Hər kəs üçün ən başlıcası – həyatda  öz yerini tapmaqdır. İstedadlı rəssam Ülviyyə Musayeva nəinki yalnız  öz istedad və qabiliyyətini üzə çıxara  bilmiş, həm də öz yaradıcılığı ilə başqalarına da  kömək edib yol göstərir. İnsanlar onun rəsmlərini sehr, özü isə bu əsərləri ilk növbədə mistika və müəmma hesab edir. Lakin bir şey dəqiq aydındır ki, onlar canlıdır və öz sahibinə həmişə önəmli enerji bəxş edir, bəzən isə arzu və istəyi həyata keçirməyə kömək edir…

Dalma Newsə ən mistik Azərbaycan rəssamı  Ülviyyə Musayeva  ilə söhbət etmək nəsib oldu.

Siz bu günlər Moskvadan qayıtmısız, bir qədər sərginin necə keçdiyindən danışarsınızmı?

Moskvada ümumiyyətlə, mənim yaradıcılığımın pərəstişkarları çoxdur, odur ki, mən müntəzəm olaraq öz işlərimi ora aparıram. Mənim orada Gallery 1-də artıq iki dəfə böyük sərgim keçirilmişdir. Mənim üçün gözlənilməz olsa da, sərgiyə,bir çox artistlər də gəlirdilər. Belə ulduz qonaqlardan biri Andrey Qriqoryev-Аppolonov olmuşdu. Artist o qədər heyran ollmuşdu ki,  hətta müsahibələrindən  birində onun haqqında söz açmışdı. Əlbəttə,bu mənə çox xoşdu.

Ümumiyyətlə, mənim  Moskvada  şəxsən  mənlə söhbət etmək  istəyən olduqca  çox sifarişçilərim var. Özü də bu, «sarafan radio» prinsipi ilə baş verir. Məsələn, biri şəkil əldə edib, onun haqqında başqalarına danışır, bu adamlar isə ruhlanaraq, onlar üçün də çəkməyi  xahiş edirlər.

Bu səfər çərçivəsində  Qorki  parkında  kiçik  bir perfomans edə bildim, mən birbaşa açıq havada çəkirdim. Xeyli çox adam  toplaşmışdı, hamıya mənim bunu necə etməyim maraqlı idi. Həmçinin İqor Moiseyev adına xalq rəqs ansamblının solisti İqor Охlopkin də mənim bir rəsmimlə maraqlandı. Hər şey o qədər masştablı idi ki, biz hətta videoqraf  Diana Qorobtsova ilə xatirə videoroliki hazırlamağa imkan tapdıq ki, orda rəqqasə Yelena Zatonskaya iştirak etmişdir.

Moskvadan sonra növbəti təyinat məntəqəsi hansıdır?

Mən hələlik, Vətəndə qalmağı  planlaşdırıram, Bakıda çoxdan möhtəşəm bir şey etməmişəm. Axırıncı maraqlı perfomansı  mən ötən il «Soyuq əllər— isti ürək» qış sərgisi çərçivəsində etmişəm. Bu qış, mən hansısa məşhur bir qalereyada böyük sərgi təşkil etməyi planlaşdırıram. Əbəs yerə demirlər, fikirlər maddidir. Mən hansısa bir ideya üzərində düşünməyə başlayanda qısa bir müddətdə onu həyata keçirmək mümkün olur. Sanki məni yuxarıdan hansısa missiya idarə edir. Buna görə də hələlik mən bütövlüklə Bakıda qarşıdaki sərgiyə qapılmışam,  lakin gələcəkdə  MDB şəhərlərinə yollanmağı  planlaşdırıram.

Mən bilirəm ki, sizin işlərin haqqında xaricdən çox-çox rəy və əks-sədalar daxil olur. Onlar sizin rəsmlərdən necə xəbər tuturlar?

Sosial şəbəkələr vasitəsilə sifariş edir, sonra isə artıq öz dost və tanışlarına danışırlar. Məsələn, mənə sonuncu sifariş Mayorkadan daxil olmuşdur. Birisi o qədər ruhlanmışdı ki, mənim haqqımda öz yaxınlarına danışmış və indi mənə daha iki sifariş daxil olmuşdur.

