Getdikcə daha çox kino xadimlərinin sərbəst qazanc («вольные хлеба») arxasınca getdiklərini və seriallar çəkməyə başladıqlarını nəzərə alaraq, Azərbaycan kinematoqrafiyasının böhran yaşadığını düşünmək olarmı? Ümumiyyətlə, bu sahədə nə baş verir?
Dalma News bu barədə azərbaycanlı rəssam, kinorejissor və filosof Тeymur Daimi ilə müsahibə aparmışdır. Hazırda müsahibimiz Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində Azərbaycan dövlət rəssamlıq kollecində dərs deyir.
Son illər ərzində Azərbaycan kinosunda maraqlı nə baş vermişdir?
Mənə belə sualı kifayət qədər tez-tez verirlər. Və bir halda ki sual var, deməli, problemlərin də olduğu hiss edilir. Açığını deyim: Azərbaycanda son iki il ərzində, həm də elə bir çox illər boyu kino sahəsindəki vəziyyət heç də birmənalı olmayıb.
Bir tərəfdən, Azərbaycan prezidenti İlham Əliyevin ölkədə kinematoqrafiyanın inkişafına yönəldilmiş fərmanı var. Amma məmurlar, necə deyərlər, onu hər cür çək-çevir edərək, sözdən işə keçməmişlər. Bununla belə, bir neçə il əvvəl bizim kino dirçəlməyə başladı, yaxşı filmlər yarandı, sonra isə bütün hər şey yenidən ləngiyib geriləməyə başladı.
Son iki il ərzində Azərbaycanda kino sahəsində yalnız və yalnız müstəqil sektorun uğurlarından danışmaq olar. Söz öz pulu və ya qrantlar hesabına film çəkən rejissorlardan gedir. Bunlar dövlət dəstəyindən asılı olmadan öz məhsullarını müstəqil realizə edənlərdir. Mən bu rejissorların adlarını da çəkə bilərəm. Bu, Teymur Hacıyev və Elvin Adıgözəldir. Onlar tamamilə müstəqildir, layihə üçün özləri resurslar tapıb, onu irəli sürür, xarici kinopodüsser mərkəzləri ilə əməkdaşlıq edirlər.
Ancaq, yəqin ki, sizin yaradıcılığından da bir şey söyləməyə dəyər…
Əlbəttə, mən də öz «cəbhə» sahəmdəyəm. Müstəqil film yaratmağa çalışıram. Belə ki, iki-üç nəfər, bir də kinotənqidçi Ülvi Mehdi var ki, onlar Azərbaycan kinosunun dirçəlişi üçün nəsə etməyə çalışırlar.
O ki qaldı, dövlət sektoruna, mənim bildiyimə görə, son bir il ərzində tammetrajlı filmlərin subsidləşdirilməsi olmamışdır. Bəli, hansısa sənədli filmlər çəkilirdi, lakin tammetrajlı lentlər kənarda qalırdı.
Ümumiyyətlə isə, «dövlət sektoru» çərçivəsində çəkilən filmlər təəssüf ki, gözlənilən nəticəni gətirmir.
Səhv etmirəmsə, dövlət bir neçə il əvvəl yerli televiziya kanallarına Azərbaycan seriallarının istehsalı üçün ciddi vəsait ayırmışdı…
Bu, mənim üçün bir neçə muxtar mövzudur. Mən смешиваю телесериалы və kino, baxmayaraq ki, onlar aid аудиовизуальной məhsulları. Ancaq bununla belə, mənim baxımından fərqli şeylərdir.
Bu mənim üçün, necə deyərlər, bir qədər fərdi, əlahiddə, və ya muxtar mövzudur. Mən audiovizual istehsalla əlaqəli olmasına baxmayaraq, televiziya serialları və kinoları qarışdırmıram. Zənnimcə, bunlar fərqli şeylərdir.
Bəli, teleseriallar sektoru inkişaf edir. Və bir çox Aərbaycan kinorejissorları məhz teleseriallarla işləmək qərarına gələrək, artıq öz amplualarını dəyişmişlər. Və onların keyfiyyəti tədricən yaxşılaşır. Hər halda, bəzi kinotənqidçilər belə deyirlər.
Lütf göstərin, bu məndə şübhə yaradır. Məncə, Azərbaycan seriallarının keyfiyyəti Qərb, Rusiya, Türkiyə analoqlarından ciddi surətdə aşağıdır.
Əlbəttə ki, hər şey müqayisədə məlum olur. Azərbaycan serialları Qərb, Rusiya və ya Türkiyə keyfiyyətlərindən bir qədər uzaqdır. Amma bununla belə, tərəqqi görünür. Xüsusilə, nəzərə alsaq ki, ölkədə teleserial biznesi yalnız ilk addımlarını atır.
Кinorejissorlar əvvəllər bununla məşğul olmamışlarsa, teleseriallar çəkmək çətin olur. Burada başqa bir xüsusiyyət və spesika hökm sürür, seriallara alışmaq, püxtələşmək, öz ustalığını ilbəil təkmilləşdirmək lazımdır. Ancaq get-gedə hər şey düzəlib yoluna düşəcək.
