Azərbaycan meşələrındə meyvə, qoz-fındıq, hətta yarpaq yığmağa qadağa qoyulması barədə xəbər Sosial şəbəkələrin Azərbaycan seqmentini sarsıtdı. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər kabineti meşə təsərrüfatına ziyan yetrməklə bağlı qaydaları təzələyərək, onları pozanlara qarşı inzibati sanksiyalar qəbul etmişdir.
Sputnik Azərbaycanın xəbər verdiyi kimi, bu tələb xüsusi mühafizə olunan ərazilərə (bu isə faktiki olaraq ölkənin bütün meşələridir – Dalma News) şamil edilir. Belə ki, məsələn, meşədə toplanmış yabanı alma, zoğal, аlça və ya armudun hər kiloqramı üçün bir manat (təxminən 50 avrosent) məbləğində cərimə ödəmək lazım gəlir.
İndi meşədə toplanmasına qadağa qoyulan məhsullar siyahısına itburnu, bütün dərman bitkiləri, çaytikanı, şabalıd, fıstıq toxumu daxildir. Bundan başqa, qanun tökülən quru yarpaqları, meşə torpağı, hər cür qamış, o cümlədən bataqlıq qamışını toplamağı qadağan edir.
Bu qaydaların pozulmasına görə, meşə meyvələri, giləmeyvə və qoz-fındıq növlərinin müxtəlifliyindən asılı olaraq bir manatdan üç manatadək miqdarda cərimə nəzərdə tutulur.
Arzu adlı bir Facebook istifadəçisinin öz səhifəsində yazdığı kimi, «Bu dəlixanada nələr baş verir?». Natella isə elə o tərzdə: «Kəmağıllar dəlixanadada qanunlar yazırlar…» – deyir.
Hiddətin səbəbini anlamaq olar – kənd yerlərində bir çox azərbaycanlı üçün meyvə və giləmeyvə toplayıb satmaq, az qala yeganə qazanc yoludur. Eyni zamanda, ekosistemin mühafizəsi baxımıdan belə qadağanın tərəfdarları da var.
«Azərbaycanın Yaşıllar hərəkatı»nın sədri Fəridə Hüseynova Dalma Newsə müsahibəsində bildirib ki, son illər bir çox təbiət qoruğu milli park statusu almışdır. «Azərbaycan azmeşəli ölkədir, odur ki, Nazirlər Kabinetinin bütün ehtimallara görə, Ətraf mühitin mühafizəsi nazirliyinin təklifinə əsasən qəbul olunmuş qərarı yalnüz təqdirəlayiq görülüb alqışlana bilər», – deyə o vurğulayıb.
«Bizim meşələrdə kommersiya məqsədilə müxtəlif meyvə və qoz-fındıq yığılır. Nəticədə qida zənciri pozulur, belə ki, bu meşələrin sakinləri olan heyvanlar üçün sadəcə olaraq yeməyə elə bir şey qalmır. Buna görə də onların sayı azalır ki, bu da təbiidir. Və heyvanlar insanların yaşayış məskənlərinə çıxmağa və özlərinə orada qida axtarmağa məcbur olurlar. Odur ki, mən bu əsaslandırılmış və düzgün qərarı tam surətdə dəstəkləyirəm», — deyə Hüseynova bildirdi.
Ekspertin sözlərincə, əvvəllər insanlar «meşə məhsulları» — eyni qoz-fındıq, meyvə və giləmeyvələri kvota üzrə yığırdılar, lakin bu kvotalara riayət edilməsini yoxlamaq çox çətin idi. «Faktiki olaraq rayonların əhalisi meşələri tamamilə soyub-təmizlədiyindən heyvanlar üçün heç bir şey qalmırdı. Hətta tökülən yarpaqlar – bu, həşəratın qida zənciri, yaşayış vasitəsi və mühitidir,—deyə o əlavə etmişdir.
