Bütün aləm dünyanın əsas kriptovalyutası — bitkoinin kursunun qalxım və enimini diqqətlə izləyir. Onun kursu bütün rekordları vubub keçir.

«İnfinika» nəşrinin yazdığına görə, ekspertlərin  bu bazarın qovuq və ya «şar»dan başqa bir şey olmaması barədə getdikcə daha tez-tez səslənən bəyanatlarına  baxmayaraq, 2017-ci ilin əvvəlindən kriptovalyutanın (digital valyuta) kursu demək olar ki, 12 dəfə qalxmışdır.

«Bu vəziyyəti «güclü spekulyativ qovuqdan» savayı, necəsə başqa cür izah edə bilən nə əsas, fundamental, nə də ki, texniki indikatorlar — göstəricilər  yoxdur. Bizim qövs və ya diaqramın  hansı hissəsində yerləşdiyimizi dəqiq  demək çətindir , ancaq bitkoinin hərəkət cədvəli — bu bir paraboladır,  o isə, sonsuz olaraq yuxarı hərəkət edə bilər », – deyə ETX Capital iqtisadçısı Neyl  Uilson qeyd edir..

Dünyanın ən nüfuzlu iqtisadçılarından biri—iqtisadiyyat üzrə 2001-ci ilin Nobel mükafatı laureatı Cozef Stiqlis — hesab edir ki, «bitkoin o qədər uğurludur ki, nəzarətdən yan keçməyə imkan verir».

Və təsadüfi deyil ki, insanların böyük sayı pullarını kriptavalyutaya qoyur. İş o yerə çatıb ki, bir çox ölkə hökumətləri artıq öz vətəndaşlarına təhlükə barədə xəbərdarlıq etməyə başlamışlar.

Məsələn, Ukrayna Milli bankı, Qiymətli kağızlar üzrə Milli komissiya və Maliyyə xidmətləri bazarları sahəsində tənzimləmə həyata keçirən Milli komissiya hesab edir ki, Ukraynada kriptavalyuta fırıldaqçı və dələduzların üzündən, eləcə də  hüquqi  tənzimlənmənin yoxluğu səbəbindən təhlükəlidir, -deyə UNN qeyd edir.

Məmurlar kriptovalyut bazarının əsas riskləri arasında aşağıdakıları müəyyənləşdirmişlər:

—vəsaitin oğurluq üzündən itirilmə  riski (kriptovalyuta mübadiləsi platformalarına və ya istifadə infrastrukturuna hücum nəticəsində);

— investisiyalaşmış vəsaitlərin kriptovalyutaya qaytarılma qarantlarının olmaması. Çünki belə əmanətlər bank  depoziti  hesab edilmir, fiziki şəxslərin əmanətlərinin zəmanət fondu onların qaytarılmasını qarantlaşdırmır;

— fırıldaqçılıq ehtimalı. Кriptovalyutadan maliyyə piramidalarının  qurulması üçün istifadə edə bilərlər ki, bu, pul itkisinə səbəb ola bilər;

— kriptovalyutalarda aktivlərin bazar dəyərini qiymətləndirmənin adi metodlarından istifadə etmək çətindir;

— kriptovalyutaların mühüm qiymət dəyişmələri və onunla əlaqəli risklər;

— infrastrukturun olmaması. Kriptovalyutalar qanuni ödəniş vasitələri və valyuta olmadığından, ticarət müəssisələrinin onları ödəniş vasitələri kimi qəbul etməyə hüquqi öhdəlikləri yoxdur.

Azərbaycanda bitkoinə maraq çoxdan yaranmışdır. İnsanlar bu kriptovalyutu harada və necə əldə etməklə maraqlanır, ancaq görəsən, əhalinin risklər haqqında məlumatı varmı? Bu risklər nə dərəcədə ciddidir? Ümumiyyətlə, bitkoin və digər kriptovalyutlar ölkənin sıravi vətəndaşları üçün  nə qədər əlçatandır? Axı, məlum olduğu kimi, bu sahə tənzimlənmir

Bank eksperti, hüquqşünas Əkrəm Həsənov bu mövzunu Dalma Newsə şərh edərək bildirib ki, bizim zəmanədə istənilən hər hansı pul risklidir. Ona görə ki, dünya artıq yarım əsrdən bəri demək olar ki, təminatsız pul dövründə yaşayır. Hər şey sadəcə olaraq «düz sözümdür», «vicdan haqqı» ifadələri üzərində dayanır. Кriptovalyutalar heç də dövlət valyutaları, o cümlədən, onların ən populyarları: Amerika dolları, Avro, İngilis funtu, İsveçrə frankı və sairədən az və ya çox riskli deyil.

