Bizim zəmanədə müasir nəslin az mütaliə etməsi və ya ümumiyyətlə heç oxumaq istəməməsi və internetin insanlara qəzet və kitabı əvəz etməsi barədə tez-tez söz gedir. Bu fikirlər müəyyən dərəcədə doğrudur. Lakin iddia etmək olmaz ki, kitab həvəskarları — bu, artıq insanların «nəsli kəsilməkdə olan» təbəqəsidir: bir çoxları bir fincan qəhvə, yanında da maraqlı bir romanı heç nəyə dəyişməzlər.
Dalma News Azərbaycanda yazıçılıq işinin durumu, cəmiyyətin janr seçimləri, bədii ədəbiyyat sahəsində dünya tendensiyaları və müasir oxucunu nə ilə maraqlandırmağın mümkünlüyü haqqında tanınmış Azərbaycan yazıçı-fantastı Aleksandr Хаkimovla müsahibə aparmışdır.
Azərbaycanda fantastika janrına tələbat nə dərəcədədir?
Bu məsələ ilə xüsusi olaraq məşğul olmamışam və düzü, onun haqqında yalnız əhalinin adi bir nümayəndəsi kimi mühakimə edə bilərəm. Tələbat, demək olar ki, var. Amma digər janrlar — detektiv, qadın romanı və s. tələbatlı janrlarla yanaşı. Hər halda, alırlar. Əgər kitablar baha olmasa – onun alıcıları, yəqin ki, daha çox olar.
Bəs fantast yazıçılar Azərbaycanda nə qədər məşhurdurlar?
Siz Azərbaycan yazıçı-fantastlarını nəzərdə tutursunuz, yoxsa ümumiyyətlə yazıçı-fantastları? Əgər ümumiyyətlə götüşrsək, onlar müəyyən kateqoriya oxucular üçün populyardırlar — axı, fantastikaya aludəçilik ucdantutma deyil, bu janrın müəyyən pərəstişkarlar dairəsi var. Bernard Verber, Filip Dik, Sergey Lukyanenko və budur, yaxınlarda «Mənşə»i (əmələ gəlmə, yaranma, törəmə) nəşr etdirən Den Braun populyardırlar…
Azərbaycan yazıçı-fantastlarından daha çox klassiklərə: Voyskunski və Lukodyanov, Henrix Altov, Valentina Juravlyova, Paul Amnuelə tələbat var. Nə qədər köhnəlmiş olsalar da, onlar möhtəşəm ədəbi dil, məharətlə qurulmuş süjetlərə və müəyyən bir missiyaya — oxucunu düşünməyə vadar etmək bacarığına malikdirlər. Müasir Azərbaycan yazıçı-fantastları arasında daha çox məşhur olanı bəlkə də mənəm.
Bu gün müasir fantastikanın trendində nə durur?
Bir daha qeyd edim ki, mən bu məsələ ilə xüsusi məşğul olmuram, ancaq bəzi müəyyən nəticələr çıxara bilərəm. Sehrli fantastika, döyüş fantastikası, fentezi və roman-fəlakətlər daha populyardırlar. Oxucular ya mümkün kataklizmlərə, sivilizasiyanın məhvi və ya dirçəlişinə dəhşətlənməyə, yaxud uşaqsayağı «star wars»(ulduz müharibələri) ruhunda heyrətlənmə və ya yenə də , amansız həqiqətlərdən uydurma aləmlərə üz tutmaq. Ancaq bu, yalnız mənim şəxsi fikrimdir.
Siz nə üçün məhz fantastikanı seçmisiniz?
İş erkən uşaqlıqdan belə gətirmişdir. Mənim ən birinci kitablarım fantastik kitabçalar olmuşdur. Sonra mən digər ədəbiyyatı da oxumağa başladım, amma başa düşdüm ki, mənim uşaq qəlbimdə məhz fantastika daha çox əks-səda tapır. O vaxtdan mən tam bir ümman ən müxtəlif fantastika oxumuşam. Bu janrda ona gğrə yazmağa başladım ki, realist yazıçıdan fərqli olaraq, fantast daha geniş, həm də qeyri-məhdud imkanlara malikdir. Zənnimcə, fantast olmayan müəlliflər zaman-zaman fantastikaya məhz buna görə müraciət etmişlər – Aleksandr Кuprin, Aleksey Tolstoy, Çapek Каrel, Rober Меrl, Mixail Bulqakov, Leonid Leonov və başqaları.
Janrın hansı klassikləri Sizə daha böyük təsir göstərmişdir?
