Məşhur azərbaycanlı aktrisa, hind rəqslərinin ifaçısı, Hindistanın ən populyar «India’s Best Cine Stars Ki Khoj» telelayihəsinin qalibi Oksana Rəsulova Dalma Newsə müsahibəsində hind rəqsi, Hindistan və Azərbaycanın başlıca teleşoularındaki duyğuları, özünün kinofilmlərdəki rolları haqqında danışdı.
Siz hind rəqslərinin heyranedici ifası ilə tanınmısınız. Bu, bir azərbaycanlı üçün çox qeyri-adi seçimdir. Bir qədər nə üçün rəqsin məhz bu növünün yrəyinizcə olması haqqında danışın.
Bəli, mən hələ Rusiyada yaşayarkən məhz hind rəqslərilə tanınmışam. Azərbaycana isə xalis azərbaycanqanlı olmağıma baxmayaraq, 2008-ci ildə köçmüşəm. Elə orada Amur dövlət tibb akademiyasında həkim ixtisası üzrə təhsil almış, hərçənd sənətin məhz bu növü məni hələ məktəbdə oxuyarkən cəlb etsə də, hind rəqslərini əvvəlcə müstəqil öyrənməyə başlamışam. Sonralar akademiyada mənim xüsusi fakultətivdə (dərnəkdə) real öyrənmək imkanım yarandı. Mənim ilk çıxışlarım da elə orda başlandı. Uzun illər boyu mən öz rəqs bacarığı və qabiliyyətimlə akademiyanı ərazi dairəsi üzrə birinci yerlərə çıxarmış, hətta Moskvada xeyriyyə konsertində çıxış etmişəm.
Mən hind rəqsləri, hind filmləri, hind adət-ənənələri və bu ölkə ilə bağlı nə varsa —bunların hamısını lap uşaqlıqdan sevirəm. O qədər sevirəm ki, hətta hind dilini öyrənməyə başladım. Hind rəqsləri gələcək yaradıcılıq və daxili aləmi qavrayıb dərk etmək üçün mənə çox böyük platforma yaratdı. Hind rəqsləri məndə həyata tamamilə başqa istiqamətlər açdı və bir daha başa düşdüm ki, bu, birmənalı zəkildə mənim gələcəyimin bir hissəsi olacaq. Mən hind rəqsinin dərinliyinə varmağa başladım və rəqsə olan məhəbbət Azərbaycanda analoqu olmayan çox yüksək ustalıq səviyyəsinə gətirib çıxardı.
Azərbaycanda milli rəqslər populyardır.Milli rəqsləri ifa etmək Sizin özünüzə lazım gəlibmi?
Bəli, mən onları ifa etmişəm. 2014-cü ildə Hindistanda 10 ildən bir keçirilən «India’s Best Cine Stars Ki Khoj» müsabiqəsindəki qələbədən sonra mən Vətənə qayıtdım və Azərbaycanın mədəniyyət nazirliyi mənə «Sari gəlin» mahnısına klipin çəkilişində dəstək verdi ki, orda mən üç versiyadan birini ifa etmişdim.
Siz Hindistanın ən məşhur «India’s Best Cine Stars Ki Khoj» telelayihəsinin qalibi olmusunuz. Buqeyri-aditəcrübə barədə danışın.
«India’s Best Cine Stars Ki Khoj», o, həmçinin — «Hindistanın ən yaxşı kinoulduzuna dön» adlanır ki, bu, mənim həyatımda ən böyük layihələrdən biridir və mən ora bu barədə valideynlərimdən başqa heç kəsə heç nə demədən getmişdim. O vaxt valideynlərim məni çox dəstəklədilər. Və mən, allahın köməyilə birinci yeri tutdum. Düzünü deyim ki, 2012-ci ildə mən «Аnupama Кхеrin aktyorluq sənəti Bollivud məktəbini» fərqlənmə diplomu ilə bitirmişəm və bundan sonra məni başqa bir ölkəni təmsil etmək üçün müsabiqəyə dəvət etdilər. Bu, əlbəttə, çox çətin idi. Altı aylıq məşəqqətl iş, sutka ərzində cəmi 2-3 saat yata bilmək imkanı, ancaq mən yorulmurdum, bütün bunlar mənə böyük zövq və məmnunluq bəxş edirdi. Biz elə müsabiqənin keçdiyi «Rac Kapur film studiya»sında yaşayırdıq.
Hərçənd, bir çoxları düşünür ki, bu, rəqs müsabiqəsidir, ancaq belə deyil. Bu aktyor ustalığı müsabiqəsi idi ki, onun bütün iştirakçıları xüsusi müəllimlərlə məşq edib işləyirlər. Müsabiqədə iştirak etdiyim vaxt mən artıq hind dilini 70% bilirdim ki, bu mənə çox kömək etdi. Qələbədən sonra mənə xüsusilə Azərbaycanda yaşayan hindlilər tərəfindən çox böyük sayda təşəkkürlər yağdırıldı. Mənim qələbəm sayəsindəHindistanda nəhayət Azərbaycanın harada yerləşdiyi və buranın necə ölkə olduğunu anladılar. Bu, mənim həyatımda ən sevindirici an idi.
Bəs sizin aktyorluq fəaliyyətiniz indi necə gedir?
