Mülki və İnzibati prosessual məcəllələr, habelə «Vəkillər haqqında» qanuna edilən, həm də parlament və prezidentin razılıq verib təsdiq etdikləri dəyişikliklər bir çox Azərbaycan hüquqşünasları və hüquq müdafiəçilərinin neqativ qiymətinə səbəb olmuşdur.
Ümumiyyətlə, qiymətlər yaxud rəylər hüquqşünasın Vəkillər kollegiyasının üzvü olub-olmamasından asılı olaraq, bir-birindən fərqlənir. «Sonuncu, müdafiə məsələsində və müştərilərin nümayəndəliklərinin artıq nəinki cinayət, həm də mülki və inzibati işlərdə monopolistə (inhisarçıya) dönərək , uduşlu vəziyyətdə olmmuşdur», — deyə Azərbaycan Hüquqmüdafiə mərkəzinin direktoru Eldar Zeynalov Dalma Newsə bildirmişdir.
Qeyd edək ki, 2018-ci il yanvarın 1-dən 10 milyon nəfər əhalisi olan Azərbaycanda məhkəmədə vətəndaşları yalnız Vəkillər kollegiyasının üzvləri təmsil edə biləcəklər. Onlar ölkədə 1000 nəfərdən azdır.
Sosial şəbəkələrdə elə son dəyişikliklərə reaksiyanın özü özündən xəbər verir. İstifadəçilərin qənaətinə görə, bu, hakimiyyətin şikayətlərin Avropa məhkəməsinə axınını azaltmaq cəhdidir. Kimlərsə qanunu «gülünc» adlandıraraq qeyd edirlər ki, bu, özəl klinikaları qadağan edib yalnız dövlət xəstəxanalarında müalicə almağa məcbur etmək kimi bir şeydir. Ümumi fikir belədir ki, məhkəmələrdə monopoliya — bu, düzgün deyil.
Eldar Zeynalovun dediyincə, Kollegiya üzvü olmayanları 2000-ci ildə başlamış məhkəmə proseslərindən sıxışdırılma mərhələsi başa çatmışdır. O vaxt onları cinayət prosesində iştirakdan kənarlaşdırmışdılar.
«2006-cı ildə növbəti addım atılmış və Kollegiynın üzvlərinə mülki prosesin yekun mərhələsində — işin Ali məhkəmədə baxılmasında iştirakını qadağan etdilər. Məsələ o dərəcədə dərinə düşdü ki, orderin surəti də əlavə olunmaqla Kollegiya üzvünün imzası olmadan hətta kassasiya şikayətlərinin özlərini belə qəbul etmirdilər. Bu, yoxsulların ədalətə yolunu aydın surətdə kəsdiyindən, Konstitusiya Məhkəməsi işə qarışdı və indi mülki işlər üzrə Ali Məhkəmə mərhələsində pulsuz vəkil təqdim edə bilərlər»,—deyə o vurğuladı.
Kollegiya üzvləri olmayanları məhkəmə prosesindən kənarlaşdırma tərəfdarlarının dəlilləri zahirən danılmaz görünürdü: «müştərilərə hüquqi yardımın keyfiyyətini yüksəltmək». Axı, bütün ehtimallara görə, Vəkillər kollegiyasına qəbul olunmayan hüquqşünaslar qəbul imtahanları verə bilməmişlər, yəni onlar lazımi səviyyəyə çata bilməmişlər. Hüquqi təhsili olmadan mülki işlərdə iştirak edən nümayəndələrdən isə heç danışmağa belə dəyməz.
«Ancaq məhz bu arqument — «keyfiyyətin yaxşılaşdırılması» elə ən mübahisəlisidir. Axı bu keyfiyyət yalnız vəkilin işlərlə bəzi optimal yüklənməsi halında təmin edilir. Bizim cəmi 900-dən bir qədər artıq olan vəkillərimiz isə, hələ bu düzəlişlərin qəbuluna qədər işlərlə həddən artıq yüklənmişdilər. Axı, statistikaya görə, Azərbaycanda adambaşına düşən vəkil, tutalım, qonşu Gürcüstanla müqayisədə 4 dəfə azdır»- deyə müsahibimiz qeyd edir.
