Azərbaycan Respublikası hər il 9 mayı – Qələbə Gününü təntənə ilə keçirir. Azərbaycan üçün qələbənin xatirəsi müqəddəsdir, çünki, cəbhəyə 600 min nəfər getmiş, ancaq təəssüf ki, onların yarıdan çoxu evə qayıtmamışdır.

Keçmiş SSRİ-nin bütün respublikaları İkinci dünya müharibəsində qələbəyə öz töhfələrini vermiş və Azərbaycan da istisna olmamışdı. Azərbaycanın hər beşinci sakini əlində silah Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuşdur. Ölkə həmin dövrdə əsas neft və neft məhsulları tədarükçüsü idi. Təkcə müharibənin birinci ili ölkəmiz 23,5 milyon ton, ümumiyyətlə isə 75 milyon ton neft tədarük etmişdir. Hətta Sovet İttifaqı marşalı Georgi Jukov deyirdi: «Bakı neftçiləri cəbhəyə və ölkəyə bizim Vətənimizin müdafiəsi, düşmən üzərində sürətli qələbə üçün lazım olan qədər yanacaq verirdilər».

Azərbaycanın 170 min əsgər və zabiti müxtəlif orden və medallarla təltif olunmuşdur. Onların arasında iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Hakim Аbbasovu və bir çox digərləri olmuşlar.

Azərbaycan prezidenti və Azərbaycanın birinci xanımı veteranlarla görüşmüşlər

İkinci dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümünün bayram edilməsinin təntənəli mərasimi çərçivəsində Azərbaycan Respublikasının prezidenti, Silahlı qüvvələrin Ali baş komandanı İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə görüşüb, onları Qələbə günü münasibətilə təbrik etmişlər. Sonra prezident iki dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoymuşdur.

Bundan başqa, 9 may Qələbə gününün ildönümünün qeyd olunması ilə əlaqədar Bakı dənizkənarı bulvarında, Əhmədli qəsəbəsində Heydər Əliyev, Zərifə Əliyeva parkında, həmçinin Zabitlər parkında və Fəvvarələr meydanında hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunmuşdur. Hərbi orkestrlərin ifasında, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar, eləcə də müxtəlif ölkələrin məşhur hərbi marşları səslənmişdir.

Əvvəllər isə Azərbaycan respublikasının prezidenti İlham Əliyev 1941-1945-ci illərin İkinci dünya müharibəsi iştirakçıları, İkinci dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul qalmış arvadlarına, eləcə də həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım ödənilməsi barədə sərəncam imzalamışdır. Onlara 1000 manat, İkinci dünya müharibəsi illərində arxa cəbhədə ordu və donanmanın maraqları naminə tapşırıqlar yerinə yetirmiş xüsusi birləşmələrin və ya əməliyyat zonalarında vuruşmuş donanmaların əməkdaşlarına , İkinci dünya müharibəsi dövründə Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanları ilə təltif olunmuş şəxslərə, eləcə də Leninqrad mühasirəsi iştirakçılarına isə 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Azərbaycan artıq 3-cü ildir ki, «Ölməz alay» hərəkatına qoşulmuşdur

Bu il toplantı mayın 9-da Nərimanov rayonunda Qardaşlıq məzarları memorialı yaxınlığında keçirilmişdir. «Ölməz alay» hərəkatının əsas ideyası — dünyasını dəyişmiş əcdadlarımızın əbədi xatirəsini qoruyub yaşatmaqdır.

«Biz hərəkata 2015-ci ildə qoşulmuş, 2016-cı ildə isə ilk aksiyamız keçirilmişdir». Bu barədə Dalma News müxbirinə müsahibəsində «Ölməz alay» hərəkatının Bakı koordinatoru Viktoria Каbаnаdzе bildirmişdir. Onun sözlərinə görə, bu aksiyaya qoşulmaq istəyənlərın sayı ildən-ilə durmadan artır. Bu il , 400 nəfərdən çox olmuşdur. İştirakçıların hamısı əllərində öz qəhrəmanlarının portretlərini aparır, hamı xatırlayır, hamı onların xatirəsini əziz tutur!

AR gəncləri böyük Qələbənin xatirəsini əziz tuturlar

Mayın 9-da əksər gənclər öz təşəbbüsləri ilə Böyük Vətən müharibəsi veteranlarını yoluxmağa gedirlər. Belə gənc fəallar olduqca çoxdur. Belə fəallardan biri olan Mehriban Bənanyarlının Dalma Newsə söylədiyinə görə, son beş il ərzində onlar dostları ilə veteranları fəal təbrik edirlər.