Aktyorluq fəaliyyətim çox yaxşı irəliləyir. Mənim ilk filmim «Qaranlıq düşən zaman» 2014-cü ildə rejissor Samir Кərimoğlu və «Oksi Media»nın prodakşeni tərəfindən çəkilmişdir. Bu, triller, fantaziya idi. Sonra isə həm komediya, həm də melodram janrında son dərəcə çox müxtəlif filmlər və baş rollar olmuşdur. Lap yaxınlarda işıq üzü görən «Mələyin öpüşü» isə zənnimcə, nəinki təkcə mənim üçün, həmçinin filmin bütün iştirakçıları və tamaşaçıları üçün ən yaxşı müasir kino əsərlərindən biri hesab oluna bilər. Son dərəcə fövqəladə film, fövqəladə aktyor heyəti və gözəl tarixə maliik əsər. Bu, kino sənayesində Azərbaycanın real irəliləyişidir. Sadəcə ona görə ki, bu, janr baxımından Azərbaycan üçün tamamilə tipik olmayan filmdir
«Mələyin öpüşü»/«Поцелуй Ангела»/ filminin baxışına qədər çoxları onu gurultulu «Səninlə görüşdən əvvəl» filmi ilə müqayisə edirdilər. Hər halda, bu film nə haqdadır?
Bəli, adamların bəzi fikirləri var. Bu fikirlər xüsusilə, sosial şəbəkələrdə rəsmi treylerlə bölüşəndən sonra yaranıb. İnsanlar filmi «Səninlə görüşdən əvvəl»və hind filmi «Kapriz»in plagiatı adlandırmağa başladılar. Mən, öz növbəmdə, bütün bunlara məhəl qoymamaq qərarına gəldim, ancaq israrla filmin çıxışını gözləməyi, plagiatdan isə daha sonra danışmağı xahiş etdim. Film çıxandan sonra ona baxanlar artıq onun bu və ya digər filmlə oxşarlığından söz açmağa son qoydular, əksinə heyran qaldıqlarını bildirdilər və mən bu günə qədər bizim filmin ünvanına heç bir pis şərh yaxud rəyə rast gəlməmişəm.
Tanınmış reper Elşad Xose çəkiliş meydançasında sizin tərəf-müqabiliniz olmuşdur. Onunla işləmək sizin üçün necə keçdi? Çətinliklər oldumu?
Elşad Xose (Rəsulovanın keçmiş əri — müəllifin qeydi) ilə bağlı mən yalnız bir şey deyə bilərəm. Meydançada o, çox yaxşı idi, bu, ilk aktyorluq işi olmasına baxmayaraq, o öz rolunu çox gözəl oynadı. Doğrusu, bizdə çox yaxşı hazırlıq var idi. Süjetə görə, Elşad demək olar ki, bütün film boyu əlil arabasında yerləşir və buna alışmaq, həm də inandırıcı görünmək üçün o, düz iki ay həmin arabanı idarə etməyi öyrənmişdi. Bu film, həqiqətən də ən yaxşı rəylərə və tamaşa edilməyə layiqdir.
Oynamaq arzusunda olduğunuz rollar vardırmı?
Əlbəttə, oynamaq istədiyim rollar var. Onların arasında çox çətin olanları da var, amma bu məni qorxutmur. Mən, ümumiyyətlə, həyatda çətin olan hər şeyi xoşlayıram. Hətta yaxın dostlarım məni «yaradıcı manyak» adlandırırlar, çünki mən həmişə nəsə yeni və başqalarının gücü xaricində olan bir şeyi sınaqdan çıxarmağı sevirəm. Hazırda mən yenə də «Oksi Media»nın hazırladığı serialda əsas rolu oynayıram və biz onu Rusiyada göstərmək istəyirik.
Lap yaxınlarda Azərbaycan televiziyasında böyük uğurla ən reytinqli «Maşin» (Maşın) realiti-şousu keçmişdir. Siz orada iştirak edib üçüncü yeri tutaraq qadınlar arasında qalib olmusunuz. Şoudan sonra nə kimi duyğular yaşayırsız?
Bəli, bu 14-cü mövsüm idi. Mən orada üçüncü yeri tutaraq qadınlar arasında qalib çıxdım. Layihə başa çatandan sonra məndə çox xoş hiss və müsbət emosiyalar qaldı, çünki tamaşaçılar mənə məlum olmayan səbəbdən mənim davranışıma heyran qalmışdılar. Mən bu şouda güclü olmağa, hansısa dərin hisslərə qapılmamağa çalışırdım, hərçənd bunun realiti-şou olduğunu və mənim coşğun, temperamentli xarakterimi nəzərə alsaq, bu, çox çətin idi.
Bu şouda hər şeydən çətin olanı nə idi?
Şouda səbrli olub özünü saxlamaq çətin idi, çünki iştirakçıların hamısı müxtəlif idi. Mən özüm-özlüyümdə ağlağan deyil, çox möhkəm və güclü insanam, ancaq elə anlar olur ki, necə deyərlər, küncə qısılmamaq və ya divara dirənməmək çətin olur. Ən ağırı, canlı efirdə pis əməllər gözləmədiyin insanlardan incikliyə məruz qalmaqdır, belə anlarda süstlüyə dalıb zəifliyə yol verirsən.
Sizdə uğurun hansısa bir sirri varmı?
Mən yalnız bir şeyi bilirəm —əgər siz nəyəsə nail olmaq istəyirsinizsə, əgər həmişə istədiyinizi etmək istəyirsinizsə, onda bunu sadəcə deyil, bütün canın və ruhunla istəmək lazımdır. Həm də əlbəttə, maksimum səy göstərmək lazımdır, çünki heç bir şey göydən sizə elə-belə düşməyəcək. İnanın mənə. Mən həmişə birinci yerə karyeranı qoymuşam və məndə hər şey məhz bu sahədə alınır. Əgər mən şəxsi həyatı və ya sərvəti məqsəd qoysaydım, bəlkə məndə bu sahələrdə də hər şey alınardı. Bəlkə, bu səhvdir, ancaq mən peşman deyiləm, çünki, mənə xoşbəxtlik gətirən yeganə şey — mənim işimdir.
Söhbəti Leyli Xəlilova aparmışdır