Ümumrusiya Azərbaycan konqresilə (ÜAK) bağlı problemlər yaranandan sonra Rusiyadakı Azərbaycan diasporunun gələcəyi haqqında bir çox suallar ortaya çıxmışdır. Ancaq sən demə, Azərbaycan diasporu heç də yalnız təkcə ÜAK-la nəfəs alıb yaşamır.
Bu gün Dalma Newsin suallarına Rusiyadaki Azərbaycan diasporunun görkəmli nümayəndəsi, ANO — Strateji inkişafı modelləşdirmə mərkəzinin prezidenti, RF prezidenti Vladimir Putinin şəxsi nümayəndəsi, Rusiya azərbaycanlılarının Federal milli mədəni muxtariyyətinin eks-prezidenti (2000-2013-cü illər) Söyün Sadıqov cavab verir.
Müsahibimizin sözlərincə, əgər Azərbaycanda və digər ölkələrdə bir çoxları düşünürlərsə ki, Rusiya Ali Məhkəməsi ÜAK-ı ləğv edəndən sonra Rusiyada azərbaycanlılar üçün problemlər yaranacaq, onlar səhv etmiş olurlar.
«Bu, tamamilə səhv fikirdir. Hələ ÜAK-in mövcudluğunadək regionlar da daxil olmaqla, Rusiyada azərbaycanlıların müxtəlif ictimai təşkilatları yaradılmışdır. Bunlar «Mədəniyyət mərkəzi», «Достлуг» və «Бирлик»dir. 1996-cı ildə Rusiyada «Milli mədəni muxtariyyət» qanunu qəbul olunandan sonra isə, Rusiya azərbaycanlıları onları yerlərdə yaratmağa başladılar. Daha fəal işlər Yaroslavl, Tver, Moskva, Krasnoyarsk və Novosibirskdə gedirdi. Artıq 1998-ci ildə bu bölgələr ilk təsis iclasları keçirdilər ki, orda Rusiya azərbaycanlılarının Federal milli mədəni muxtariyyətinin — «АzerRоs» un yaradılması lehinə səs verildi»,- deyə o qeyd etdi.
Sadıqov həmçinin qeyd etdi ki, Rusiya azərbaycanlılarının Federal milli mədəni muxtariyyəti — «АzerRоs» 1 oktyabr 1999-cu ildə qeydiyyat şəhadətnaməsi almışdır. Artıq 14 may 2000-ci ildə isə, Moskvada «Prezident otel»də Azərbaycan, Rusiya, hətta Fransadan olan tarixçi və məmurların iştirak etdiyi «Rusiya–Azərbaycan: Müasirliyin tarixi» konfransını keçirmişdir.
«İlk dəfə olaraq Rusiya ərazisində azərbaycanlılar «АзерРос» adı altında federal qəzet, həmçinin «АзерРос» internet-saytı buraxmağa başladılar. Qəzetin İnternet-versiyasını yalnız Rusiya azərbaycanlıları deyil, həm də Rusiya rəsmiləri oxuyur, nəşr özünə həmçinin MDB, hətta Avropa ölkələrindən oxucu auditoriyası cəlb edirdi. Avropa parlamenti deputatları materialları fəal tədqiq edirdilər. Rusiya azərbaycanlılarının Federal milli mədəni muxtariyyətinin (FMMM) — «АzerRоs»un rəhbərliyi RF-dəki millətlərarası münasibətlərə məsul olan Rusiya XİN və digər qurum başçıları ilə birlikdə AŞPA, YUNESKO və Avropa Parlamentinin tədbirlərində dəfələrlə iştirak etmişdir», – deyə Sаdıqov bildirmişdir.
Onun fikrincə, 1994-cü ildən 2013-cü ilədək RF-da Azərbaycan ictimai təşkilatı fəal inkişaf edirdi.
Sadıqov çətin 11 illik dövrü — 1994-2005-ci illəri də xatırladı. «O vaxt Azərbaycan-rusiya münasibətləri indi olduğu qədər yüksək səviyyədə deyildi».
O vaxtlar Azərbaycandan olan bir çox miqrantlar bazarlarda işləyir, yerli əhali ilə vaxtaşırı münaqişələr yaranırdı.
«Bu, adətən iqtisadi problemlər mövcud olarkən baş verir. Alıcıya öz pulundan ayrılmaq çətin olduğundan, o, satıcının haqsız olduğunu düşünür. Hüquq mühafizə orqanlarının əməkdaşları isə cüzi məbləğdə, həm də gecikmələrlə əmək haqqı alırdılar. Bütün bunlar əmək miqrantları, o cümlədən Azərbaycandan olanların vəziyyətinə təsir göstərirdi», — deyə Sadıqov xatırlayır.