«Əvvəllər  bəşəriyyət min illərlə tamhüquqlu pul (qızıl, gümüş) yaxud dövlətlərin və ya bankların öhdəlikləri şəklində öz banknotlarının sabit miqdarda qızıla mübadiləsi  şəklində onların surroqatlarından  istifadə etmişdir. Risklər və problemlər əlbəttə, o vaxtlar da var idi. Belə ki, dövlətlər vaxtaşırı pullarda bəyan edilmiş qızıl və ya gümüşün miqdarını azaltmaqla  pulları «korlayırdılar». Sonra  həm dövlətlər, həm də banklar daim buna müvafiq qızıl ehtiyatından daha çox pul istehsal edirdilər, odur ki, vaxtaşırı elan olunmuş məzənnə ilə banknotların qızılla  mübadiləsindən yayınırdılar».

Amma ən böyük «aldatma»  ABŞ tərəfindən olmuşdu.  İkinci Dünya Müharibəsinin sonunda Bretton-Vudsda dünya dövlətləri qızıla ABŞ dolları (1 troy unsiyaya 35 dollar), bütün qalan valyutaları  isə — dollara  sırıdılar (dünyada dolların aliliyi,belə yaranmışdır).

Участники делегаций СССР и США на конференции в Бреттон-Вудсе, 1944 г.
SSRİ və ABŞ nümayəndə heyətlərinin  iştirakçıları Bretton-Vudsdaki konfransda , 1944-cü il.

ABŞ, dolları qızıla dəyişməyə borclu ldi, ancaq belə cıxır ki, guya özlərində mövcud olan qızıldan  daha çox banknot buraxa bilməzdi. Amma əslində əlbəttə, buraxdılar və beləliklə, «yaşıl» pullar bütün aləmi bürümüş  oldu ki, bu, bütün dünyada ABŞ hökmranlığının  əsaslarından birinə döndü. 70-ci illərin əvvəlində isə ABŞ  birtərəfli qaydada dolları qızıla dəyişməkdən imtina etdi. Cözün qısası, hamını aldadıb «atdılar».

Müsahibimizin  dediyincə, o vaxtdan bəri dünyada mərkəzi bankların buraxdığı təmin olunmamış  pul valyutaları sistemi fəaliyyət göstərir. Mərkəzi bankların əsas məqsədi kimi inflyasiya ilə mübarizə  göstərilmişdir. Mərkəzi banklar təmin olunmamış valyuta çap etməklə elə özlərinin yaratdıqları fenomen ilə  guya mübarizə aparırlar. Mərkəzi bankların qeyri-rəsmi nəzarətçisi hər yerdə mərkəzi bankların milli dövlətlərdən asılı olmama –müstəqillik  ideyasını irəli sürən Beynəlxalq Valyuta Fondudur (Bretton-Vud sisteminin daha bir törəməsi). O, mahiyyət etibarilə mərkəzi bankları özünə tabe etməklə, dünya ehtiyat valyutası emitentinin – ABŞ-nın maraqlarına tabe emiş olur.

SM15 IMFC
Beynəlxalq valyuta fondu (MVF)

Müqayisə üçün: bu gün 1 troy unsiya qızıl 1280 dollar dəyərindədir. Daha doğrusu, ABŞ bütün dünyanı aldadıb «atan» andan dollar 36 dəfədən artıq  devalvasiyaya uğramışdır!  Və ABŞ dünyada istədikləri hər şeyi almaq üçün özünə zəruri olan miqdarda dollar buraxmaqda və dünyanı dollara qərq etməkdə davam edir.

«İnsan hüquqları haqqında hər hansı beynəlxalq sənədi açın. Orada mümkün hər cür insan hüquqları  taparsınız.  Ancaq sabit  pula hüquq tapa bilməzsiniz. Hərçənd, əslində  kimsə pulların monopol  emissiyası hüququna malikdirsə, bu pulların  istifadəçiləri  isə  onların sabitliyini  tələb etmək hüququna malikdirlər. Axı, əslində  bu pullar  qanunda nəzərdə tutulmamış vergiyə məruz qalır. Amma belə şey yoxdur!»,- deyə Əkrəm Həsənov qeyd edir.