Bundan başqa, cəmi 250-yə yaxın vəkil paytaxtda deyil, kənd bölgələrində fəaliyyət göstərir. 440 min nəfər əhaliyə malik bütün Naxçıvan Muxtar Respublikasında cəmi on vəkil işləyir.
Statistika göstərir ki, indi müstəsna olaraq Kollegiya üzvlərinə həvalə olunan mülki işlər üzrə, 2016-cı ildə məhkəmələrin birinci instansiyasında ailə problemləri üzrə 2191, əmək mübahisələri — 1356, müqavilələrin pozulmasına dair — 49605, xüsusi icraat qaydasında—15300, əmr icraatı qaydasında —253782 (əsasən, vaxtı keçmiş kreditlərə görə, 2015-ci ildə manatın iflasına qədər onlar xeyli az idi), şərəf və ləyaqətin müdafiəsi üzrə 292 və digər qəbildən olan 10.191 mülki işə baxılmışdır. Cəmi 352 min mülki iş.
Eyni zamanda belə işlərin həmişə iki tərəfi olur (yəni, bir qayda olaraq, məhkəmə işinin iki vəkili olmalıdır) və tərəflərin fikirayrılığı halında bu işlərin bir çoxu hər üç instansiyadan keçməli olur.
Axı, Kollegiya üzvlərinin əvəzinə heç kim müştərilərin inzibati (37490) və cinayət (12882) işlərindəki maraqlarını təmsil və təqdim etməyəcək. Hərçənd, cəmi bir tərəfi müdafiə etmək lazım olsa da, onlarda da 2-3 instansiya keçmək lazım gələcək.
Zeynalovun hesablamalarına görə, hər bir vəkilə ildə təxminən 800 iş düşür: «Əlbəttə, kimsə işi birinci instansiyada bitirməyə üstünlük verir, kimsə ümumiyyətlə, vəkil tutmur (hərçənd, cinayət və inzibati işlərdə dövlət onsuz da vəkil cəlb edəcək). Lakin hətta kollegiyaya bu işlərin cəmi üçdən birilə məşğul olmaq lazım gələrsə, onda belə «yardımın» keyfiyyətinə böyük bir xaç qoymaq olar».
Bununla belə, hətta indi hüquqi xidmətlər üzrə qiymətlər heç də hamının cibinə görə deyil. Sadə bir iş (məsələn, nigahın pozulması) üzrə iddia ərizəsi tərtibinin qiyməti 50 manat təşkil edir. Birinci instansiya məhkəməsində sadə işlərə baxılma zamanı vəkilin iştirakı 250-350 manata, mürəkkəb işlər zamanı isə, 500-600 manat və daha yüksək məbləğə başa gəlir. Və bu hələ minimal məbləğdir. Nüfuzlu və sanballı vəkil hələ 10 il əvvəl elə eyni nigah pozulması üzrə məhkəmə prosesində iştirak etdiyinə görə 600 manat (o dövrdə —500 dollar) tələb edirdi. Apellyasiya və Ali məhkəmələrdə sonraki iştiraka görə isə, hər instansiya üçün 500 manat və daha yüksək məbləğ ödəmək lazımdır.
Eldar Zeynalovun sözlərincə, əvvəllər həmçinin daha az məbləğə də işləməyə razı olan Kollegiya üzvü olmayan vəkillərə müraciət etmək mümkün idi. İndi buna son qoyulacaq və vəkillik xidmətləri bazarında təkliflərin 10 qat artımı şəraitində qonorarların qalxmasının qarşısını almağa kimsə tapılmayacaq.
