 1970-1980 – ci illərin sosializmi dövründə də ciddi məhdudiyyətlər çərçivəsində Sovet modernizminin möhtəşəm əsərlərini qurub yaradırdılar. Paytaxtın müasir memarlığına gəlincə, biz 1990-2010-cu illərdə müstəqilliyin bərpasından sonraki dövrün yaradıcılığı ilə fəxr edib qürur hissi duyuruq.

Bakıda xüsusilə, Heydər Əliyev Mərkəzinin layihəsilə dünya memarlığının Zaha Hadid kimi görkəmli ustalarının, «HOK International» memarlıq bürosunun həmkarlarım olan əməkdaşlarının Alov Qüllələri, Heerim Architects ilə SOCAR qülləsi və AzərSu layihəsilə Chapman Taylor «Port Baku» kompleksilə, Franz YansWalter Mari Xalça Muzeyi layihəsi, «Koop Himmelbay» layihə bürosundan memar Wolf Prix Konqres Mərkəzinin Ağ Şəhər layihəsi ilə Arkins International «Beynəlxalq hava limanının yeni binası» və s. şah əsərləri yaranmışdır.

— Azərbaycan memarı tərəfindən həyata keçirilən müasir layihələrdən ən çox bəyəndiyiniz nədir?

—Mənim fikrimcə, görkəmli həmkarım Nəriman İmaməliyevin layihəsi əsasında tikilən «City Point» biznes mərkəzinin parlaq binası xüsusilə seçilir. Ancaq Azərbaycanda istedadlı mütəxəssislər çoxdur. Məsələn, mən İlqar Bəylərov, Nazim Vəliyev, Sənan Salamzadə, Kamal Musaxanov Cahangir Axundovun, memar Əbdül Hüseynovun, Nazim Fərəczadənin, Aleksandr Qarber, Rəhim Seyfullayev yaradıcılıq tandeminin və keyfiyyətli müasir Azərbaycan memarlığını yaradan digər dostlarımın pərəstişkarıyam.

— Bəs uğursuz layihələr haqqında nə deyərdiniz

— Təəssüf ki, belə obyektlər çoxdur. Mütəxəssis-memar XXI əsrin əvvəllərində bilərəkdən XIX əsrin memarlığını köçürürsə,mən bunu anlaya bilmirəm. Bu, düzgün deyil. Təsəvvür edirsinizmi, 2019-cu ildə məşhur avtosalona daxil olur və 1913-cü ilin avtomobil modelini almaq istəyirsiniz.

Sizə təəccüblə baxır və cavab verirlər ki, «Əzizim, artıq XXI əsrdir, yeni texnologiyalar, yeni materiallar, dizaynda yeni tendensiyalar dövrüdür. Bizim dövrdə yüz il əvvəlin istehsalı olan avtomobil almaq sadəcə olaraq gülünc və səriştəsizlikdir!». Memarlıqda da belədir. XXI əsrin əvvəllərində XIX əsrin memarlığının miskin və qeyri-peşəkar oxşarlığını yaratmaq gülüncdən də gülüncdür. Amma çox təəssüf ki, əksər sifarişçilər belə hesab etmirlər, halbuki şəhərimizin memarlığını məhz onlar formalaşdırır. Belə bir ifadə var ki, «memar – öz sifarişçilərinin həyatının rejissorudur». Bu gün sifarişçilərin əksəriyyəti XIX əsrin interyerlərində yaşayır ki, bu, ölkənin inkişafı üçün əsl psixoloji əyləcdir.

— Sizcə, uğurlu memarlıq layihəsinin təməlində nə dayanır?