Здание Федеральной резервной системы США
ABŞ Federal ehtiyat sisteminin binası

Bir tərəfdən, sanki dünyada minimal dövlət qarışması ilə liberal bazar iqtisadiyyatı doktrinası hökm sürür, digər tərəfdən isə – bütün nemətlərin qiymətinin dəyəri, yəni pul qanunun tələb və təklifindən deyil, başda FES (Federal Ehtiyat sistemi) olmaqla mərkəzi bankların iradəsindən asılıdır. Əgər kimsə (mərkəzi bank) öz istəyi ilə sadəcə olaraq pul çap edə bilərsə və bununla da mal və xidmətlərin qiymətlərini dəyişərsə, onda bütün mal və xidmətlərə aid bazar iqtisadiyyatının mənası və xeyri nədir? Hətta dünyada neftin qiyməti FES–nin pul siyasətindən  asılıdır! Əslində, qlobal pul sistemində sovet dövlət planı sistemi fəaliyyət göstərir ki, bu zaman qiymətləri bəzi məmurların özləri müəyyənləşdirir.

«Elə bütövlükdə kriptavalyutlar (digital valyuta) və xüsusilə bitkoinlərin meydana gəlməsi məhz belə sistemə cavabdır. Texniki məqamlara xüsusi toxunmaq istəmirəm: bu, uzun və tam anlaşılması üçün xüsusi bilik tələb edən məsələdir. Qısaca: bitkoin özündə qızılın  bir sıra xüsusiyyətlərini ehtiva edir ki, bu, sonuncunu ideal və mükəmməl pula çevirir. Bitkoinin vahid emitenti yoxdur. Ona heç kim nəzarət etmir, emissiya bütün dünya üzrə riyazi alqoritmləri hesablama proqramından istifadə edərək milyonlarla  kompüterin işi vasitəsilə baş verir. Bəli, bitkoin heç bir şeylə təmin edilməyib, bu, sırf riyaziyyatdır.

Amma yeni bitkoinlər istehsal etmək elə qızıl hasil etmək qədər çətindir.Və bitkoinlərin maksimal sayı da məhduddur: 21 mln! Hətta təxminən üçdə bir hissəsi hələ buraxılmayıb! Deməli, bu valyutaya inflyasiya təhlükəsi yoxdur – bu, heç nə ilə təmin olunmamış və nəzarətsiz buraxılan kağız pullara əsaslanan müasir pul sistemidir.

Bu zaman hər bir istifadəçi sistemdə bitkoinlərin fəaliyyətinin ilk günlərindən  onlarla  bütün əməliyyatları görə bilər. Yəni, rəsmən nəzərə alınmamış əskinasların emissiyasında tez-tez şübhəli olan mərkəzi banklardan (və ilk növbədə, FES-dən) fərqli olaraq, sistem tamamilə şəffafdır» – deyə ekspert bildirir.

Və bütün bunlarla yanaşı, bitkoin pul kisəsi yaratmaq bank hesabı açmaqdan daha asandır. Pul kisəsini yaratdınmı, de irəli: bitkoinlə nə istəyirsən al, sat (heç bir bank komissiyaları olmadan!). Bu zaman sizə tam anonimlik zəmanəti verilir. Deməli, dövlət sizin əməliyyatlara, o cümlədən, çirkli pulların yuyulması ilə mübarizə məqsədləri üçün vergitutmaya heç cür nəzarət edə bilməz. Ümumiyyətlə, sistemin vahid emitenti olmadığından  və onun  bütün istifadəçiləri kompüterlərin gücü ilə  saxlandığından, heç kim onun fəaliyyətinə müdaxilə edə bilməz. Bundan başqa, alqoritm sistemi elədir ki, inkişaf etdikcə, onun təhlükəsizliyi yalnız artır və onu sındırmaq faktiki olaraq mümkün deyil. Yalnüz əgər, internet bütün dünyada off edilib söndürülərsə, bax onda sistem həqiqətən də məhv olar (burada, əlbəttə, yenə də risklər var: axı, internet texniki cəhətdən  də ABŞ-nın  əlindədir).

Bitkoinin kursunun daim devalvasiya edən ənənəvi valyutalara nisbətən artması ilə yanaşı, bütün sadalananlar bitkoini istifadəçilər üçün son dərəcə cəlbedici edir. İnsanların İT sahəsində təhsil və bacarıqları artdıqca, istifadəçilərin sayı da artır. Son nəticədə, pulun əsas funksiyaları budur: 1) dəyər ölçüsü; 2) ödəmə vasitəsi; 3) toplama vasitəsi. Və bu gün kriptovalyutalar həmin funksiyaları yerinə yetirir.Onları ödəmə vasitəsi kimi qəbul edirlər — və bu ən başlıcadır! Belə olan halda  kontragentlər nə üçün özlərini rəsmi valyuta ilə bağlamalı və dövlət nəzarəti altına düşməlidir?