Onun sözlərinə görə, bir çox Rusiya siyasətçiləri odun üstünə yağ tökürdülər, məsələn, Rusiya Liberal-demokrat partiyasının nümayəndələri siyasi dividend qazanmaq naminə münaqişələrə təhrik edirdilər.
«O zaman bütün bu neqativ hallarla sivil və daimi olaraq mübarizə aparmaq üçün biz ən qısa müddətdə «Qalxan və Qılınc» adı altında vəkil kantoru yaratdıq ki, ona istedadlı hüquqşünas Vahid İsgəndərov (SSRİ prokurorluğunun sabiq əlahiddə müstəntiqi) başçılıq edirdi. Gördüyünüz kimi, biz ÜAK-sız tamamilə ötüşürdük», – deyə o danışır.
ÜAK rəsmi olaraq 2001-ci ildə «АzərRоs» — «Fmmm»in təsisindən iki il sonra, yeri gəlmişkən, elə onun dəstəyilə qeydə alınmışdır.
«FMMM və ÜAK-ın Rusiyada vətəndaş cəmiyyətinin və millətlərarası razılığın tərəqqisində az rolu olmamışdır. Çox təəssüf ki, ÜAK-ın və Rusiya rəhbərlikləri belə faydalı və mütərəqqi ictimai təşkilatı saxlaya bilmədilər. O, son 15 il ərzində yalnız azərbaycanlılar arasında deyil, həm də çoxmillətli rusiyalılar arasında yaxşı imic qazanmışdır», — deyə Söyün Sadıqov qeyd etmişdir.
Onun sözlərinə görə, yaranmış vəziyyətdə günah ÜAK rəhbərliyi və hüquqşünaslarındadır. «Bundan başqa, günahın bir hissəsi Rusiya ədliyyə nazirliyinın də üzərinə düşür. Onlar ÜAK-ı ləğv etmək əvəzinə, ona öz səhvlərini düzəltmək üçün daha bir imkan da verə bilərdilər. Bu ki, hansısa büdcə təşkilatı deyil, ictimai qurumdur»,- deyə o əlavə etmişdir.
Lakin, Sadıgovun qeyd etdiyi kimi, görünür, Rusiya Federasiyası ədliyyə nazirliyi belə qərara gəlib ki, azərbaycanlıların, həmçinin Federal milli mədəni muxtariyyəti də var və bu, tam kifayətdir.
«Prinsipcə, azərbaycanlıların ictimai təşkilatlarla problemi yoxdur. Rusiyada kifayət qədər Azərbaycan diaspor strukturları var. Bundan başqa, əgər soydaşlarımız əlavə yardıma və müdafiəyə ehtiyac hiss edərlərsə, Rusiya Federasiyasının qanunları ÜAK tipli yeni təşkilatların yaradılmasına mane olmur», – deyə o vurğulamışdır.
Eyni zamanda, müsahibimizin qeyd etdiyi kimi, Rusiyada 90-cı illərdən sonra doğulmuş azərbaycanlılar öz valideynlərindən fərqlənirlər. «Onlar burada uşaq bağçasına, məktəbə getmişlər. Yerli uşaqlarla böyümüş və ona görə də bir-birlərini yaxşı başa düşürlər. Mən hesab edirəm ki, tezliklə azərbaycanlıların diаsporial təşkilatları psixoloji cəhətlə yanaşı, həm keyfiyyətcə, həm də kəmiyyətcə də dəyişəcəklər».
«ÜAK bağlandıqdan sonra Azərbaycanın diasporial strukturlarında nə baş verir və onların gələcəyini necə görür?» sualını cavablandırarkən Sadıgov qeyd etmişdir ki, elə bir şey baş verməyib.
«Diasporial təşkilatlar bölgələrdə necə işləmişlər, elə də işləyirlər. Mən hətta deyərdim ki, onlar çox fəal və uğurlu fəaliyyət aparırlar. Bir çox təşkilat rəhbərləri artıq insanlarla işləmək və hakimiyyətlə yaxşı qarşılıqlı əlaqə təcrübəsinə malikdirlər. Məsələn, Ulyanovsk vilayətində — bu, İslam Hüseynov, Udmurtda — Yaşa Paşayev, Orenburqda — Yaşar Məsimov, Moskva vilayətində — Habil Ağayev, Rostov vilayətində — Vaqif Mustafayev, Yaroslavl vilayətində — Аsman Hüseynov, Krasnoyarsk diyarında — Ayaz Məmmədov, Saratovda — Vladimir Muradov, Tatarıstanda — Sübhi Əhmədov, Sankt-Peterburqda — Vaqif Мəмişov və Samir Məmmədov, Moskvada — Şamil Tağıyev və başqalarıdır. Sadəcə, hamısını sadalamaq çox çətindir».
