Illustration: Sputnik Азербайджан

Son illər Azərbaycanda məktəb məzunları, xüsusilə uğurluları, öz təhsillərini yerli ali məktəblərdə deyil, xaricdə davam etdirməyə çalışırlar. Bu zaman ən böyük populyarlığı Türkiyə, Avropa və ABŞ-nın ali məktəbləri təşkil edir,- deyə Sputnik Азербайджан yazır.

Bəs xarici ölkələrin ali məktəbləri azərbaycanlı məzunları nə ilə belə cəlb edir? Onlar xaricdə təhsilin üstünlüyünü nədə görürlər? Sputnik Azərbaycana bu suallara cavab tapmaq axtarışında sosial şəbəkə istifadəçilərinə müraciət etmişdir.

Cavablar müxtəlif olmuş, amma onların hamısından demək olar ki, eyni nəticə çıxzmışdır – yerli təhsil sisteminin keyfiyyətinə artıq heç kim etibar etmir.

İsmayıl Əhməd: «1993-2003-cü illərdə mən dövlət xətti ilə xaricdə təhsil almışam. Vətənə qayıdandan sonra mən təhsil nazirliyində öz diplomumu 200 dollara təsdiq etdirə bildim. Təhsil nazirliyi məni işlə təmin etmək məsuliyyətini boynundan atdı, orada dedilər ki, mənim azad təyinat hüququm var. Onlar mənə bildirdilər ki: «Siz oxumağa Qafqaz müsəlmanları idarəsi tərəfindən göndərilmisiniz, qoy, elə onlar da sizi işlə təmin etsinlər».

Məni və mənim kimi daha qırx tələbəni belə aldatdılar. Bundan başqa, hətta onların 90%-nin diplomlarını təsdiqləmədilər. Mən xaricdə teologiya (ilahiyyat) fakültəsini ona görə seçdim ki, nə o vaxt, nə də indi bu sahədə Azərbaycandaki təhsil məni qane etmir. O ki, qaldı bütün qapıların xarici ali məktəb məzunlarının üzünə açıq olmasına, bütün bunlar boş söz-söhbətdir. Mən Rusiyada, Türkiyədə təhsilini başa vurub Azərbaycana qayıdandan sonra iş tapa bilməyən tələbələrə onlarla misal gətirə bilərəm».

Cabbar Məmmədov: «Xaricdə təhsil alanlara iş tapmaq daha asandır. Azərbaycanda isə hətta magistr dərəcəsi alsan belə, fərqi yoxdur, səni işsiz qalmaq riski gözləyir».

Rauf Аlаgözov: «Xaricdə təhsil nəzəriyyədən çox, təcrübə üzərində qurulur, odur ki, məzunlar lazımi təcrübə və peşəkarlığa malikdirlər. Bizdə isə təhsil – bu, sadəcə, nəzəriyyədir və burada təhsil alanların çoxu kağız üzərində hər şeyi bilirlər, ancaq təcrübədə tətbiq edib yerinə yetirə bilmirlər. Bu səbəbdən də iş tapmaq çox çətindir».

Kazım Kazımov: «Xaricdə təhsil ən azı, xarici dillərdən birinin dərindən öyrənilməsi deməkdir. Bu, eyni zamanda, xarici təcrübə əldə etməkdir. Məsələn, mənim böyük oğlumun 10 yaşı var, dördüncü sinifdə oxuyur və ana dilindən başqa, artıq üç xarici dildə sərbəst danışır. Bir sözlə, xarici təhsilin üstünlükləri çoxdur.

Mən Azərbaycanda səkkiz il təhsil sahəsində işləmişəm. Bizim müəllimlər savadlıdırlar, lakin təhsil sistemində problemlər var. O XIX əsr səviyyəsində qalır».

Kənan İbrahimli: «Ən başlıca səbəb – Aərbaycan ali təhsil müəssisələrinin aşağı səviyyəsidir. Orta təhsilimi Bakıda türk litseylərinin birində almışam. Hal-hazırda İstanbul universitetində maliyyəçilik üzrə təhsil alıram. Sinif yoldaşlarımdan bəziləri də elə mənim kimi xaricə getmişlər. İndi biz Azərbaycanda oxuyanlarla bizim aramızda böyük fərq olduğunu görürük. Bizə dil və mədəniyyətcə yaxın Türkiyədə yalnız bir neçə ali təhsil müəssisəsi yüksək səviyyəli təhsil verir. Onlardan biri İstanbul universitetidir.

Mən yalnız birinci kursu bitrirmişəm, amma mənim artıq bir çox akademik nailiyyətlərim var, mən dünya səviyyəli professorların yanında oxumuşam. İmtahan verərək , Almaniyanın Bremen universitetinə illik təqaüd almışam. Əgər orada da yaxşı nəticələrə nail olsam, mənə Almaniyada qalıb təhsilimi davam etdirmək müyəssər olacaq, belə ki, orada yaxşı oxuyan tələbələri saxlayıb işlə təmin edirlər. Əgər bir ildən artıq qalmaq mümkün olmazsa, İstanbula qayıdıb ABŞ ali məktəblərinə qəbul üçün imtahan verəcəyəm. Mənim məqsədim — Amerika və ya Koreyada təhsil almaqdır.

Azərbaycanda güclü tələbələr ən yaxşı halda, qırmızı diplom alacaqlar. Bundan başqa, xaricdə təhsil alanlar üçün istər Azərbaycanda, istərsə də xaricdə iş tapmaq daha asandır».

Ruslan Əliyev: «İlk növbədə onu deyim ki, Azərbaycanda təhsil dərsliklərin satışı ilə başlayır və yalnız əzbərçiliyə əsaslanır. Mən Avstraliyada təhsil alıram. Burada təhsil təcrübə üzərində qurulub. Təhsil müddətində biz həm oxuyur, həm də lazımi təcrübə keçirik. Ali təhsil ocağı işləmək üçün şərait yaradır. Azərbaycan və Avstraliyadaki təhsili arasında fərq yerlə göy qədərdir».

 

Mənbə: Sputnik Азербайджан