Əkrəm Həsənov qeyd edir ki, əlbəttə, bu, dövləti narahat etdiyi kimi, bankları da narahat edir. Sonuncular artıq elmin son sözülə razılaşmışlar və bu gün hətta öz kriptavalyuta sistemlərini yaratmağa çalışırlar. Amma dövlətin kriptavalyutalara münasibəti birmənalı deyil. Əlbəttə, öz təbiətinə görə dövlət burnunun altından senoraj kimi (gəlir, emissiyadan əldə olunmuş və emitentin mülkiyyət hüququ əsasında mənimsədiyi  pul — Red).

Digər tərəfdən  bu, yeni texnologiyalarla  mübarizə üçün o qədər də güclü deyil. Ona görə də getdikcə daha çox ölkə bitkoinlərin leqallığını qəbul etməyə başlayır və onların dövriyyəsini tənzimləməyə çalışırlar. Yəqin, tezliklə dövlətlər bir qayda olaraq, özləri prosesə rəhbərlik etməyə çalışacaqlar. Və o zaman özəl  kriptovalyuta  dövrünə son qoyulacaq.

Lakin bu, vaxt aparacaq. Təbii gedişlə ən azı bir neçə il. Hələlik isə özəl ktiptovalyutlar populyar olacaq və sürət toplamaqda davam edəcək. Bu mənada, aralarında artıq bu növbəti maliyyə piramidasına (təminatsız pulların hər hansı bir sistemi, o cümlədən indi mövcud olan rəsmi sistem – bu, maliyyə piramidasıdır) aludə olmuş xeyli vətəndaşlarımıza aşağıdakıları bilmək lazımdır. Azərbaycanda  ktiptovalyuta  formal olaraq hesab olunmur. Konstitusiyaya görə, manat yeganə ödəniş vasitəsidir. Lakin əgər tutalım, bitkoin – valyuta deyilsə deməli, bu, adi əmtəədir. Odur ki, tutalım, əgər siz, bitkoinə kompüter satmısınızsa, deməli, bu bizim qanunvericiliyə görə, alqı-satqı deyil, mübadilədir. Başqa sözlə desək, bitkoin  burada valyuta kimi deyil, mübadilə olunan mal  kimi çıxış edir. Bu, eynilə kompüteri telefona dəyişmək kimi bir şeydir. Bu mənada bizdə ktiptovalyutadan istifadəyə formal qadağa yoxdur.

«Lakin başa düşmək lazımdır ki, ktiptovalyutanın kursu sonsuzluğadək artmayacaq. Və uzun müddətli  perspektivdə aşağı düşəcək, ya da ümumiyyətlə, iflasa uğrayacaq. Dediyim kimi, dövlətlər ən nəhayət bütün tarix boyu olduğu  tək, inhisar pul emissiyası hüququnu özlərinə qaytaracaqlar. Və bunun tezliklə baş verəcəyini istisna etmək lazım deyil.

Axı kriptovalyuta  ilə  maliyyələşdirilən  bir neçə iri terror aktının baş verməsi necə deyərlər, «dükanın bağlanması» üçün kifayətdir. Həm də axı, kriptovalyuta  eyni zamanda çirkli pulların yuyulması və terrorizmi maliyyələşdirmə ysuludur. Belə çıxır ki, aparıcı dövlətlər bəşəriyyətin bütün fəlakətlərini həmişə onun  boynuna qoyacaq. Ona görə də, kriptovalyuta bu dünyanın güclülərinə  mane olmağa başlayan kimi, onun müvəffəqiyyət tarixçəsi tez başladığı kimi tez də qurtaracaq. Ancaq nəticədə dünyanın güclüləri deyil, adi insanlar itirəcək», — deyə Dalma Newsin  müsahibi xəbərdarlıq edir.

Amma elə həmin insanlar bilməlidirlər ki, onların qənaət edib topladıqları ənənəvi pul elə kriptovalyuta  kimi maliyyə piramidasıdır. Və istisna deyil ki, nəticədə başda ABŞ  olmaqla dünyanın borcları həndəsi silsilə ilə artan aparıcı dövlətləri hər iki sistemi eyni vaxtda dağıdıb məhv edəcəklər. Odur ki, ümumiyyətlə maliyyə piramidaları ilə məşğul olmaq lazım deyil. Real iqtisadiyyata bel bağlamaq lazımdır. Gələcək yalnız onunla bağlıdır, — deyə Əkrəm Həsənov vurğulayır.

 

Мəmməd  Мəmmədzаdə