MDB istisna olmaqla, sifarişlər hansı ölkələrdən gəlir?

ABŞ, Fransa, İtaliya, İspaniya, Kanada, Çin, Malayziya, Tayland və digər ölkələrdən sifarişlər yetərincə tez-tez gəlir.

Ulya, qayıdaq lap əvvələ. Axı, siz incəsənətlə heç də uşaqlıqdan məşğul olmursunuz, maliyyə sahəsində işləmişsiniz, bəs necə oldu ki, fəaliyyət sahəsini dəyişib  incəsənətə getmək qərarına gəldiniz?

2010-cu ilədək mən maliyyə və inzibati fəaliyyətlə məşğul idim. Yeri gəlmişkən, pis qazanmırdım. Hardasa, səkkiz il bundan öncə, mən taleyin müəyyən əlamətlərini hiss etməyə başladım. O vaxt mən gözəllik salonunda administrator  işləyirdim. Necəsə elə bir vəziyyət oldu ki, manikürçü gadın xəstələndi və mənim  bu işi xoşladığımı bilən rəis məndən onu əvəz eləməyi  xahiş etdi.Və mən müştərini qəbul edib onun dırnaqları ilə məşğul oldum, xoşbəxtlikdən hər şey uğurlu keçdi. Və bundan sonra, o, deyir ki, mən həm də neil-artla məşğul olmalıyam. Və bu, nəzərə alsaq ki, o vaxtadək  mənim heç bir şey çəkmədiyim halda baş verirdi.

Özü də o dövrdə mən vaxtaşırı özümü pis hiss edirdim. Həkimlər isə əllərini yanlarına salıb deyirdilər ki, mən sağlamam. Və mən yalnız dırnaqlar üzərində çəkməyə  başlayanda vəziyyətim yüngülləşdi. Mən adminstrator işindən çıxıb neil-artla məşğul olmağa başladım. Mənə öz salonumu açmaq müyəssər oldu və bu işə o qədər aludə oldum ki, cəmi  bir ay ərzində süni dırnaqlar üzərində çəkməklə bütöv bir kolleksiya yaratdım.

Rəssam  olan  müştərilərimdən  biri dedi ki, mənim rəsmlərim miniatürlərlə çox  bənzərdir. Və o məni sərgi təşkil etmək fikrinə saldı. 2012-ci ildə mənə ilk sərgini keçirmək qismət oldu. Özü də o vaxt  mən  təkcə dırnaqlar deyil, həm də azqiymətli daşlar üzərində də rəsmlər təqdim etdim. Mən bircə gün ərzində məşhur oldum. Sonralar isə artıq şüşələr (butulkalar) üzərində çəkməyə başladım.

Lakin mənim səhhətim birdən-birə yenidən pisləşməyə başladı. Həkimə müraciət  heç bir nəticə vermirdi, daimi qıcolma və spazmlar mənə əzab verirdi. Mən o vaxtları dəhşətlə xatırlayıram, o zaman bir neçə gün yatmaya  bilərdim. Artıq tam gücdən düşəndə isə mən sadəcə mühakiməmi  itirib bir növ huşsuz qalırdım. Və beləliklə, bir dəfə necə deyərlər, peyğəmbərlik və ya gerçəklik yuxusu gördüm.

Yuxuda mən orta əsrlər Avropasına düşmüşdüm, orda  məni möhkəm  döyüb zindana atdılar.Ətrafımda qan gölməçəsi yaranmış və mən barmaqlarımla divarlarda gül şəkilləri çəkirdim kı, bunlar sonradan canllanıb əsil gülə dönürdü.  Mən yuxudan oyanandan sonra heç bir söz söyləmədən fırçalarla deyil, məhz barmaqlarımla  çəkməyə getdim. Mənim sağlamlıq durumum yoluna düşüb düzəldi, məndə güc və enerji yarandı. Və bundan sonra mən Kainata başqa cür baxmağa başladım. Və nəhayət, bu dünyada özümü tapa bildim.