— Memarın peşəkarlığı, dürüstlüyü və vicdanlılığı. Məsələ ondadır ki, təcrübəli memarlar peşəkar psixoloq və yaxşı danışıq aparanlardır. Və, açıq etiraf edirəm, əgər istəsək, sifarişçini nəyə desən, bizim təklif etdiyimiz hər hansı qərara inandıra bilərik. Xüsusilə, bizə etibar edəndə, bu isə həmişə olur, çünki bizə kimsə «küçədən» nadir hallarda müraciət edir, hər şey proteksiya—tanışlıq, dostbazlıq və himayəçiliklədir. Hər bir mütəxəssis özü üçün layihənin üzərində işə nə dərəcədə dərinləşəcəyini, öz sifarişini nə qədər vicdanla yerinə yetirəcəyini özü müəyyənləşdirir. Əsl peşəkar qonorarın həcmi və ya digər amillərdən asılı olmayaraq, öz işinə məsuliyyətlə yanaşacaqdır. Bununla yanaşı, həmçinin öz peşənizi sevməlisiniz, bütün vaxtınızı, enerjinizi, zehni və fiziki güvvənizi ona həsr etməlisiniz.

Elçin Əliyev

— Müasir memarlıq obyektləri bu gün ən müxtəlif istiqamətlərin və üslubların vəhdətini təmsil edən əsl incəsənət əsərləridir. Necə düşünürsünüz, azərbaycanlı memarlar dəbdə olan meyillərə riayət edə bilirlərmi?

— Əsl uğurlu layihələr memarlıqda dəyişkən moda, ani tendensiyalar üzərində dayanır. Azərbaycanda artıq Avropa universitetlərində təhsil almış və müasir dəbli arxitektura layihələşdirən gənc memarlar nəsli yetişmişdir. Lakin hələlik, kağız layihələrdən o yana geçmək mümkün olmur. Hər şey texnologiya və tikintinin dəyərindən, lakin daha çox müştərinin şüurluluğundan asılıdır. Belə bir məsəl var: «Memarı sifarişçi memar edir»,yəni sifarişçi necədirsə, arxitektura da elə onun kimidir. Sifarişçilərimiz isə çox mühafizəkar insanlardır.

— Bəs Azərbaycan sahibkarları kimlərlə əməkdaşlıq etməyə üstünlük verirlər — yerli və ya xarici mütəxəssislərlə?

— İstənilən sahibkara peşəkarlarla ünsiyyət qurmaq daha rahatdır. Azərbaycan memarlarının xidmətlərinin xarici memarlardan xeyli ucuz olmasına baxmayaraq, sahibkarlar xarici memarlara üstünlük verirlər. Və mən onların nə üçün belə seçim etmələrini başa düşürəm. Yaxşı memarlıq ideyasını düşünmək azdır—onu peşəkarcasına cızmaq, elə formalaşdırmaq lazımdır ki, sifarişçi çoxsaylı çertyojlar əsasında layihəni müstəqil şəkildə həyata keçirə bilsin. Mənim yerli həmkarlarımın işində məhz bu mərhələ ən zəifidir.

Xarici memarların layihələri yüzlərlə səhifədən ibarət bütöv albomlardır ki, burada hətta kiçik detallara belə onlarla çertyoj həsr olunmuşdur. Həqiqətən, «rəsm çəkmək – peşə, onları satmaq isə incəsənətdir». Və neçə ki, biz öz işimizi satmağı öyrənməmişik – belə vəziyyət dəyişməyəcəkdir.

Əlbəttə, bunun nə üçün baş verməsinin digər amilləri də var. Məsələn, Azərbaycan memarlarının texniki təchizatı da çox geridə qalır, lazımi baha lisenziyalı proqram təminatı yoxdur. Bu işdə və bir çox digər peşəkar məsələlərdə Azərbaycan Memarlar İttifaqı bizə kömək etməli idi, amma bu, baş vermir.

—Bu gün Bakı üçün ən mühüm layihələrdən hansılarının icra edildiyi Sizə məlumdurmu?

— Son illər ölkəmizdə baş verən ən mühüm hadisə Bakıda şəhərsalma və memarlığın idarə edilməsi prinsiplərindəki inqilabi dəyişikliklərdir. Ölkəmizin bütün tarixi ərzndə ilk dəfə olaraq bütün hakimiyyət və məsuliyyət tamlığı bir əldə – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əlində cəmlənmişdir. İndi hara müraciət etmək və kimdən tələb etmək artıq aydındır.

