Azərbaycan opera müğənnisi, Azərbaycanın əməkdar artisti, dünya opera ulduzu, ən məşhur dünya meydançalarında çıxış edən Yusif Eyvazov Dalma News saytına verdiyi geniş müsahibəsində opera tamaşalarından, ən görkəmli dünya opera ulduzlarından biri Anna Netrebko ilə ailə həyatı və öz gələcək planlarından söz açdı.

Yusif, siz dünyanın ən yaxşı opera meydançalarında çıxış edirsiniz. Bu, həqiqətən də böyük uğurdur. Deyin, bu uğura aparan yol və müddət uzunmu olmuş və artist Yusif Eyvazovun istedadı hər halda öz başlanğıcını hardan götürür?

Bəli, əlbəttə, mən həmişə hesab etmişəm və bu günədək hesab edirəm ki, özlüyündə yalnız xalis istedad demək olar ki, azdır. Çünki, bu, sadəcə bir növ Allah vergisidir ki, o da bir çoxlarında var. Yəni, istedada, özləri də bundan xəbərsiz bizim aramızda yaşayan insanların çoxu malikdir. Lakin bu istedaddan peşə yaratmaq, uğurlu şəxs olmağı heç də hər kəs bacarmır. Burada biz o məqama gəlirik ki, orda artıq bəzi prioritetlər rol oynayır: yüksək iş qabiliyyəti, güclü istək, heç nəyə baxmayaraq müvəffəqiyyətə və özünə inam. Və hətta əgər heç nə alınmırsa, həmişə işləməyi davam etdirmək və öz məqsədlərinə çatmağa çalışmaq lazımdır. Əgər bütün prioritetlər nəzərə alınıbsa, bu halda istedad bütün uğurların 30%-ni təşkil edir.

Bəli, gəncliyimdə mənim səsim var idi, amma belə səsə çoxları malik idi. Mən Bakı konservatoriyasında yenıcə başlayanda 20 yaşım var idi və o vaxt indi məndə olan səsə hətta yaxın bir işarə belə yox idi. O vaxt heç özümün də ağlına gəlməzdi ki, mənim səsim bugünki səviyyəyə çata bilər. Mənim halımda təcrübə, təlimdə həvəs və səy böyük rol oynayıb ki, günlərin birində sanki bir kasa su aşıb tökülmüş və indi onu damla-damla yüğmaq lazım idi. Mənə daim öz üzərimdə işləmək və «Bəxt» deyilən bir anlayış kömək etdi. İndi mənim artıq 40 yaşım var və onlardan 20 – sini mən çox və gərgin işləmişəm, Bütün bunların mənimlə baş verməsinə görə mən özümü xoşbəxt hesab edirəm, amma mən uğurlara təəccüblənmirəm. Əlbəttə, əgər birdən bütün bunlar baş verməsəydi, mən məyus olardım.

Siz bu qədər partiya oynamısınız, öz üzərinizdə xeyli çox rolları sınaqdan keçirmisiniz, Sizin üçün hansı obraza çevrilmək hamısından çətin olmuşdur?

Bütün obrazlar, bütün partiyalar mənim həyatıma müxtəlif vaxtlarda gəlmişlər, ona görə də mənim hansısa müəyyən bir partiyanı ən mürəkkəb adlandıra biləcəyimi demək olmaz. Məndə çox mürəkkəb partiyalar vardır: bu, həm «Manon Lesko», həm «Otello», həm də «Aida»dır – tenorun asan partiyaları olmur. Ola bilsin ki, «Toska» «Manon Lesko»dan asandır demək olar. Budur, yaxınlarda mən Germanın «Qaratoxmaq qadın»ını ifa etmişəm və əlbəttə ki, bu partiya mənim başımda möhkəm yerləşib. O ən sevimli və çətinlərdən biridir, çünki, tam rus dilində, başqa ifadələr, musiqi və mədəniyyətə mənsubdur, mən isə qəlbən daha çox italiyalıyam. Mən italyan musiqisini ifa etməyə alışmışam və bu, mənim üçün normal haldır. Mən italyan operasını götürəndə artıq onunla necə davranacağımı, onu necə ifa edəcəyimi dəqiq bilirəm, amma rus operası ilə mən bir az pərt və özümü itirən kimi oldum. Maksimum səhnəyə çıxarmaq üçün onu ifa edən böyük tenorların lent yazılarına müraciət etməli oldum. Əlbəttə, mənə hələ onu daha da təkmilləşdirmək lazımdır, çünki o, çox dərindir və onda hələ axtarılası məqamlar var. Elə yaradıcılıq prosesi də budur.f

Bəs sizə hansı obraz daha yaxın idi?