Bəs siz onların «sehrli» olduğunu  nə vaxt anladınız? Mən sifarişçilərin çoxlu rəylərini oxuyurdum, və hamının müəyyən arzuları  həyata keçmiş, və ya rəsmləri  alandan  sonra onlarla  hansısa yaxşı bir şey baş vermişdi…

Üç il bundan əvvəl mənim sifarişçilərimdən əks-səda və rəylər gəlməyə başladı. Mənə bir neçə nəfər yazanda, düşündüm ki, bu, sadəcə olaraq təsadüfdür. Amma, mən minnətdarlıqla dolu onlarla məktub alanda, dərk elədim ki, bunda nəsə bir mistik məna var.

Əvvəlcə mən qorxdum, amma  öz yuxumu xatırlayan zaman sifarişçilərimin bütün rəy və  təhlillərini  öyrənməyə  başladım. Mən ən başlıca şeyi dərk edib anladım ki, onlar mənfi, neqativ enerji daşımırlar. Onların əsas missiyası – insana bu həyatda öz yerini tapmaqda yardım göstərməkdir. Elə olur ki, insan nə iləsə məşğul olur, amma bu, onun həyat üzrə missiyası deyil, mənim rəsmlərim ona öz gücünü yenidən götür-qoy edib enerjisini lazımi istiqamətə yönəltməyə imkan verəcək . Və ya, məsələn, elə bir vəziyyət  olub ki, mənim çəkdiyim şəkli sifarış edən bir qız evli  kişi ilə görüşürmüş. Şəkil ailənin dağılmasına imkan vermir, kişi həyat yoldaşının yanına qayıdır, qız isə öz  xoşbəxtliyini bir başqası ilə tapıb yeni həyat qura bilir. Bundan başqa, o həm də öz ürəyincə iş tapır. Mən demək istəyirəm ki, rəsmlər özlərində yalnız ən xoş və xeyirxah məziyyətlər daşıyır.

Mən hesab edirəm ki, mənim missiyam insanları haqq yoluna yönəltməkdir. Mən, sadəcə olaraq vasitəçiyəm, mənim rəsmlərim  Allah-təalanın göndərdiyi enerji  ilə doludur. Onlar hansısa uğur qazanmaq, yeni zirvələr fəth etmək və öz  xoşbəxtliyini tapmağa  kömək edir! Mənim bütün rəsmlərim xeyirxahlıq və məhəbbətlə doludur, axı bunsuz dünya yaşaya bilməz!

Siz nəyi təsvir və təçəssüm etdirməyə üstünlük verirsiniz,  yaxud  hər şey sifariş və sizin ovqatınızdan asılıdır?

Birmənalı şəkildə deyə bilərəm ki, həyatda onları sevməyimə baxmayaraq, heyvanları təsvir etməyi sevmirəm. Mən ən çox qızların şəklini çəkirəm, ancaq heç də həyatda gördüklərimizi yox. Onlar mistikdirlər, sanki  bu planetdən —Yerdən deyil, başqa bir planetdəndirlər yaxud qədim sivilizasiyanın nümayəndələridirlər. Ancaq  mən daha çox simasız pəriləri təsvir edirəm,onlar  mənim brendimə dönmüşlər. Onlar nə iləsə mələklərə bənzəyir,efirli və nurlu  məxluqlardır.

Bəs kimə hansı şəklin münasib olduğunu necə anlamaq?

Əvvəllər kiməsə şəkil  rəsm  etməkdən ötrü  mənə onunla şəxsi görüş lazım idi. Bu gün mənə sadəcə, həmin adamla sosial şəbəkələr yaxud  telefon  vasitəsilə ünsiyyətdə olmaq kifayətdir, ilkin məlumatlardan insanı nəyin narahat etdiyi  aydın olur. Lakin, bir qayda olaraq, nə təsvir edəcəyimi əvvəlcədən bilmirəm. Hərçənd  dəymə-düşər və şıltaq müştərilər də rast gəlir ki, onlar xüsusi rənglər seçməyi və hansısa müəyyən şeyləri təsvir etməyi xahiş edirlər. Mən bunu heç sevmirəm, çünki bu halda məni bir növ çərçivəyə salmış olurlar. Və belə olan halda, şəkil sanki çubuq ya dəyənək altından çıxmış kimi alınır. Belə işləmək çox çətindir.