Hüseynovanın fikrincə , bu qərar çoxdan qəbul olunub həyata keçirilməli idi. «Sadəcə, vaxt var idi ki, kənd regionlarının əhalisi üçün meşələrdə meyvə, ot və giləmeyvə toplamaq yeganə qazanc yolu idi. Amma indi bu belə deyil», — deyə o vurğulayır.
Müsahibimizin qeyd etdiyi kimi, bu cür qadağalar dünyanın bir çox ölkələrində var və onlar milli parklar ilə bağlıdır. «Azərbaycan, artıq yuxarıda xatırlatdığım kimi, azmeşəli ölkədir. Və bütün meşələr dövlət mühafizəsi altındadır»,— deyə ekspert əlavə etmişdir.
O ki qaldı, toplanan alma, аiça, zoğal və sairənin hər kiloqramı üçün bir manat həcmində cəriməyə, Fəridə Hüseynova belə hesab edir ki, bu, çox böyük məbləğ deyildir. «Lakin kənd əhalisi meşə ehtiyatlarını insan əli ilə yetişdirilən məhsuldan daha ucuz satır. Belə bi cərimə nəticəsində isə, diler və alverçilər bahalaşmış mala baş qoşmağa dəyib-dəyməməyi bir daha götür-qoy edəcəklər. Lakin, mən düşünürəm ki, meşə töhfələrindən vəhşicəsinə istifadəyə son qoymaq üçün gələcəkdə cərimələri iki, bəlkə də üç dəfə artırmağa dəyər.Və Nazirlər Kabineti bu qərara gələcək», – deyə o sözünə yekun vurdu.
Hər hansı bir бакılı, özü də şəhərin daha sıx yaşayış məntəqələrində yaşayanlara, xüsusilə, Azərbaycanın regionlarından meyvə və giləmeyvə dolu köhnə sovet avtomobillərilə həyətbəhəyət dolanan alverçilər yaxşı tanışdır. Onların öz məhsullarına qoyduqları qiymətlər mağazalardan, hətta kənd təsərrüfatı bazarlarından daha aşağıdır.
Meyvə və giləmeyvəni Bakıya rayonlardan gətirirən Anar Əliyev, yeni qaydalar və cərimələr haqqında Dalma Newsin müxbirindən öyrəndi . «Mövsümdən asılı olaraq, mən Bakıya alma və moruq gətirirəm. Yolda muzd ödəyirəm, odur ki, məhsul əlbəttə, bahalaşır. Bununla belə, mən mağazalardan daha ucuz satmış oluram. Əgər indi kimsə hesab edirsə ki, bizim üçün meyvə və giləmeyvə toplayıb satmaq mövcud olub yaşamaq vasitəsi deyil, bu adam səhv etmiş olur», — deyə o qeyd edib.
Onun sözlərincə, axı, ucuz qiymətlə almaq insanlara da sərfəlidir. «Məgər Azərbaycanda qışda yalnız supermarketlərdə 1 kq alçanı 350 manata (175 avro!- red) alan zəngin insanlar yaşayırmı? Ötən il isə qiymətlər daha yüksək olub, bir kiloqram alçanın qiyməti 700-800 manat səviyyəsinə çatmışdı. Kimsə bu qiymətə də alır, amma belələri tək-təkdir. Bu cür qanunları təqdim etməzdən əvvəl onlar sadə insanlardan soruşaydılar, pis olmazdı»,- deyə o bildirmişdir.
P.S. Material dərcə hazırlanarkən məlum oldu ki, prezident İlham Əliyev ictimai əks-səda və yerlərdən çoxsaylı müraciətləri nəzərə alaraq, Nazirlər kabinetinin «Meşə təssərrüfatına vurulan zərərə görə məsuliyyətə cəlbolunma haqqında qaydalara dair» 27 dekabr 1993-cü il tarixli qərarına düzəlişlərin ləğvi barədə göstəriş vermişdir.
Мəmməd Мəmmədzadə