«Ola bilməz ki, parlamentdə bunu təqdim və təmsil etməmişlər. Deməli, bizim cəmiyyət bu sahədə yəqin ki, Kollegiyaya «lenin çağırışı» timsalında daha bir sürpriz gözləyir. Bu gün hüquqşünaslıq fakültəsi diplomlarına malik adamlar heç də az deyil və onların buraxılışı hər il davam edir. Belə ki, bəzi qənaətlərə görə, bir neçə ilə vəziyyəti yüngülləşdirmək mümkün olacaq.
Lakin bir «əmma» var: vaxtilə Kollegiyaya qəbul qaydaları sərtləşdirilmişdi. Əsas maneə 3 illik iş stajının tələbi oldu. Əgər əsas bazar – bu, müştərilərin maraqlarının məhz məhkəmələrdə təqdimidirsə və indi ora Kollegiya üzvü olmadan buraxmırlarsa, onda bəs belə hüquqşünaslar kütləsi öz ixtisası üzrə harada işləyə bilər? Belə hüquqşünaslar hətta staj naminə cüzı əmək haqqı ilə ictimai təşkilatlara getməmişlər. Onlar mülki işlərdə müştərilərə yardım göstərməklə daha çox qazana bilərdilər.
Ümid etmək məntiqi olar ki, belə maneələrin bir hissəsini aradan qaldıracaqlar və o zaman dünənki təcrübəsiz və səylə oxumayan tələbələr vəkilxanalara axışacaqlar. Əlbəttə ki, bu xidmətlər bazarında qiymətləri sıxışdıracaq, ancaq göstərilən yardımın keyfiyyətinə daha yaxşı təsir etmək iqtidarında olmayacaq. Axı, 3 illık staj – bu, işdə heç olmasa kobud səhvlərə yol verməmək üçün minimal təcrübədir», — deyə Zeynalov vurğuladı.
O, güman edir ki, məhkəmə sistemi təxminən 3 il birbaşa canlı insanlar üzərində öyrənməyə başlayan dünənki tələbələrin «keyfiyyətli» yardımı üzündən lərzəyə gələcək. Hərçənd, ola bilsin ki, bundan sonra Azərbaycan vəkilləri Gürcüstan səviyyəsinə çatmağa nail ola bilərlər.
«Mən niyə qanunvericilərin bizə vəd etdikləri Avropa səviyyəsi haqqında düşünmürəm? Ona görə ki, vəkillik xidmətləri bazarında hələ uzun müddət müstəqillik dövründə — bu təhsilin səviyyəsinin aşağı düşdüyü zaman təhsil alanlar üstünlük təşkil edəcəklər. Bir çox hüquq fakültəsi məzunları hətta sadə test imtahanından keçməyə qadir deyil.
Beləliklə, problem kompleks səciyyə daşıyır və onun şok terapiyası yolu ilə həlli yaxın bir neçə il ərzində vətəndaşlarımızın hüquqlarının müdafiəsini xeyli dərəcədə zəiflədə bilər», — deyə Zeynalov sözünə yekun vurdu.
Bununla yanaşı, Azərbaycan Vəkillər Kollegiyasının adının çəkilməsini istəməyən üzvlərindən biri təsdiqləyib ki, 2018-ci il yanvarın 1-dən prokurorluq xidmətlərinin qiymətləri kəskin şəkildə artacaqdır. O, həmçinin qeyd etmişdir ki, hər hansı bir kəs edilən düzəlişlərə əsasən, əvvəlki kimi özü özünü müdafiə və ya hər hansı yaxın qohumlarını cəlb edə bilər ki, yeni düzəlişləri tənqid edən insanlar nədənsə bu barədə unudurlar.
Axı aydın məsələdır ki, heç də hamının hüquq sahəsində təcrübəsi olan yaxın adamı yoxdur. Belə ki, hər halda vəkillərə yeni faiz dərəcələri ödəmək lazım gələcək. Əks təqdirdə, adamlar sadəcə olaraq məhkəmələrə müraciət etməyə son qoyacaqlar.
Hazırlayanı Мəmməd Мəmmədzadə