Üzeyir Hacıbəyov — görkəmli Azərbaycan və sovet bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. O, müasir Azərbaycan professional müsiqi sənətinin banisi, milli bəstəkarlıq məktəbinin, ilk musiqili teatrın…müəssisidir. Şərqdə ilk opera da onun sayəsində yaranmışdır. O, bütün Azərbaycan xalqının tarix və mədəniyyətində əbədi yaşayacaq.

Maestronun həyat və yaradıcılığı

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885 ildə Ağcabədidə anadan olmuşdur. 13 yaşında o, artıq «Leyli və Мəcnun» teatr tamaşasının müşayiətçi xorunda epizodla çıxış etmişdir.

Üzeyir Hacıbəyov mədrəsə və iki illik rus-tatar məktəbini müvəffəqiyyətlə bitirərək, Gori şəhərində müəllimlər seminariyasına daxil olur. Orada o, tezliklə skripka, violonçel və nəfəsli musiqi alətlərində çalmağı öyrənir. Gələcək bəstəkar böyük Müslüm Maqomayevlə tarixi tanışlıq da məhz orada baş verir.

Hacıbəyov Qori seminariyasında oxuyarkən, həm Azərbaycan, həm də Gürcüstanda məşhur olan adlı-sanlı Terequlovlar nəsli ziyalılarının nümayəndəsi Мəleykə -xanım Теrеqulоva ilə evlənir. Yeri gəlmişkən, onun yaxın dostu Müslüm Maqomayev Мəleykə -xanımın bacısı ilə ailə qurmuşdu. Öz ailəsi olsa da, Hacıbəyov həmişə qohumlarının da qayğısına qalmışdır. Beş bacı uşağının qayğısına qalaraq, onlara hamilik etmiş, lakin təəssüf ki, onun öz uşaqları olmanışdır.

Seminariyadan sonra Üzeyir Hacıbəyov müəllimlik fəaliyyətinə başlamaq qərarına gəlir. Dilləri gözəl bilməsi sayəsində o, «Həyat» qəzetində tərcüməçilik edir və eyni zamanda «İrşad» qəzetində işləyir.

Amma musiqiyə olan həvəs və meyl onu tərk etmir, o, bundan sonra da inkişaf edib bu istiqamətdə irəliləmək istəyirdi. Odur ki, Hacıbəyov Moskvaya getmək qərarına gəlir və orada Moskva filarmoniya cəmiyyəti nəzdində musiqi kurslarına qəbul olur, sonra o, Sankt-Peterburqa köçür ki, orada konservatoriyanı uğurla başa vurur. O, daha sonra nəşr fəaliyyəti ilə məşğul olmaq qərarına gəlir — 1914 – 1918-ci illər arasında «Yeni iqbal» və «Azərbaycan» qəzetlərinə rəhbərlik edir. Eyni zamanda o, Azərbaycan opera artistlərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrollarının təşkili ilə məşğul olur.

Sovet hakimiyyətinin qurulması ilə Üzeyir Hacıbəyov Bakı Zəhmətkeşlər Sovetinin deputatı seçilir. Həmin dövrdə o, Azərbaycan türk musiqi məktəbini yaradır, sonra isə Azərbaycan dövlət konservatoriyasının prorektoru olur. Yaradıcılığa və musiqiyə sevgi, habelə əldə etdiyi səlahiyyətlər Hacıbəyova xalq çalğı alətləri orkestri yaratmaq imkanı verdi.

Bəstəkar bir çox tanınmış bəstəkar və musiqiçilərin müəllimi olmuşdur ki, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova onların arasındadırlar.

7 may 1938-ci ildə Üzeyir Hacıbəyovu kommunist partiyası sıralarına qəbul edirlər. Sonraki il isə SSRİ Bəstəkarlar ittifaqı I qurultayı təşkilat komitəsinin üzvü seçirlər. Hələ uşaqlıqdan hər şeylə maraqlanan Üzeyir musiqi fəaliyyətilə bərabər, elmi fəaliyyətlə mütəmadi məşğul olurdu. Təsadüfi deyil ki, Hacıbəyov lüğətlər, elmi məqalələr, satirik və qəzet məqalələri müəllifidir ki, onların arasında «Siyasi, hüquqi, iqtisadi və hərbi terminlər üzrə «Rus-türk və türk-rus lüğəti» olmaqla yanaşı, «Azərbaycan xalq musiqisinin əsasları» adlı elmi-nəzəri iş də vardır.