«Biz veteranlara ərzaq məhsulları ilə dolu səbət və gül aparırıq. Onlarla söhbət edir, qələbəyə görə təşəkkürümüzü bildirir, onlara hərarət və sevgi bəxş edirik. Veteranlara onların tənha olmadıqlarını, qədr-qiymətlərinin bilindiyi və son dərəcə hörmət edildiklərini duyub hiss etmələri çox vacibdir», — deyə o, bildirir

Böyük Vətən müharibəsi veteranı Sokolova Sofya Dalma Newsə o dəhşətli müharibə illərindən danışdı. «Konslagerdə (həbs düşərgəsində) olduğum vaxtı, necə amansız döyüb təhqir etdiklərini xatırlayıram. Amma biz təslim olmur, biz inanır və dözürdük. Aclıqı, atəşlərin səs-küyünü, ölümqabağı fəryadları xatırlayıram. Bayırda da soyuq, qəlblində də soyuq, yalnız kiçicik bir ümid şöləsi. Allah hec kimə müharibə göstərməsin,hamıya dinc və aydın səma arzulayıram».

Dalma News küçədə gənclərlə də söhbət etdi. Xoşdu ki, hamı xatırlayır, hətta bir çoxları Georgi lenti taxmışdılar.

«9 may – Qələbə günü! Bu, yəqin yeganə gündür ki, bu qədər insanı, millətləri, xalqları və artıq yeni dövlətləri qeyd-şərtsiz bir araya gətirib birləşdirir. İnsanda hər hansı əziz xatirə bizə yaxın adamlarla bağlı assosiasiya olunur. Mənim üçün 9 may – bu, ilk növbədə, 38-ci ildə orduya çağrılan,ordan isə birbaşa cəbhəyə düşən və Berlinədək çatan babamdır! Müharibənin bütün dəhşətləri ömrünün son günlərinədək onun ruhu və səhhətində öz izini qoymuşdu. Lakin müharibədən sonra özünü həsr etdiyi Allah ona uzun ömür, dörd övlad, 6 nəvə və görməyə catdırmadığı nəticələr bəxş etmişdi. Babam 93 il yaşadı. Lakin onun çoxsaylı medal və müharibənin haqqında söz açmağı sevmədiyi nadir tarixçələri həmişəlik bizimlə qalmışdır. 9 may – bu, düz 9 il babamı əvvəlcə ordudan, daha sonra müharibədən qayıtmasını gözləyən nənəmdir. İndi bu, qeyri-inandırıcı görünür və bunu qəhrəmanlığa bərabər tutmaq olar. Biz, yəqin ki, ildən-ilə azalan veteranlarımızı sağlıqlarında görə bilən son nəsil nümayəndələriyik. Və sayələrində öz müstəqil ölkələrimizdə yaşamaq şərəfi əldə etdiyimiz bu Vətən müdafiəçilərinin xatirəsi, Böyük qələbənin xatirəsininin əbədi yaşaması üçün məsuliyyət məhz bizim üzərimizə düşür!»,- deyə Teymur Məqsudov Dalma Newsə öz fikrini bildirmişdir.

«9 may — məndə bayramla heç cür assosiasiya yaratmayan çox kədərli gündür. Axı qələbə qan bahası və ölüm hesabına əldə edilmişdir. Amansız müharibənin başa çatmasından neçə-neçə onilliklər keçmişdir, lakin xoşbəxtlikdən, o günlərin şahidi olmadığım dəhşətləri yaddan çıxmayıb. Bu, yaddaşdan heç vaxt silinməyəcək. Müharibə haqqında çox bədii və sənədli ədəbiyyat oxumuşam, ancaq bu günə qədər əcdadlarımızın üzləşdiyi bütün bu dəhşətləri sona qədər təsəvvür edə bilmirəm. Mən bizim gələcəyimiz naminə həyatlarını qurban verən bütün qəhrəmanların adlarını bilməsəm də, onlara sonsuz minnətdaram. Qələbə gününün xatirəsini qoruyub saxlamaq çox vacibdir. Bu gün sağ qalan müharibə iştirakçıları — veteranların sayı azdır. Lakin onlar bilməlidirlər ki, onilliklər keçəndən sonra da biz onları xatırlayıb yaddaşımızda yaşadacaq, onlarla fəxr edəcək, Qələbə və bu günümüzə görə təşəkkür və minnətdarlıq ifadə edəcəyik…», — deyə Azərbaycan gənclərinin digər nümayəndəsi Elina Rüstəmova Dalma Newsə bildirdi.

 

Таtyana Ələkbərova