«Оtello»! Bax, bu, mənə yaxın və doğma olan partiyadır. Ümumiyyətlə, mən həyatda qısqanc insanam, ona görə də orada mənə xüsusi oynamaq lazım deyil. Əlbəttə, şükür Allaha ki, mən onun qədər dəli deyiləm. Lakin mənə məhz bu personaj daha çox xarakterikdir.

Siz son dərəcə çox qastrol edirsiniz. Budur, bu yaxınlarda Anna Netrebko və dostunuz Elçin Əzizov ilə birlikdə sizin 6 ölkə və 8 şəhəri əhatə edən möhtəşəm «Half way around the world» turunuz başa çatıb. Bu barədə bir az ətraflı danışın.

Bəli, möhtəşəm idi. Tokioda iki konsert, Osaka, Dubay və Avstraliyada da iki konsert verdik, Oklend, Melburn da daxil olmaqla bu turdа cəmi on konsert oldu ki, bu son dərəcə heyrətamiz və unudulmaz idi.

Bundan əlavə, Elçin Əzizov səhnədə çox fövqəladə tərəf-müqabil və böyük bir artistdir, bizi onunla çoxillik və möhkəm dostluq telləri bağlayır. Hətta, dost olmasaydıq belə, biz yenə də birlikdə çıxış etməliydik, çünki səhnədə onunla yanaşı işləmək çox böyük zövq verir. Adam orada çox şeyin – sonsuz uçuşlar, hər iki gündən bir konsertlərin təşkil olunduğu belə böyük tura uçarkən onun yanında öz düşüncə və həyat tərzinə müvafiq insanlar olmalıdır. Odur ki, Elçinin ailəsi ilə həmişə çox yaxşı və rahat olur. Bu əfsanəvi səyahət ay yarım davam etmiş və onun yaxınlarımızın əhatəsində keçirilməsi çox xoş idi.

Bütün bu tur idi, o qədər parlaq idi ki, mən hətta ən yaddaqalan məqamı xatırlaya bilmirəm. Amma onu deyə bilərəm ki, ən çox Avstraliya xoşuma gəldi. Biz Sidneyə uçub gəldik və orada sanki bütün hər şey nəfəs almağa başladı. Orda salonlar ağzınacan dolu və tamaşaçılar da müvafiqdilər

Yusif Eyvazov və Elçin Əzizov

Anna Netrebko ilə Sizi dünyanın ən gözəl opera cütü adlandırırlar. Danışın, siz necə tanış olmuşdunuz?

Biz Romada «Маnon Lesko»nun bir tamaşasında oxuyurduq. Bu, 2014-cü il və Roma operasında mənim debütüm idi. Anna tamaşaya düz iki həftə qalmış gəldi və biz məşqdə tanış olduq. Onda bütün bu layihəyə hələ Ricardo Мutti «dirijorluq edirdi». Və əlbəttə, heç kim bilmir ki, bu necə oldu, hətta biz özümüz də bir-birimizi necə tapdığımızı başa düşmədik. Bilirsiniz, mən qəlblərin,ruhların əlaqəsinə inanıram. Çox güman ki, biz Аnna ilə «qohum ruhlarıq», çünki, tanışlığımızdan bir ay keçəndən sonra biz birgə yaşamağa başladıq. Biz artıq yetkin insanlardıq və vaxt itirməmək qərarına gəldik.

Siz hər ikiniz güclü şəxsiyyətsiniz. İki, olduqca istedadlı insan bir-birilə necə yaşayır?

Bizdə məişət çox azdır. Bizim Anna ilə аrtistlik eqomuz evdən kənarda qalır. Biz heç vaxt bunu evə gətirmirik və ümumiyyətlə, biz həyatda çox sadə insanlarıq. Bütün bu iş şleyfi heç vaxt bizim evin kandarından içəri daxil olmur, hər şey teatrda qalır. Ev – bu o yerdir ki, orada istirahət edirsən və biz orada tamamilə sakit və rahatıq , ev işlərilə məşğul olan normal adamlarıq, ona görə də iş bizə heç mane olmur . Biz işi və şəxsi həyatı tam bölüşürük.