Hacıbəyov hələ uşaqlıqdan öz xeyirxahlıq və səmimiliyi ilə seçilirdi və ahıl yaşlarınadək elə belə də qalmışdı. O, yoxsullara məmnuniyyətlə kömək edir, insanları savad öyrənməyə çağırır və xeyriyyəçiliklə məşğul olurdu. Belə ki, 1943-cü ildə tank dəstəsinin yaradılmasına öz şəxsi əmanətindən 25 000 rubl çatdırmışdı. İkinci dünya müharibəsindən sonra onu Azərbaycan SSR Elmlər akademiyası İincəsənət İnstitutunun direktoru təyin etmişlər.

Bununla belə, artıq sinn özünü göstərir, intişar edən diabet isə onun sağlamlığını tamamilə üzürdü. Hacıbəyov Moskvada Kreml xəstəxanasında, Mərdəkan (Bakının qəsəbəsi) Dövlət sanatoriyasında müalicə olunurdu, amma, təəssüf ki, 1948-ci il noyabrın 23-də bəstəkar ürək çatışmazlığından dünyasını dəyişdi. Üzeyir Hacıbəyovun məzarı Bakıda Fəxri Xiyabanda yerləşir.

Dəfndə iştirak etmiş bəstəkar Arif Məlikov belə xatırlayır: «Mənim ölməz Hacıbəyovla ikinci görüşüm onun ölüm günü baş verdi. Dahi tabutda idi və bu dəfə mən onu çox pis görürdüm, gözlərim göz yaşlarından dumanlanıb pərdələnmişdi. Bütün xalq ağlayırdı. Bütün millətlərdən, bütün peşələrdən olan insanlar, kiçik və böyüklər – hamı ağlayırdı. Bu, mərhuma matəm deyil, nəsə tamam başqa bir şey idi…».

Şərqdə ilk opera müəllifi

Üzeyir Hacıbəyov eksperimenti həmişə sevmişdir. Odur ki, öz işlərində qərb və şərq musiqi üslublarını birləşdirmişdir. «Leyli və Məcnun» və « Şeyx Sənan»operası dünyaya belə gəlmişdii. O, muğamı çox sevdiyindən «Rüstəm və Zöhrab», «Şah Abbas və Xurşud Banu», «Əsli və Kərəm», «Qаrun və Leyla» məhz bu üslubda yazılmışdır. Ancaq onun yaradıcılığının kulminasiya nöqtəsi «Koroğlu» operası olmuş, Stalin mükafatına məhz ona görə layiq görülmüşdür. Bu opera onu yalnız SSRİ-də deyil, həmçinin Qərbdə də məşhur etmişdir.

Üzeyir Hacıbəyovun özünün yazdığı kimi: «Mən qarşıma müasir musiqi mədəniyyətinin nailiyyətlərindən istifadə edərək, formaca milli opera yaratmaq vəzifəsını qoymuşam… Koroğlu — aşıqdır və o, aşıqlarla tərənnüm olunacaq, ona görə də operada üstünlük təşkil edən stil aşıq üslubudur… «Koroğlu»da орera əsərinə xas olan bütün elementlər — ariyalar, duetlər, ansambllar, reçitativlər(vokal musiqi əsərinin tərkibinə daxil olan danışıq , mahnıarası danışıq), var, lakin bütün bunlar Azərbaycan musiqi folklorunun yarandığı qayda və üslub əsasında qurulubdur».

Hacıbəyov «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan»ın da daxil olduğu yeddi opera və üç operetta müəllifidir. Yarımçıq qalmış «Firuzə» operası da həmçinin onun yaradıcılığına mənsubdur.

Hacıbəyov, eyni zamanda unikal kamera vokal musiqisi janrı — romans-qəzəl janrının banisidir. «Sənsiz» və «Sevgili canan» əsərləri məhz bu üslubda yaranmışdır.