Ölkəmizin tarixində ilk dəfə olaraq bütün hakimiyyət və məsuliyyət tamlığı bir əldə – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əlində cəmlənmişdir. İndi hara müraciət etmək və kimdən tələb etmək aydındır . Ölkədə vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişib: kimin harda və necə gəldi istədiyi tərzdə bina ucalda bildiyi memarlıq vakxanaliyasına son qoyulub.

— Tikinti sahəsi Azərbaycan iqtisadiyyatının lokomotivlərindən biridir. Təhvil verilən mənzillərin həcmi hər il artır. Mütəxəssislər artıq mövcud olan tikiliyə yeni binalar və tikililər əlavə edə bilirlərmi?

— Azərbaycanın sürətli iqtisadi inkişafı qanunauyğun olaraq Bakıda on il bundan əvvəl başlanmış tikinti bumuna gətirib çıxardı. Lakin ölkə buna qanunvericiliklə hazır deyildi və çox təəssüf ki, simasız çoxmərtəbəli binalar şəhərin tarixi mərkəzində memarlıq abidələrinin lap böyründə meydana çıxdı. «Gözlər üçün saqqız» — XX əsrin böyük memarı Frank Lloyd Rayt bu cür layihələri belə adlandırırdı. Mən müasir memarlığa qarşı deyiləm. Onun gəlişini dayandırmaq qeyri-mümkündür və bu, kimsənin arzusundan asılı deyil. Mən şəhərin mərkəzində hətta yeni tikintinin də əleyhinə deyiləm. Məsələ lap şəhərin mərkəzi tarixi hissələrində tikilmiş yeni arxitekturadır. Bu layihələrin əksəriyyəti heç bir memarlıq tənqidinə tab gətirmir. Ancaq mən həyatda nikbinəm, ona görə də əminəm ki, mənim doğma Bakım bu dövrü də yaşayacaqdır. Axı, Yer üzündə ən qədim şəhərlərdən biri mövcud olduğu bir neçə min il ərzində çox şey görmüşdür.

— Cənubi Qafqaz ölkələrinin memarları arasında əməkdaşlığa necə yanaşırsınız?

— Azərbaycan və Gürcüstan memarları çoxdan əməkdaşlıq edirlər. Hətta bir neçə il bundan əvvəl bizdə «Cənubi Qafqazın müasir memarları» birgə kitabıni nəşr etmək ideyası yarandı və biz onu reallaşdıra bildik. Qeyd edim ki, Azərbaycan və Gürcüstan memarları bu cür ümumi nəşrə doğru uzun müddət və tədricən gediblər. Hələ XX əsrin əvvəllərində ölkələrimizin müstəqilliyi dövründə memarların baş nəsli tərəfindən əsrlərdən bəri əsası qoyulmuş qarşılıqlı dostluq Sovet İttifaqının tərkibində zorla mövcud olduğumuz dövrdə də davam etdirilmiş, uzun illər boyu əməkdaşlıq, müxtəlif tədbirlərdə və müsabiqələrdə birgə iştirak, daimi qarşılıqlı səfərlər, möhkəm dostluq, ümumi maraqlar, hətta Azərbaycan və Gürcüstan xalqlarının ümumi taleləri biz memarları iki xalqın tarixində ilk və nadir olan belə bir birgə nəşrə doğru aparmış və buna sövq etmişdir. Qeyd edim ki, bu, ümumiyyətlə, dünyada iki ölkə memarlarının ilk birgə nəşridir.

Məlum faciəli səbəblər üzündən nəşrdə Ermənistandan olan memarlar iştirak etmədilər, odur ki, nəşr tam alınmadı. Ümidvaram ki, münaqişənin başa çatacağı dövr mütləq gələcək və biz kitabı bir daha yenidən nəşr edəcəyik, axı üç kiçik Cənubi Qafqaz xalqı sülh və həmrəylik şəraitində yaşamalıdır və yaşayacaqdır.

 

Leyla Əlizadə