Qayıdaq musiqiyə, sizin Anna ilə ümumi repertuarınız çoxdur. Partiyaların ifası zamanı sizin şəxsi münasibətləriniz emosiyalara və ya sizin girdiyiniz rollara təsir edirmi?

Əlbəttə. Mən gizlətmirəm ki, səhnəyə çıxanda biz ər-arvad deyil, tərəf- müqabil oluruq. Amma hər halda bu görünən enerjidir və onu oynamaq lazım deyıl. Məsələn, əgər mən başqa bir soprano ilə oxuyuram, o isə digər tenorla, emosiyaları oynamaq lazım gəlir, cütlükdə isə bizə oynamaq lazım deyil.

Siz nəinki bütün dünyada , həm də doğma Bakıda konsertlər verirsiniz. Müasir Azərbaycan operasını necə qiymətləndirirsiniz?

Təəssüf ki, Bakıda hələlik bizim Anna ilə birgə çıxışlarımız olmamışdır, amma biz bunu planlaşdırırıq. Bakı operasının durum məsələsi isə , çox mürəkkəbdir. İstərdim ki, nəhayət, Azərbaycanın opera teatrı hər halda qaydaya düşəydi, o, çox təəssüflə deyim ki, bərbad vəziyyətdədir. İstərdim ki, solistlər üçün daha böyük maliyyə dəstəyi olsun, ona görə ki, Bakıda opera sənəti populyar deyıl. Tamaşaçılar hansısa böyük ulduzları və gurultulu uca adları tanıyırlar, ancaq Bakıda yaşayıb opera teatrında işləyən artistlər – mənim dostlarım və həmkarlarım çətinlik çəkirlər. Mən hesab edirəm ki, opera – bu, o yerdir ki, Bakıya gələn qonaqlar ora da baş çəkirlər və onlar Bakı teatrını pis vəziyyətdə görməməlidirlər. Bu, hər halda, bizim simamızdır.

Siz, tutalım, «Leyli və Məcnun» operasında bütün azərbaycanlıların sevdiyi Məcnun rolunu oynamaq istərdinizmi?

Bəlkə də istərdim, ancaq bu, xalq operasıdır. Bu, muğamdır ki, mənim sahəmə daxil deyil. Amma bax, «Koroğlu»da məmyuniyyətlə oynayardım. İnşallah, teatr qaydaya salınan zaman mən gəlib partiyanı ifa edəcəyəm . Və bu çox gözəl, sanki bir nağıl və ya şirin yuxu olardı. Azərbaycan operaları – onlar çox gözəldir.

Yusif Eyvazov və Plasido Dominqo

Böyük opera müğənnisi Моnserat Kabalye vaxtilə riskə gedib rok ulduzu Freddie Меrkyüri ilə duet yazdırdı. Siz nə vaxtsa belə bir şey etmək istərdinizmi?

Elə bir neçə ay bundan öncə biz Anna ilə krossover üslubunda (janrların qarışığı) İqor Krutoyla birgə «Romanza» adı altında albom buraxdıq. Lakin bu eksperiment çoxlarının xeyli xoşuna gəldi, çünki, tur zamanı avtoqraf-sessiyasına imza üçün məhz bu albomu daha çox gətirmişdilər.Baxmayaraq ki, bir çox qatı оperaçılar öz sevimlilərinin estrada sahəsinə müraciət etmələrini xoşlamırlar. Amma biz çıxıb getmədik, sadəcə bunun necə səslənəcəyini bilmək üçün eksperiment keçirdik. Və mən hesab edirəm ki, əgər mahnı gözəldirsə və İqor Krutoy musiqisi isə heyrətamizdirsə, deməli, onun yaşamaq hüququ vardır.

Sizin gələcək planlarınız?

Planlarımız çoxdur. Bizim qarşımızda hələ çox ölkə var. İngiltərə, Amerika, Almaniya və bizi Latın Amerikasına böyük bir tur gözləyir. Noyabrda isə yenə də Böyük teatr və «Qaratoxmaq qadın» («Пиковая Дама»). Təqvim doludur və bu yaxşı haldır. Görünür, artistin həyatı elə bundan ibarətdir. Bizi gözlədikləri yeni ölkəyə gəlməklə xoşbəxtik.

 

Hazırlayanı Leyli Xəlilova