Müasirləri və ardıcıllarının yaddaşında

Azərbaycanda bu günədək Üzeyir Hacıbəyovu Azərbaycan opera məktəbının banisi hesab edirlər. Azərbaycan Respublikası himninin müəllifidir məhz odur. O, həmçinin Azərbaycan kütləvi mahnıları, instrumental kamera əsərlərinin müəllifidir, İkinci dünya müharibəsi illərində isə, bir sıra vətənpərvərlik kompozsiyaları yaratmışdır ki, onların arasındaki «Vətən və cəbhə»,«Yaxşı yol» və başqaları bu qəbildəndir.

Üzeyir Hacıbəyov həm sağlığında, həm də ölümündən sonra , bir çox mükafatlara layiq görülmüşdür. 2009-cu ildən Azərbaycanda Üzeyir Hacıbəyovun xatirəsinə Beynəlxalq musiqi festivalı keçirilir. Üzeyir Hacıbəyovun ad günü isə, Azərbaycanda Milli musiqi günü kimi qeyd olunur. Qeyd etmək lazımdır ki, 1977-ci ildə Volodarsk tərsanəsində inşa olunmuş teploxoda Üzeyir Hacıbəyovun adı verilmişdir. Bundan başqa, Azərbaycan SSR Dövlət mükafatı Üzeyir adını daşıyır. Azərbaycan Dövlət simfonik orkestri, eləcə də Azərbaycanda mədəniyyət sahəsindəki xidmətlərə görə təsis olunan Dövlət mükafatı indiyə qədər onun adını daşımaqda davam edir.

1956 və 1960-cı illərdə Bakıda Üzeyir Hacıbəyova abidələri ucaldılmışdır. 1975-ci ildə Bakıda Üzeyir Hacıbəyovun ev-muzeyi açılmışdır. 1981-ci ildə tanınmış Azərbaycan yazıçı-dramaturqu Anar Rzayevin rejissorluğu altında Üzeyir Hacıbəyovun həyatı haqqında — «Uzun ömrün akkordları» bədii filmi çəkilmişdir. 2006-cı ildə Vyanada, 2011-ci ildə isə Novi-Sad serb şəhərində bəstəkarın büstü açılmışdır. O, həmçinin Azərbaycan SSR və SSRİ-nin xalq artisti adına, «Koroğlu» operası və «Arşın mal alan» filminin musiqisi üçün ikinci dərəcəli Stalin mükafatına layiq görülmüşdür. Lenin və Qırmızı Əmək Bayrağı ordenləri, eləcə də çoxsaylı medallarla təltif olunmuşdur.

Bir çox tanınmış bəstəkarlar Hacıbəyovun yaradıcılığına dəfələrlə heyran olmuşlar. Gürcü musiqişünas və tənqidçisi Şalva Аslanişvili bəstəkar haqqında öz fikrini belə açıqlayır: «Üzeyirbəy Hacıbəyov sovet musiqi tarixində öz fərdi yerini tutmuş, öz yolunu tapmış, öz musiqi-məntiqi və semantik musiqi sistemini işləyib hazırlamışdır. Üzeyirbəy Hacıbəyovun musiqisi — bu, qeyri-adi güclü hisslər, mühüm və mənalı fikirlər, yüksək ideyalar musiqisidir. O, daim mərdlik, iradə, ruhun coşğunluğu və enilməzliyindən danışır».

Görkəmli Azərbaycan bəstəkarı, Hacıbəyovun şagirdi Fikrət Əmirov deyir: «Ölməz sənətkar, bütöv bir Azərbaycan professional musiqi məktəbinin yaradıçısı Üzeyirbəy bizi həmişə digər xalqların musiqi mədəniyyətinin müsbət keyfiyyətlərini öyrənməyə, bundan milli musiqi mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində faydalanmağa çağırırdı ».

Məşhur Azərbaycan bəstəkarı Qara Qarayev yazır: «Güclü bəstəkarlıq istedadının qeyri-adi dramaturq səriştəsilə nadir hallarda təsadüf olunan vəhdəti Üzeyir Hacıbəyova öz fikir və ideyalarını parlaq bədii formada ifadə etmək imkanı verirdi. Bu ecazkar musiqi o dövr dinləyicilərinin qəlbi və ruhuna sirayət edən, onlarda ən yaxşı və ülvi hisslər oyadan ən qabaqcıl ideyaların carçısı və təbliğatçısı idi».

 

Таtyana Ələkbərovа