Ümumiyyətlə, bütün dünyada teleserialların populyarlığının artım tendensiyası müşahidə olunur. Bir çox tanınmış Amerika rejissorları kino biznesindən telebiznesə keçmişlər.
«Xalis şəkildə» Аzərbaycan kinosuna gəlincə, burada heç də hər şey birmənalı deyil. Amma mənə elə gəlir ki, hər halda, gələcək müstəqil sektorundur.
Bəs əgər Azərbaycanda və qonşu ölkələrdəkı vəziyyəti müqayisə etməli olsaq: sizcə, kino və elə teleseriallarda da vəziyyət harada daha yaxşıdır? Və niyə?
Cavab dərhal özünü göstərir. Ən yaxşı vəziyyət Gürcüstandadır.
Nə üçün Gürcüstan?
Çünki hələ Sovet dövründə digər müttəfiq respublikalardan fərqli olaraq Gürcüstanın öz kino məktəbi var idi. Gürcüstan kinosu həmişə spesifik – , konkret və maraqlı olmuşdur. Gürcülərə bu özəyi itirməmək müəssər oldu. Və onlar müstəqil kinoya stavka etdilər ki, bu da bir daha onların inkişafına kömək edir.
Burada xalqların psixologiyası ilə bağlı hansısa nüanslar varmı …
Əlbəttə ki, var. Əgər fərdi fərqlər təhlil edilərsə, tutalım deyək ki, Azərbaycan filmləri gürcü rejissorlarının filmlərindən hətta daha maraqlı və güclü ola bilər. Amma ümumiyyətlə, Azərbaycan tamaşaçısı, belə deyək ki, incəsənətə daha az yönümlüdür. Bu, nə pis, nə də yaxşıdır, bu, sadəcə konstatasiya – təsdiq və etiraf etmədir.
Məsələn, götürək hər hansı bir sərgini. Bakıda onun ikinci və ya üçüncü günü ora baş çəkənlər nəzərəçarpacaq dərəcədə azalacaq. Tbilisidə isə, hətta sərgininin beşinci günü belə, anşlaq olacaq. Bizdə – incəsənət «istehlakçısı», Gürcüstanda isə – «tamaşaçı, oxucu, dinləyici». Və fərq də elə bundadır.
Siz deyə bilərsinizmi, Azərbaycan kinematoqrafiyasının zirvəsi , ciddi yüksəkliyə nail ola bilməsi nə zaman baş vermişdir?
Mənə elə gəlir ki, Azərbaycan kinosunun, musiqi və incəsənətin tərəqqisi SSRİ-də ötən əsrin 60-70-ci illərinə təsadüf edir. O vaxt rejissorlar, mədəniyyət xadimlərinin bütöv bir nəsli formalaşmışdı. Ötən əsrin 90-cı illərində bizdə ayırıb qeyd etməli film azdı və onlardan biri — Ayaz Salayevin «Yarasa» filmi idi.
Ancaq hər halda indi Azərbaycan kinematoqrafiyasına çatışmayan nədir? Pulmu, istedadmı?
Infrastruktur, lazımi kino mühiti.
Siz nəyi nəzərdə tutursunuz?
Mən indi izah edərəm. Hər hansı istedadlı şəxs müəyyən bir kontekstdə inkişaf edə bilər. Məsələn, götürək İntibah dövrünü. Bizlərdən hər birimiz düşünmədən həmin dövrün yalnız bir neçə böyük rəssamlarının adlarını çəkə bilər: Leonardo da Vinci, Mikelancelo, Rafael, Bottiçelli... Amma unuduruq ki, o vaxt «ortabab» rəssamlar çox olmuşdur ki, dahilərin meydana gəldikləri mühiti məhz elə onlar yaratmışlar.
Yəni, belə çıxır ki, Azərbaycanda hələ say keyfiyyətə keçməmişdir?
Əgər geniş ümumiləşdirmələrə çıxsaq, bəli, siz haqlısınız.
Gəlin, yekunlara nəzər salaq: İstedadlar kinodan seriallara gedirlər. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, bu sahədə heç olmasa, pul vardır.
Tamamilə doğrudur. İndi seriallara daha çox tələbat var. Və bu, ümumi beynəlxalq tendensiyadır ki, mən bu haqda artıq demişəm. Həm də elə kinematoqraf özü də mutasiya edir. Ötən əsrin 60-70-ci illəri artıq yoxdur və olmayacaq. Tarkovski, Bergman və başqaları kimi rejissorlar yoxdur. Onlar getmiş və sanki bütün hər şey parçalanıb cüziləşmişdir. Amma əslində bu belə deyil. Dahilərə digər sahələrdə tələbat var, kino isə daha çox multimedik və mobil olur. Filmlər «кinoplyonka»dan çox «rəqəmli»yə və hətta mobil(cib) telefonlarına çəkilir.
Odur ki, bəlkə heç kinematoqrafda hər hansı mənfi tendensiyadan danışmağa dəyməz. Dünya dəyişir.
Мəmməd Мəmmədzadə