Bu yaxınlarda İşgəncələrin Qarşısının alınması üzrə Avropa Komitəsi (İQAK) ötən bir neçə il üzrə birdən-birə özünün 6 hesabatını dərc etmişdir ki, orda istintaq altında olan və mühakimə edilmiş qadınların vəziyyəti də daxil olmaqla bəzi penitensiar müəssisələrdəki vəziyyətə qiymət vermişdir.

Dalma Newsin müxbiri ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Azərbaycan Hüquqmüdafiə Mərkəzi idarə heyətinin üzvü, BMT eksperti Zəlihə Tahirovadan məhbus qadınların vəziyyətini şərh eləməyi xahiş etmişdir.

Gəlin, qadın həbsxanaları və məhbus qadınnların sayı məsələsindən başlayaq. Azərbaycanda onların sayı nə qədərdir?

Belə hesab etmək qəbul olunmuşdur ki,bizdə bir qadın həbsxanası var ki,bu ad altında Bakıdaki 4 №-li Cəzaçəkmə müəssisəsi(koloniya,həbsxanaya)nəzərdə tutulur.Lakin bu, Azərbaycanda qadınları yeganə azadlıqdan məhrumetmə yeri deyil.

4 №-li koloniyadaki 460-480 qadından başqa cəzaçəkmə müəssisəsində istintaq altında olanlar da vardır. 2017-ci ildə Kürdəxanıda — 89, Gəncədə — 12, Şəkidə —2, həmçinin Naxçıvanda—2 qadın saxlanılırdı. Daha bir neçə qadın 3 №-li «tuberkulyoz» (vərəm ) koloniyasının qadın korpusu, mərkəzi həbsxana xəstəxanasının qadın şöbəsində, yaşayış yerləri – koloniyalarında saxlanmışlar. Bundan başqa, rejimi dəfələrlə pozduqlarına görə, bəzən qadınları Qobustandaki həbsxanaya köçürmə təcrübəsi də tətbiq olunur.2016-cı ildə orada 3 qadın vardı.

Məgər qanunla qadınlar üçün həbsxana rejimi nəzərdə tutulubmu?

Məhkəmənin hökmü üzrə qadınları yalnız saxlanmanın ümumi və ciddi rejimlərinə məhkum edə bilərlər.Qadınlar üçün xüsusi rejim (retsidivistlər üçün), ömürlük və həbsxana cəzası nəzərdə tutulmayıb. Lakin qanunvericilikdə boşluq var: rejimin pozulmasına görə cəza timsalında qadınların həbsxanaya köçürülməsinə birbaşa qadağa yoxdur.

Mənim fikrimcə, məhkəmələr tərəfindən bu zaman qadınların cəzaçəkmə müəssisələri personalının şikayətləndikləri psixikası nəzərə alınmır. Qadınlar daha çox emosianaldırlar, formal qaydalara tabe olmağa az meyllidirlər və qadın personalının nüfuzuna şübhə ilə yanaşıb,ona məhəl qoymurlar və s. Burada dəyənək deyil, psixologiya dərsliyindən yapışmaq lazımdır…

Ancaq onların işi, həbsxanada məşğul olub vaxt keçirmək üçün hansısa bir vəzifə və borcu varmı?

Bəli, onların bir qismi xalçaçılıq və tikiş sexlərində işlə məşğuldurlar, kimsə həbsxananın təsərrüfat xidmətində işləyir, bir başqası kompyuterdə işləməyi öyrənməyə çalışır. Yaxşı kitabxana, məscid, klub, (o, həm də yeməkxanadır), ailə üzvləri ilə görüş yerləri, telefon zəngləri imkanı var…

Lakin koloniya heç də hətta on il bundan əvvəl olan koloniya deyil. 350 yerə bu gün təxminən 500 qadın düşür, odur ki, çarpayıların, necə deyərlər, ikinci mərtəbəsini də qaynaq etmək lazım gəlmişdir. Cəmi 6 duş kаbinəsi olan ümumi tualet və hamam təsəvvür edin. Həyətdə gəzinti üçün yer azdır, koloniyaya ilk dəfə düşənləri recividistlərdən (təkrar həbsə düşənlər), yetkinlik yaşına çatmayanları isə yaşlı qadınlardan ayırmamışlar.