Sadıgov göstərir ki, bu gün Azərbaycan diasporu qarşısında dil, din, adət-ənənələr və əlbəttə ki, tarixi Vətənlə əlaqələrimizi qoruyub saxlamaq vəzifəsi durur.
«Rusiyada doğulmuş uşaqlar Azərbaycan dili və Azərbaycan tarixi, eləcə də, öz dininin tarixini bilməlidirlər. Bu gün üçün bu, əsas vəzifədir. Mən buna əminəm», – deyə o vurğulamışdır.
Rusiya ilə Azərbaycan arasında «körpüyə» gəlincə, müsahibimiz hesab edir ki, o artıq çoxdan tikilmişdir.
«Əlbəttə, burda Azərbaycanın mərhum prezidenti Heydər Алиев və hazırkı dövlət başçısı İlham Əliyevin xidməti var. Və Rusiya prezidenti Vladimir Putini xüsusi olaraq xatırlatmağa dəyər. Öz rolunu, həmçinin «АзерРос» — Fmmm, ÜAK, RAGT-nin(Rusiya azərbaycanlılarının gənclər təşkilatı) və Azərbaycanın Rus icmasının simasında xalq diplomatiyası da oynamışdır. 2000-ci ildən 2013-cü ilədək, yəni 13 il ərzində «АзерРос»—«Fmmm» dövlət xadimləri, deputatlar və senatorların iştirakı ilə ümumrusiya və beynəlxalq konfranslar, forumlar, dəyirmi masalar keçirmişdir».
Sadıgov, həmçinin qeyd edib ki, «Fmmm» («АzerRos») müəlliflərinin hörmətli diplomatlar, ictimaiyyətçi, politoloq və tarixçilərin olduğu bir çox kitabların nəşrini təşkil etmişdir. Bu gün həmin kitablar Rusiya kitabxanalarında və o cümlədən, Kremldə saxlanır. Bu kitablardan Rusiya universitetlərində istifadə edilir.
«Bir daha qeyd edirəm: ÜAK-ın və RAGT-nın, eləcə də «Azərbaycanın Rus icması» və şəxsən onun rəhbəri Mixail Zabelinin xidmətləri barədə unutmamalıyıq. Rusiya və Azərbaycan arasında körpü qurulmuşdur. Lakin onu daim möhkəmləndirmək lazımdır ki, «detalları paslanıb çürüməsin»»,- deyə o vurğulamışdır.
Sadıgov hesab edir ki, Rusiyadaki azərbaycanlılar və Azərbaycandaki ruslar, sıx əlaqələr saxlamalı, xalq diplomatiyasını inkişaf etdirməlidirlər, çünki, nəinki yalnız nəsillər, həmçinin dünyadaki vəziyyət də dəyişir.
«İndi isə vətənə dəstək haqqında.Ən başlıcası budur ki, o, öz oğul və qızlarını unutmasın. Nail olmaq lazımdır ki,əslən Azərbaycandan olanlar Rusiyada lazımi qayda-qanular barədə məlumatlandırılaraq,onlara riayət etməklə miqrasiya problemlərilə üzləşməsinlər.
Təqdirəlayiq olardı ki, Azərbaycan imkan daxilində, Moskvada və Rusiyanın regionlarında Azərbaycanın coğrafiyası, tarixi, eləcə də Azərbaycan və Rusiyanın birgə tarixinə dair video-çarxlar vasitəsilə nümayiş etdirilən yaradıcılıq axşamları və bayram konsertləri təşkil edəydi. Bax, bu, tarixi vətənin öz soydaşları üçün ən yaxşı dəstəyi olardı!», — deyə müsahibimiz bildirir.
Söyün Sadıgovun sözlərincə, hətta başqa ölkələrdə yaşayarkən belə, əcdadların tövsiyyə və vəsiyyətlərini, öz adət-ənənələrini, dilini unutmaq lazım deyil.
Hazırlayanı Мəmməd Мəmmədzadə