Son bir neçə il ərzində İrandan və ərəb ölkələrindən olan turistlər Azərbaycana yetərincə tez-tez gəlməyə başlamışlar ki, bu da viza rejiminin sadələşdirilməsi ilə yozula bilər. Belə ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Qətər və Koreya vətəndaşları Beynəlxalq Heydər Əliyev hava limanına gələndən sonra, elə ordaca viza əldə edə bilərlər. Məhz buna görə də, şəhərdə pərəncəli qadınlara çox tez-tez rast gəlmək olar . İntahası, şəhərdə başı örtülü gəzən Azərbaycan vətəndaşlarına da rast gəlinir.
Artıq birinci il deyil ki, Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə təhsil müəssisələri daxilində dini libas geyməyə qadağa qoymağın vacibliyi ətrafında mübahisələr gedir. Azərbaycan dünyəvi respublikadır, lakin bununla belə, pərəncədə gəzməyə heç bir qanunverici qadağa yoxdur. Dövlət hər bir vətəndaşa seçim hüququ təqdim edir.
«Azərbaycan təhsil müəssisələrində dini geyim məsələsi birinci il deyil ki, müzakirə olunur. Lakin bu, rəsmi səviyyədə yoxdur, hərçənd bu məqamı rəsmi surətdə götür-qoy etmək pis olmazdı.Və söz heç də hicab deyil, məhz pərəncə və niqab haqqındadır.Yol vermək olmaz ki, məktəblərdə və ya universitetlərdə oturan qızların yalnız gözləri görünsün. Bir çox təhsil müəssisələrinin rəhbərliyi belə qızları dərsə buraxmır»,- deyə dini təhsillə iş üzrə Dövlət komitəsinin sabiq sədri, teoloq-alim Rafiq Əliyev Dalma Newsə bildirdi.
Bununla yanaşı, onun sözlərinə görə, təhsil müəssisələri rəhbərliyinin hicab daşıyan şagirdləri dərslərə buraxmamaq hüququ yoxdur. Hicab yalnız saçları örtür ki, burda pis bir şey yoxdur. Bəli, şagirdlərin vahid forması ola bilər, lakin başda örtük olması heç nəyi dəyişmir. Ona görə də hicabı qadağan etmək olmaz.
Lakin, Əliyev qeyd etmişdir ki, qadağalara ehtiyatla yanaşmaq lazımdır, çünki onlar əhalinin daxilində aqressivlik doğurur və cəmiyyəti radikallaşdırır. Üstəlik, Azərbaycan Konstitusiyası hər bir kəsin vicdan və etiqad azadlığına zəmanət verir.
Onun sözlərincə, təhsil müəssisələrində dini geyimlərə qadağa haqqında danışıqlar aktuallaşanda bu mövzu da öz-özünə üzə çıxıb açılır. «Gənclərimiz tоlеrаntlıdırlar və məktəblərdə yaxud ali təhsil ocaqlarında öz yaşıdlarını hətta onlar başları örtüklü olanda belə tamamilə rahat qəbul edirlər. Bəzi mənfi reaksiyaya yalnız onu geyərkən təkcə gözlərin açıq qaldığı niqab və ya pərəncə səbəb ola bilər. Bu bir qədər qorxudur»,- deyə o qeyd etdi.
Rafiq Əliyev əlavə etdi ki, cəmiyyət ərəb ölkələrindən gələn və küçələrdə pərəncədə gəzən turistləri rahat qəbul edir. «Axı hər bir kəs öz istədiyini geymək hüququna malikdir»,- deyə o vurğuladı.
Öz növbəsində, psixoloq Zöhrə Əliyeva Dalma Newsə bildirib ki, bu çox həssas mövzudur və burda həmişə ehtiyatlı olmaq lazımdır, çünki bir ehtiyatsız söz dinə inananların hissiyatına toxunub onları incidə bilər.
«Mən hesab edirəm ki, hər kəsin öz istədiyini geymək haqqı var. Təhsil müəssisələrinə gəlincə, burada hər şey qəbul olunmuş normalardan asılıdır. Bu gün məktəblərdə vahid məktəb forması fəaliyyət göstərir. Lakin bununla belə, dindar qız hicab geyə bilər. Lakin niqab kimi tamamilə qara libas geymək tövsiyə olunmur. Hər halda, şagirdlər münasib və layiqli görünməlidirlər», — deyə Əliyeva açıqladı.
О, qeyd etdi ki, bu mövzuda müzakirələr vaxtaşırı üzə çıxır, amma o, rəsmi olaraq heç vaxt qaldırılmamışdır.
Psixoloq hesab edir ki, dindar qız hicabla keçinə bilər, niqabı isə təhsil müəssisəsindən kənarda geymək olar.
Bundan əlavə, qeyd etmək lazımdır ki, bu və ya digər dövlət qurumları təkcə gözləri görünən qadını çətin ki, işə götürsünlər. Lakin məhz hicab geyməyə görə hansısa qadağalar qoymaq olmaz, o ki qaldı, pərəncə və niqaba, burada ictimai müzakirələr keçirmək pis olmazdı.
Qeyd etməyə dəyər ki, bir sıra ölkələrdə dini geyimə çox mənfi yanaşırlar.
Digərlərində isə əksinə, bu, məcburidir. Məsələn, Əfqanıstan, Səudiyyə Ərəbistanı, İran və Yəməndə hicab məcburidir. Bununla yanaşı, Türkmənistan, Tacikistanda, Özbəkistan və Qazaxıstanda dövlət və təhsil müəssisələrində hicab geymək qadağandır.
Amma, məsələn, Rusiya Federasiyasında Ali məhkəmə 2015-ci ilin fevralında məktəblərdə dini atributları nümayiş etdirmək və hicab geyməyə qadağanın qanuni olduğunu təsdiq etmişdir.
Hicaba qarşı çıxan ilk Avropa ölkəsi isə Fransa olmuşdur. 15 mart 2004-cü ildə ordaki təhsil müəssisələrində dini paltar geyinməyi qadağan edən qanun qəbul etmişlər.
Bu zaman Avropa birliyinin 28 ölkəsindən 22-sində dini geyimə dair məsələyə qanunvericiliklə toxunulmuşdur. Bundan başqa, 13 AB ölkəsində ayrı-ayrı özəl yaxud dövlət müəssisələri və şirkətlərində dini geyim qadağan olunmuşdur.
Таtyana Ələkbərovа