İQAK haqlı olaraq «qadın koloniyasındaki» şəraiti «çox pis» kimi qiymətləndirmiş, yeni müəssisənin Zabratdaki tikintisini sürətləndirməyə və 4№li koloniyanı bağlamağa çağırmışdır. Hökumətin cavabından göründüyü kimi, tikintinin başa çatdırılması maliyyə ilə bağlıdır və Nazirlər kabinetindən xahiş etmişlər ki, «tikinti işlərinə yardımı təmin etsinlər».

Sıxlığa baxmayaraq, personal məqbul səviyyədə tibbi xidmət, şəkər xəstəliyi olanların pəhriz ehtiyaclarını, uşaqlı məhbus anaların dustaqların ümumi kütləsindən izolyasiyasını təmin etməyə çalışır.

Bəs belələri də var?

Bəli, və onlar üçün ayrıca blok yaradılmışdır. Belə ki, 2017-ci ildə 3 məhkum qadın özəl klinikalarda dünyaya uşaq gətirmişlər. Bəzi qadınlar həbsxanaya hamilə vəziyyətdə və ya azyaşlı uşaqlarla düşürlər. Onlar istəsələr, həyat yoldaşları ilə həbsxanada uzunmüddətli görüş zamanı da uşağa qala bilərlər. Hərçənd, gələcək körpəyə belə bir taleyi kim istəyər?

Analara uşaqları 3 yaşına qədər böyütmək imkanı verilir. Körpə əmizdirən qadınlar və uşaqlar üçün xüsusi yemək normaları nəzərdə tutulur.

Amma ayrılıq anının vaxtı gələndə, bu, hər ikisi üçün faciəyə dönür. Uşaq çox vaxt ana məhəbbəti atmosferindən uşaq evinin və ya yadlaşmış, onlar üçün əlavə yük və boğaz olmuş qohumların soyuqluq atmosferinə düşür… Anası isə həyatın mənasını itirir. Amma əgər o, qanuna görə müəyyən edilmiş vaxtdan tez azad oluna bilməzsə, nə etmək olar?

Bəs qadınlar adətən, hansı cinayətlərə görə həbs olunurlar?

Rəsmi statistikaya görə, son illər ən çox dələduzluğa görə mühakimə edirlər (son 20 ildə bu maddə üzrə mühakimədə 4-5 qat artım müşahidə olunur).

Bundan sonra narkodilerlər gəlir — 20 il ərzində onların sayı 10 dəfə azalıb, lakin maddə heç də az müddət nəzərdə tutmur. Traffikinqə görə mühakimə olunanlar da az deyil .

Bəzi maddələrə görə qadınları nadir hallarda, amma böyük müddətə məhkum edirlər. Buna görə də qatillər artıq nəzərəçarpan təbəqə təşkil edirlər. 2016-cı ildə mühakimə olunanlar arasında qadınlar 1%-dən az (9 qadın) təşkil edirdi, lakin onların hamısı real cəza müddəti almışdılar.Kiçik istisna olmaqla, bu, ev zorakılığının nəticəsidir.

Siz qadın cəzaçəkmə müəssisələrinin problemlərinin həlli üçün nə təklif edərdiniz?

Həm iqtidar, həm hüquq müdafiəçiləri, həm də Avropa strukturlarının «dördüncünü» bağlamaq və ordakiləri Avropa standartlarına uyğun tikilmiş yeni həbsxanaya köçürməyin vacibliyi üzrə fikirləri üst-üstə düşür. Bundan başqa, mümkün olan yerdə qadınların cəmiyyətə qayıtmasına kömək edən probasiya mərkəzləri yaratmaq və işə salmaq, həbslə bağlı olmayan alternativ cəza tədbirlərinin daha aktiv tətbiqi lazımdır.Qısamüddətli perspektivdə bunun problemi yüngülləşdirdiyini, lakin həll etmədiyini dərk edərək vaxtından əvvəl azad edilmə və cəzaçəkmə reıimini dəyişməni tətbiq etmək.

 

Hazırlayanı Таtyanа Ələkbərova