Herbert Uells, Каrel Çapek, Ivan Yefremov, Struqatski qardaşları (Arkadi və Boris), Mixail Yemtsev, Yeremey Pаrnоv, Yevgeni Voyskunski, İsay Lukodyanov, Vladislav Кrapivin, Rey Bredberi və Stanislav Lem.
Öz son kitablarınızdan danışın. Onlar nə haqdadır? Onların potensial oxucuları kimlərdir?
Bu «Fantastik Milliyyətin siması» toplusu — mənim «fantastik» yaradıcılığımın ən ilk şeylərdən – ta ən təzələrədək, necə deyərlər, özünəməxsus dilimi və ya kəsiyidir. «Əsnəyən Qağayı» toplusunda fantastikadan ibarət bir bölmə var. Yenicə çıxmış və əslində, ciddi olaraq fantastik hesab edilməyən MESSAGES (Mesajlar,Məktublar) toplusunda fantastika hər halda sözün əsil mənasında bütün sətirlərdə nəfəs alır.
Əgər söz mənim kitablarımın nə haqda olmasından gedərsə, onu deyə bilərəm ki, hər şey haqqında. Bizi əhatə edən bütün hər şey, bizim daxilimizdə və bizdən yüksəkdə olanlar, insanlar da daxil olmaqla bütün canlılar, keçmiş və bu gün haqqında, mənim doğma Bakım və bütün dünya haqqındadır… Başa düşürəm, bu, konkret cavab deyil, amma belədir ki, var.
Bir neçə il bundan əvvəl müəyyən edilmişdir ki, mənim ən kiçik oxucumun – 13, ən böyüyünün isə – 74 yaşı varmış… Yaş diapazonu – hər halda özünüz görürsünüz … Ümumiyyətlə isə mənim oxucum – o kəsdir ki, ona bütün hər şey, və ya heç olmasa, çox şey maraqlıdır, ruhən romantikdir və burası da önəmlidir ki, düşünməyi sevir və bacarır. Mən isə öz tərəfimdən, var-gücümlə öz oxucularımda həyata və düşüncələrə marağı dəstəkləməyə çalışıram.
21 əsr – qloballaşma əsridir. Sosial şəbəkələrin və internetin mövcudluğu, ona gətirib çıxardı ki, gənclər az oxumalı oldular. Siz necə hesab edirsiniz, müasir oxucunu necə və ən əsası nə ilə maraqlandırmaq mümkündür?
Müasir oxucunu maraqlandırmaq üçün– iki yol var. Ya müasir oxucunun maraq və istəklərini ətraflı öyrənmək və edilən nəticələr bazasında ona maksimum dərəcədə maraqlı və tələb olunan haqda yazmaq (mən bunu «oxucuların masası arxasında əyləşmək» adlandırıram). Ya da ki, elə guru (şəxsiyyət, nümunəvi müəllim, nüfuzlu tərbiyəçi) olmağı bacara biləsən ki, oxucular sənə maraqlı olanla maraqlansınlar. Hətta əgər əvvəllər onlar bununla heç maraqlanmamışlarsa, ancaq sənin nüfuzuna hörmətə görə maraqlanaraq özləri üçün bir çox yeni şeylər açacaqlar (belə bir taktikanı isə mən «oxucuları öz masamız arxasına dəvət etmək» adlandırıram). Mən bu taktiki üsulların hər ikisindən növbə ilə istifadə edirəm. Birincisi, mənim özüm əsasən xalq içində yaşayıram və kimin nə ilə nəfəs almasından xəbərdaram. İkincisi, guru ya qeyri guru – amma otuz il ərzində ona nail olmuşam ki, insanlar mənə necəsə qulaq asıb inanırlar. Taktiki üslub seçimini intuisiya işarə edib deyir.
Nə ilə maraqlandırmağı soruşursuz? Çox təəssüf ki, oxucunu (ümumiyyətlə, elə ortabab insanı da) nəsə işıqlı, pozitiv, müsbət bir şeylə maraqlandırmaq çətindir. Qüsur, qorxu, cinayət, fəlakət, zorakılıq, seks – bütün bunların öhdəsindən gəlmək çətindir. Xüsusilə də, əgər bütün bunlar bir gəlir mənbəyidirsə. Ləyaqətli insana yalnız «Troya atı» taktikasından istifadə — yəni ümum-məqbul yolla gedərək, öz işıqlı və müsbət fikirlərini necəsə çatdırmağa cəhd göstərmək qalır.