Amma əgər sifarişçinin  bir qədər «avam və cahil» olduğunu hiss edirsinizsə, sifarişi  qəbul edirsiniz?

Bəli, lakin şəkil saflaşdırıcı və tərbiyəvi  missiya daşıyırsa. Mən hətta belə adamlar üçün çəkəndə, nə qədər çox səy göstərməyimdən, ən yaxşı boyalardan istifadə etməyimdən asılı olmayaraq, rəsmlər tutqun tonlarda alınır. Bundan başqa, belə şəxslərin  mənzilində vaxt  ötdükcə  şəkillər tutqun enerjini özünə çəkərək tutqunlaşır. İşıqlı və ürəyitəmiz  insanlarda rəsmlər  sanki nəfəs alır , ona görə də parlaq qalırlar. Onlar pozitivlə, öz sahibinin əhval-ruhiyyəsi və daxili aləmilə  yaşayırlar.

Bəs, siz  kiminsə sizin kimi sehrli şəkillər  yaratdığını  eşitmisinizmi ? Nümunə üçün kimi  misal gətirə bilərsiniz?

Düzü, mən belə istedadla heç kimə rast gəlməmişəm. Mən hansısa müəyyən şeylər üzərində çəkənlər, nəsə müəyyən bir şey təsvir edənləri eşitmişəm, amma məhz rəsmlərin özündə hansısa mistik güc daşımasını eşitməmişəm. Amma hardasa belə insanlar varsa, mən onlarla məmnuniyyətlə tanış olmaq istərdim!

Tanınmış rəssamlardan sizə kim yaxındır? Sizin  təqlid etdiyiniz sənətkarlar varmı?

Mən bir çox rəssamları sevirəm, amma mənə hamıdan çox Əli Şəmsi yaxındır. Mən hesab edirəm ki, kimisə təqlid etməii deyil, hamının arasında seçilməyi  bacarmaq lazımdır. Çox şadam ki, məni artıq necə deyərlər, dəst- xəttimlə tanıyırlar.

Siz necə hesab edirsiniz, ölkəmizdə incəsənətə kifayət qədərmi diqqət yetirilir? Azərbaycanda təkcə rəssamlıqdan qazanmaqla  yaşamaq mümkündürmü?

Bəli, mümkündür. Amma bunun üçün çox işləmək lazımdır. Necə deyərlər, öz fişkanı (çip və ya kartını) tapmaq, başqalarından fərqlənmək çox vacibdir. Yalnız belə olan halda sənətçinin şöhrəti və yaşamaq üçün pulu olacaq. Üstəlik, dövlət bizə tam azadlıq verir. Bizdə yaşayıb-yaratmaq üçün heç bir maneə yoxdur. Mən bununla dəqiq olaraq heç vaxt qarşılaşmamışam.

Mən bilirəm ki, Azərbaycan prezidentinin qızı Leyla Əliyevada  sənin bir rəsmin var. Həm də bir çox ulduzlar sənə sifarişlər verirlər …

Bəli, doğrudur. Leyla Əliyeva da mənə cavab hədiyyəsi olaraq  kiçik bir mələk bəxş edib. Mən tezliklə Emin Аğаlаrоva bir rəsm şəkli hədiyyə etməyə hazırlaşıram. Mənim bir rəsm işim Azərbaycan Respublikası Fövqəladə hallar naziri Kamaləddin Heydərovdadır. Əgər yerli ulduzlardan danışmalı olsaq, mənim çəkdiyim şəkillər müğənnilərdən Elnur Hüseynov, Rilayə, Diana Hacıyeva, Ülviyyə Rəhimova, Azərbaycanın əməkdar artisti Тünzalə Ağayeva, tanınmış Şən və hazırcavablar klubunun «Bakılı oğlanlar» komandasının  iştirakçısı AR əməkdar artisti Bəhram Bağırzadə və bir çox digərlərində vardır.

Müsahibə üçün təşəkkür edirəm, sizə yaradıcılıq uğurları arzulayırıq!

Sizə və sizin oxuculara ən önəmli və parlaq həyat!

 

Hazırlayanı  Tаtyanа Ələkbərova