Bu gün Azərbaycanda yazıçı olmaq nə qədər çətindir? Kitab satışından gələn qonorarla dolanmaq mümkündürmü, yoxsa Azərbaycanda yazıçı əməyi yalnız bir hobbidir?
Hələlik Azərbaycanda məsələn, Rusiyada və ya Gürcüstanda olduğu kimi(bu prinsip üzrə: nəşriyyat müəlliflərin əlyazmalarını alır, kitabın nəşri, reklamı və satışı üzrə bütün xərcləri öz üzərinə götürür, bundan başqa, hər satılan nüsxədən müəllifə faiz gəlir) əsil kitab nəşriyyatı sənayesi yaranmayınca — Azərbaycanda yazıçı olmaq çox çətindir. Müqayisə üçün: bu ona bənzəyir ki, özün haqqında bütün dünyaya KİV yaxud İnternet vasitəsilə deyil, Nuh əyyamından qalma jeşt (dəmir) ruporla car çəkməyə cəhd göstərəsən. Odur ki, bu, yəqin hobbidir. Məsələn, mənim müntəzəm olaraq nizami sütun apardığim qəzet, Azərbaycan yazıçılar Birliyinin mətbu orqanı, «Литературный Азербайджан» jurnalı şəxsən mənim haqqımı vaxtlı-vaxtında ödəyir. Vatdan-vaxta hansısa bir hekayəmi yerli kommersiya jurnallarından birinə satmaq mümkün olur. Amma bu qononarlara Cek London kimi tikib-qura və gəmilərlə dövr-aləm – dünya səyahətinə çıxa bilməzsən. Digər tərəfdən, mən belə qazanca da şadam. Və daha yaxşıya ümid edirəm, çünki mən təbiətcə nikbinəm.
Öz əsərlərinizdən hansı birinin, yaxud janr klassiklərinin hələ çəkilməmiş hansı əsərlinin ekranlaşdırılmasını arzulayardınız?
Son 10-15 il ərzində, bir neçə rejissor mənim «Legionerlə dиалог» fantastik novellamın ekranlaşdırılmasına başlamış… və geri çəkilmişlər. Mən Azərbaycanın gənc, lakin artıq məşhur bir kinorejissorunu tanıyıram ki, o, sözün əsil mənasında mənim «Günortaçağı uzun kölgələr» psixoloji trillerimi ekranlaşdırmağa can atır, ancaq hələ ki, bunun üçün lazım olan vəsaiti tapa bilmir. Bundan başqa, mənim kino sahəsində Avropa ekspertləri (İFASC – Cənubi Qafqazın Müstəqil Кinoxadimlər Assosiasiyası) tərəfindən bəyənilmiş «Маrşrut такsi» fantastik dramının hazır ssenarim var, ancaq realizə məsələsi yenə puldan asılıdır… Bax, yəqin ki, mənim ekranda görmək istərdim şeylər bunlardır, üstəlik həm də fantastik-fəlsəfi «Səma ilə əlaqə» və «Коntакtyorlar» məsəlləri. Yeri gəlmişkən, bütün xatırlanan əhvalatlar Azərbaycanda baş verir.
Klassiklərə gəlincə… Bilirsiniz, Aleksey Germanın «Allah olmaq çətindir» filmi işıq üzü görəndən sonra mən artıq bu mövzuda nəsə arzulamaqdan qorxuram. Yox, Germanın filmi, şübhəsiz, güclü və orijinaldır, ancaq o, Struqatski qardaşlarının eyniadlı əfsanəvi kitabının ideyasını dəhşətli surətdə təhrif etmişdir. Mən, əlbəttə ki, bu cür təcrübələrin əleyhinə deyiləm, intəhası, bu – artıq həddini aşmaqdır…
Və nəhayət, Sizin gələcək planlarınız haqqında? Hazırda nəyin üzərində işləyirsiniz?
Xahiş edirəm məni bağışlayın, amma mən heç vaxt və heç kimə öz planlarım haqqında danışmıram. Müəllimim, dahi fantast Boris Struqatsski bizə belə nəsihət verirdi: «Heç vaxt «mən edirəm» və ya «mən edərəm» deməyin; həmişə «mən etdim» deyin». Başqa sözlə, o, plan və niyyətləri onlar həyatda öz əksini tapmayınca səsləndirməyi məsləhət görmürdü. Mən isə öz müəllimimin sadiq şagirdiyəm. Yalnız bir şey deyirəm: planlarım çoxdur, onların hamısı müxtəlifdir, çünki mənim kiçik yazı masam emalatxanadadır, emalatxana isə Kainat deməkdir…
Таtyana Ələкbərovа